Sizin reklam burada 728×90
Son dəqiqə

Uşaqlıq Dostum və Sinif Yoldaşım, Şəhid Gizir Səbuhi Əhmədov.

16.09.2022 19:51 1 352 1 dəq oxunur
Uşaqlıq Dostum və Sinif Yoldaşım, Şəhid Gizir Səbuhi Əhmədov.
Sinif yoldaşım, valideyin himayəsindən məhrum olan uşaqlardan biri sos uşaq kəndlərin sos uşaq evinin məzunu, sinif yoldaşım Səbuhi Əhmədov şəhid olmuşdur.Allah Rəhmət Etsin Səbuhi Qardaşım, Səninlə Məktəb İllərində Çox Xoş Günlərimiz Birlikdə Keçmişdir. Gülərüz və xoş bir insan idin.Məktəbdə oxuyandan səninlə dostluqumuz başladı.Amma indi isə sənin şəhid xəbərini çox kədər hissi ilə yazıram.


Can qardaş... Əziz Dostum, uşaqlıq dostum, sinif yoldaşım Səbuhi.
Bizim dostluqumuz olub.
Həqiqətən çox kədərləndim Ay Səbuhi.
Uşaq evində Böyümüşdün Sən.
269 saylı orta məktəbi bir oxuduq sənlə, uşaqlıq dostu olmuşuq biz,
Sənə görə çox üzüldüm Ay Səbuhi
Allah sənə rəhmət etsin uşaqlıq dostum, sinif yoldaşım Səbuhi.

Can ay Səbuhi səni sevənlərini qoyub hara getdin ay qardaş😢😢

Hər zaman qəlbimizdəsən Şəhid Gizir Səbuhi Əhmədov.
Səninlə Bütün Azərbaycan Fəxr Edir.Sən Bütün Azərbaycanın Hərkəsin Əzizisən və Doğmasısan.
Səninlə Uşaqlıq Dostun və Sinif Yoldaşın Fərid Şərifov Fəxr Edir.

Son olaraq səninlə bağlı yazdığım bir misralarla öz kədərli fikirlərimi yekunlaşdırmaq istəyirəm.

Dünən şəhid oldu mənim uşaqlıq dostum, sinif yoldaşım Səbuhi.
Məndə hamı kimi ağladım, yandım.
Bir anlıq geriyə qayıtdı illər,
Baxdım bir nöqtəyə xeyli dayandım.

Hörmətlə uşaqlıq dostu və sinif yoldaşı Fərid Şərifov.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az