• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Göyçə Zəngəzur Respublikası” ideyası arxasındakı gerçək - Rizvan Talıbov təzədən niyə tutuldu?

Gündəm / Bölgə

12-08-2023, 12:40

“Göyçə Zəngəzur Respublikası”nın prezidenti və Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri kimi təqdim edilən Rizvan Talıbov və “respublika”nın yeni prezidenti olduğu bildirilən, müvəqqəti olaraq Türkiyədən Azərbaycana gəlmiş Tünzalə Çələbiyevanın Azərbaycan DTX-da aparılan araşdırmalarla bağlı axtarışlar aparılaraq, sorğulanmaları ilə əlaqədar istintaq orqanına aparıldıqları bildirilir. Qeyd edək ki, bu barədə hələ ki, rəsmi məlumat yoxdur.

Xatırladaq ki, 2022-ci ildə Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri Rizvan Talıbov “Göyçə Zəngəzur Respublikası”nın yaradıldığını elan etmiş, onun “respublika”nın dövlət başçısı olduğu, həmçinin “respublika”nın öz parlamenti, nazirlər kabinetinin olduğu iddia edilmişdi (Qeyd olunan təşkilatların Qərbi Azərbaycan İcması ilə heç bir bağlılığı mövcud deyil).

Sentyabrın 19-da Türkiyənin Ankara şəhərində “respublika”nın nümayəndəliyinin açıldığı bəyan edilmişdi. 2023-cü ilin yanvar ayında “Göyçə Zəngəzur Respublikası” və Qərbi Azərbaycana Qayıdış İctimai Birliyi tərəfindən Rizvan Talıbovun Göyçə Zəngəzur Respublikasına rəhbər vəzifələrə təyinatları barədə məlumatlar və siyahı yayımlanmışdı. Qərbi Azərbaycan İcması bəyanat verərək, belə bir təşəbbüsün dəstəklənmədiyini bəyan etmişdi.

Məlum olduğu kimi, Rizvan Talıbov tərəfindən mənsubiyyəti məlum olmayan dairələrlə birgə özbaşına olaraq “Göyçə Zəngəzur Respublikası” adlı qurumun elan edilməsi Qərbi Azərbaycan ziyalıları tərəfindən böyük təxribat kimi qiymətləndirilmişdi. Daha sonra Rizvan Talıbovun rəhbər vəzifələrə təyin etdiyini bildirdiyi xarici ölkə vətəndaşlarının İraq kürd icmaları ilə və digər ölkələrdə müəmmalı görüşləri, xarici ölkə vətəndaşları tərəfindən Rizvan Talıbovun “respublika prezidentliyi”ndən uzaqlaşdırılaraq Tünzalə Çələbiyevanın prezident elan edilməsi ictimaiyyətdə əlavə çaşqınlıq və suallar yaratmışdı.

1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisi olan Qərbi Azərbaycan İcması həmin ildən etibarən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1987-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə leqal ictimai qurumdur.

Onu da yada salaq ki, ötən ilin sentyabr ayında “Göyçə Zəngəzur Respublikası”nın prezidenti və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin rəhbəri kimi təqdim edilən Rizvan Talıbov, həmçinin Rizvan Talıbovun özünə “yardımçı” elan etdiyi Mehmet Ali Arslan adlı şəxs Türkiyədə və İraqda kürdlərlə bir sıra görüşlər keçirmişdi. Mehmet Ali Arslan “Kürdüstan İslam Ədalət Partiyası”nın rəhbəri Mamusta Ali Bapirlə İraqda görüşmüşdü.

Əlavə edək ki, Rizvan Talıbov əvvəllər Əli İnsanovun “Hüquqlarını Müdafiə Komitəsinin sədri” olub. 2007-ci ildə ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və o həbs edilib. Bəzi məlumatlara görə, Rizvan Talıbovun Türkiyədəki iranpərəst qüvvələrlə əlaqələri var.

