Sizin reklam burada 728×90
Son dəqiqə

İrandan diplomatlarımızı gətirməli olan təyyarənin uçuş vaxtı təxirə salındı - YENİLƏNİB (VİDEO)

29.01.2023 20:58 512 1 dəq oxunur
İrandan diplomatlarımızı gətirməli olan təyyarənin uçuş vaxtı təxirə salındı - YENİLƏNİB (VİDEO)
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını Bakıya gətirməli olan təyyarənin uçuş vaxtı 22:00-a qədər təxirə salınıb.

bakunews.az xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, buna səbəb isə İran tərəfi tələbi olub.

***18:55

İran səfirliyindən təxliyə edilən səfirliyin əməkdaşları Azərbaycana yola düşürlər.

bakunews.az xəbər verir ki, Azərbaycan səfirliyinə hücum nəticəsində həlak olan Orxan Əsgərovun da cənazəsi gətirilir.

***16:52

Azərbaycan Respublikasının İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

bakunews.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O qeyd edib ki, bu gün səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin, eyni zamanda, şəhid Orxan Əsgərovun cənazəsinin ölkəyə gətirilməsi nəzərdə tutulub.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az