BakuNews.az-ın yazdığına görə, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bəzi vətəndaşlar şəxsi yersiz ambisiyaları, saxta vətənpərvərliyi bəzi hallarda dövlətə ciddi zərər vura bilər. Ekspert vurğuladı ki, beynəlxalq hüquqda tarixi torpaqlar anlayışı yoxdur: “Birləşmiş Millətlər Təşkilatına (BMT) hansı ərazilərlə daxil olunubsa, o ərazilər haqqında danışmaq olar. Qərbi Azərbaycan İcmasının yaradılması diplomatik gedişdir. Məqsəd azərbaycanlıların indiki Ermənistan ərazisinə qayıtması ilə bir növ Qarabağla paralel yaratmaq, ermənilərin status ümidini məhv etməkdir. ”Göyçə Zəngəzur Respublikası"nın yaradılması, kimlərəsə vəzifələr təyin etmək, şübhəli xarici vətəndaşlarla görüşlər Azərbaycana zərər gətirir. Çox güman ki, onlar hər hansı proseslərin yekununda ciddi mənada vəzifə qazanacaqlarını düşünürdülər. Digər ehtimalla məqsəd pul qazanmaq ola bilərdi. Bölgədə vəziyyət düzgün dəyərləndirə bilsəydilər, bu cür addım atamazdılar. Əgər “Göyçə Zəngəzur Respublikası”nın prezidenti və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin rəhbəri kimi təqdim edilən Rizvan Talıbov həqiqətən saxlanıbsa, hüquq-mühafizə orqanları düzgün addım atıblar".

Millət vəkili Vüqar İsgəndərov isə mövzunu belə şərh etdi: “Ümumiyyətlə, ”Göyçə Zəngəzur Respublikası" fikri zərərlidir. Bu dövlət tərəfindən dəstəklənmir. Qərbi Azərbaycan İcması yaradıldığı üçün bunu plagiat da adlandırmaq olar. Təşkilat uğurla fəaliyyət göstərir. Azərbaycanda qondarma təşkilatlar, özünə vəzifə verənlər, “siyasilər” mövcuddur. Biz 30 il ərzində bu kimi məsələlərdən əziyyət çəkmişik. 90-cı illərin əvvəllərində ölkə az qala hissələrə parçalanmışdı. Məsələ həm də qondarma qurumları yaradanların qaranlıq keçmişidir. Şübhəli şəxslərlə keçirilən müəmmalı görüşlər və s. cəmiyyətə aydın deyil. Saxta qurumlar nə dövlət, nə də ictimai birliklər tərəfindən qəbul edilir. Bu, Azərbaycanın böyük məqsədlərinə çatmasına qarşı təxribat əməlidir. Ziyalılar da, cəmiyyət də bu məsələyə ciddi reaksiya göstərməlidir. Dövlət isə belə mənfi addımların qarşısını qətiyyətlə alacaq".

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

14-06-2023, 19:18

AYB-nin Qərbi Azərbaycan bölməsi yaradılıb

Siyasət

9-08-2022, 13:23

"Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına böyük ehtiyac var" - DEPUTAT ŞƏRH ETDİ

Mədəniyyət

24-07-2023, 17:57

Naxçıvan Filarmoniyasına status verilib - FOTO

Siyasət

22-07-2022, 15:06

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi təsdiqlənib

İqtisadiyyat

5-09-2022, 13:45

İQTİSADİYYAT Bank Respublika şəhid övladları üçün təşkil edilən “Zəfər” yay məktəbinə dəstək oldu!

Cəmiyyət

21-07-2023, 13:36

Kamran Cəfərov işçilərin PULUNU VERMİR...

Siyasət

9-08-2022, 11:05

Qərbi azərbaycanlıların statusuna yenidən baxılması təklif edilir

Cəmiyyət

29-08-2022, 13:57

Laçın şəhərindən yan keçən yeni yol haqda nə bilirik? – Ekspertdən detallar

İqtisadiyyat

23-08-2022, 18:56

Reaktiv mühərrik yanacağı üçün gömrük rüsumu ləğv edildi

Cəmiyyət

10-07-2023, 18:48

Respublika Uşaq Kitabxanasında “ölü canlar“ – Büdcə necə talanır?

Siyasət

11-08-2022, 20:00

Qərbi azərbaycanlılar hərəkətə keçir: "Göyçə boşaldılmalıdır..."

Cəmiyyət

14-07-2022, 14:11

Respublika Kinematoqrafçılar İttifaqı Milli Kino Mükafatını bu məşhur şəxsə verdi

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
Bu gün, 11:49
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
22-10-2026, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
19-10-2026, 12:27
Xəzər dənizində zəlzələ olub
19-10-2026, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
Xəbər lenti
  • Bu gün, 18:00
    Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib
  • Bu gün, 17:30
    Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
  • Bu gün, 17:00
    R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
  • Bu gün, 16:14
    Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir - VİDEO
  • Bu gün, 15:59
    Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb
  • Bu gün, 15:38
    “Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
  • Bu gün, 15:09
    Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • Bu gün, 14:59
    Rüstəm Xəlilov Salyanda nə iş görür? - İnsanlar palçıq içində yaşayır - ŞİKAYƏT
  • Bu gün, 14:40
    Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
  • Bu gün, 14:29
    Nəsimi rayonunda gecə yarısı tikinti özbaşınalığı sakinlər bezdirib - Qanun nə deyir? - VİDEO
  • Bu gün, 13:42
    U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub
  • Bu gün, 13:25
    Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
  • Bu gün, 13:08
    Sabah Bakıda yağış yağacaq
  • Bu gün, 12:45
    “Ceyhun Sabunçu”nun qətli - Saxlananlardan biri deputatın oğludur
  • Bu gün, 12:02
    BDYPİ sürücülərə xəbərdarlıq edib
  • Bu gün, 11:49
    Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
  • Bu gün, 09:37
    Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək
  • Bu gün, 09:29
    "Azərlotereya"da idarəetmə dəyişir?
  • Bu gün, 09:06
    Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
  • Dünən, 19:00
    “Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
  • Dünən, 18:37
    Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib
  • Dünən, 18:30
    BU NƏDİ BELƏ: Mərkəzi Bank nəyi təbliğ edir? - “Heç kəsə yazığınız gəlməsin” –
  • Dünən, 18:11
    Ölkə üzrə bu ayın bütün sosial ödənişləri başa çatdırılıb
  • Dünən, 17:51
    Müştərinin pulunu al, vaxtını al, sonra da günahkar çıxar! - Aplus Marketdə “endirim oyunu”
  • Dünən, 17:18
    Estoniya azərbaycanlıların olduğu ticarət gəmisinə Rusiyanın zərbəsini pisləyib
  • Dünən, 17:02
    BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
  • Dünən, 16:48
    Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
  • Dünən, 16:26
    Mikayıl Cabbarov sevimli kadrı haqqında nə düşünür? - Xankəndidə “yanan” Elçin Yusubovun yeni ünvanı hara olacaq?
  • Dünən, 16:01
    Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda bunu alacağımı heç fikirləşməzdim
  • Dünən, 15:44
    Binaların arası zəbt olunur, pəncərələr divara dirənir! - "Qurtuluş 93" yaşayış kompleksində biabırçılıq...
  • Dünən, 15:15
    Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi PUA zərbəsindən sonra batıb
  • Dünən, 14:30
    Yaşayış binasında ZİRZƏMİ ALVERİ - BU NƏDİ BELƏ?
  • Dünən, 14:15
    Sabah bəzi yerlərdə yağış yağacaq
  • Dünən, 13:53
    FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR! - FOTO
  • Dünən, 13:13
    İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə