• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Ölkə başçımızın rəhbərliyi altında xalqımızı daha böyük uğurlar və zirvələr gözləyir” - ŞƏRH + FOTO

Gündəm / Siyasət

21-10-2023, 16:10

“Azərbaycanın milli dövlətçiliyi son 20 il ərzində özündə inkişaf, intibah və qələbə mərhələlərini əks etdirib. Ən şərəfli tariximiz olub. Bu tarixin əsaslarını ümummilli lider Heydər Əliyev qoyub, Prezident İlham Əliyev isə güclü Azərbaycan dövlətini ucaldıb. Hər bir dövlətin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. Dövlət iqtisadi cəhətdən asılı olduqda xarici sifarişlərin icraçısına çevrilir. Azərbaycan sözün əsl mənasında iqtisadi və siyasi müstəqilliyinə qovuşa bildi”.

Bu fikirləri BakuNews.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. O qeyd edib ki, siyasi müstəqilliyin möhkəm olması dünyada özünün ədalətli mövqeyinin inamla müdafiə etməsinə və dünya nizamının əsas aktoruna çevrilməsinə yol açır:


“Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq arenalarda sözünün imzası qədər möhkəm olduğunu təsdiq edərək nüfuzlu aktora çevrilib. Bu gün Azərbaycan dövləti Qoşulmama Hərəkatına sədrlik etməklə yanaşı Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib.

İqtisadi uğurlarımızın təməlində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının uğurla davam etdirilməsi dayanır. Azərbaycan xalqının milli sərvəti olan neft-qaz resurslarından səmərəli və şəffaf istifadə etməsi sayəsində ölkəmizin qeyri-neft sektoru uğurla inkişaf etdirilib. Neft-qaz sahəsində icra olunan BTC, BTƏ, TANAP, TAP kimi beynəlxalq enerji ixracı layihələrimiz neft və qaz resurslarımızın dünya bazarlarına ayaq açmasına yol açdı. Prezident İlham Əliyev seçildiyi ilk gündən deyirdi ki, neft kapitalını insan kapitalına çevrilməlidir. Son 20 ildə neft gəlirlərinin ədalətli və şəffaf bölüşdürülməsi sayəsində ölkəmizin qeyri-neft sektoru inkişaf etməklə insanların rifahının yaxşılaşmasını təmin etdi”.

Millət vəkili bildirib ki, son 20 ildə sahibkarlığın inkişafına dövlət dəstəyi proqramları icra olunub:

“Son 20 ilin makroiqtisadi göstəricilərinə qısa olaraq nəzər salaq: ÜDM 3,6 dəfə, adam başına düşən ÜDM 3 dəfə, dövlət büdcəsinin gəlirləri 30 dəfə, xarici ticarət dövriyyəsi 10,8 dəfə, ixrac 16,1 dəfə, dövlət valyuta ehtiyatları 47 dəfə artıb.

Valyuta ehtiyatlarımız 67 milyard dollar olmaqla xarici dövlət borcunu 10 dəfə üstələyir. Son 20 ildə ölkə iqtisadiyyatına 300 milyard dollar sərmayə yatırılıb, onun da 190 milyard dolları qeyri-neft sektoruna yönəldilib. Son 20 ildə sahibkarlığın inkişafına dövlət dəstəyi proqramları icra olunub. Sənaye parkları, sənaye məhəllələri və aqroparklar istifadəyə verilərək ölkədə müxtəlif çeşidli qeyri-neft məhsullarının istehsalının artmasına, vətəndaşların etibarlı mallarla təmin edilməsinə və ixrac potensialının artmasına töhfə verilib. Son 20 ildə ölkədə 2 milyondan çox iş yeri yaratmaqla işsizlik 50%-dən 5%-ə, yoxsulluq isə 49%-dən 5,5%-ə endirilib.

Ötən 20 ildə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb, pensiya üzrə ödənilən illik vəsaitin həmin dövrdə 30 dəfə artaraq 6 milyard manata çatdırılıb”.

A.Badamov qeyd edib ki, Prezident İlham Əliyevin 2003-cü ildə imzaladığı “Regionların Sosial İqtisadi İnkişafına dair Dövlət Proqram”larının dörd mərhələsinin icrası çərçivəsində son 20 ildə regionlarımıza 200 milyard dollara yaxın vəsait yatırılıb:
“Son 20 ildə 4000-ə yaxın məktəb binası, 740-dan çox səhiyyə müəssisəsi, 50 İdman Olimpiya Kompleksi, 21 min kilometrə yaxın müxtəlif təyinatlı yollar yenidən qurularaq istifadəyə verilib. Ölkədə qazlaşma 51%-dən 98%-ə çatmış, elektrik enerji ilə əhalinin təminatı idxaldan azad olunaraq fasiləsiz təmin olunur. Şəhərlərin və rayon mərkəzlərinin içməli su və kanalizasiya xidmətləri təminatının müasirləşdirilməsi ilə bağlı böyük layihələr icra olunub. Regionlarda aparılan quruculuq-bərpa işlərinin nəticəsi olaraq şəhərlə kənd arasındakı fərq aradan qalxıb, kəndlərdən şəhərə axın dayanaraq bu proses əks istiqamətə yönəldilib.

Azərbaycan dövləti ölkənin yerləşdiyi coğrafiyasından düzgün istifadə edərək regional və beynəlxalq layihələrin aktiv iştirakçısına çevrilib. Belə ki, istifadəyə verilmiş Bakı Beynəlxalq Ticarət Limanı, Ələt Azad İqtisadi zonası, Bakı Tbilisi Qars Dəmir Yolu, Şimal-Cənub və Qərb-Şərq Nəqliyyat Dəhlizləri Azərbaycanı beynəlxalq daşımaların əsas arteriyalarından birinə çevirib”.

Deputat son 20 ildə Azərbaycanın iqtisadi gücünün artmasının ordu quruculuğu və müdafiə sənayesi sektorunun inkişaf etdirilməsinə yol açdığını əlavə edib:

“Dövlət büdcəsindən müdafiə xərclərinə böyük vəsaitlər ayırmaqla Azərbaycan ordusunun döyüş arsenalı müasirləşdirilib, peşəkarlığı artırılıb və qarşısına qoyulduğu hər bir hərbi tapşırığı yüksək dəqiqliklə icra etməyə qadir orduya çevrilib. Bu gün ölkənin müdafiə sənayesi sektorunda 200-dən çox adda məhsul istehsal olunur. Ordumuz dünyanın ən güclü 50 ordusu sırasına daxil olub.

Ordumuz öz gücünü 3 il əvvəl döyüş meydanında nümayiş etdirib. 44 gündə torpaqlarımızı azad edərək 30 illik erməni işğalına son qoyub. O cümlədən 19-20 sentyabr tarixlərində keçirilən lokal xarakterli antiterror tədbirləri ilə 24 saat ərzində Qarabağda erməni separatizminin kökünü kəsərək, öz gücünü dünyaya bir daha nümayiş etdirib. Ordumuz ölkəmizin suverənliyini göz bəbəyi kimi qoruyur və ola biləcək hər bir təhlükəni anındaca məhv etmək iqtidarındadır”.

“Torpaqlarımızın işğaldan azad edilməsi məcburi köçkün ifadəsini də keçmişdə saxlamağımıza yol açdı. Prezidentin sərəncamı ilə 2022-2026-cı illərdə “Böyük Qayıdışa dair Dövlət Proqramı” imzalanıb. Bu proqrama əsasən, 2026-cı ilə qədər 8 şəhər və 100 kənd yenidən qurulub bərpa edilərək, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı təmin ediləcək. Artıq 8 şəhər və 80-dən çox kəndin baş planları təsdiq olunub, tikinti işlərinə başlanılıb.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 7 milyard dollar vəsait ayrılıb, gələn ilin dövlət büdcəsində də daha 4 milyard manatın ayrılacağı nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərdə avtomobil və dəmir yolları yenidən tikilir, 2 beynəlxalq hava limanı istifadəyə verilib və 3-cü hava limanının tikintisi davam etdirilir, 30-dan çox kiçikhəcmli su elektrik stansiyası yenidən qurulub, Zəngilanda Dost Aqroparkının birinci mərhələsinin açılışı edilib. Ağalı, Laçın Zabux, Talış və s. kəndlər yenidən qurulub bərpa edilərək öz doğma sakinlərini qarşılayıb. Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qaytarılması prosesi davam edir.

Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti bütün ərazilərində suverenliyini bərpa edərək dünya çapında öz sözünü deyən çox nadir dövlətlərdən birinə çevrildi. Prezident hər bir azərbaycanlının prezidenti olduğunu təsdiq etdi. Ölkə başçımızın rəhbərliyi altında xalqımızı gələcəkdə də daha böyük uğurlar və zirvələr gözləyir”, - deyə A.Badamov qeyd edib.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

11-05-2023, 21:01

Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirdi

Gündəm / Siyasət

19-10-2023, 12:10

“Son 20 il Azərbaycanın dövlətçilik tarixinə hərtərəfli inkişaf dövrü kimi daxil olub” - ŞƏRH FOTO

Gündəm / Siyasət

18-10-2023, 16:59

Peşəkar siyasətçi, böyük lider, qalib sərkərdə - ŞƏRH

Siyasət

26-04-2023, 20:04

Azərbaycan Ümummilli liderin gərgin əməyi sayəsində inkişaf etmişdir

Cəmiyyət

19-08-2022, 19:30

Dövlət və dövlətçiliyimin siyasətinə xidmət edirəm

Siyasət

8-04-2023, 01:37

Sevinc Fətəliyeva: Yeni reallıqlar Azərbaycanın daha böyük uğurlar əldə etməsinə hədəflənib

Cəmiyyət

14-04-2023, 20:46

Fidan Hüseynova: "Əməkdaşlığın inkişaf etdirilməsinin uğurlu davamı"

Siyasət

2-09-2022, 19:24

"Prezidentin Forumda iştirakı nüfuzlu lider kimi qəbul olunduğunu bir daha təsdiq edir"

Ölkə

10-04-2023, 20:43

Fidan Hüseynova: Müstəqil siyasətin müəllifi

Siyasət

11-04-2023, 19:13

Möhkəmlənən mövqeyin nümayişi - Malik Həsənov Milli Məclisin deputatı

Siyasət

8-04-2023, 01:49

Fidan Hüseynova: Xalqa Zəfər bəxş edən ordu

Cəmiyyət

20-09-2023, 14:20

Əməkdaşlığın dərinləşməsi üçün möhkəm hüquqi baza yaradılıb

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Bu gün, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
Dünən, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
Xəbər lenti
  • Bu gün, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • Bu gün, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • Bu gün, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • Bu gün, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • Bu gün, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • Bu gün, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • Bu gün, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • Bu gün, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
  • Bu gün, 11:00
    İrana qayıdan Pezeşkian ABŞ səfəri ilə bağlı açıqlama verib
  • Bu gün, 10:30
    Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
  • Bu gün, 08:42
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • Bu gün, 01:37
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • Bu gün, 01:21
    Azərbaycanda Anım Günüdür
  • Dünən, 19:00
    Çin XİN: Si Cinpin ABŞ-ı Tayvanın müstəqilliyinə qarşı mövqeyini qorumağa çağırıb
  • Dünən, 18:30
    Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
  • Dünən, 18:00
    Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb
  • Dünən, 17:30
    Mahir Emreli: "Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik"
  • Dünən, 17:00
    İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb
  • Dünən, 16:12
    Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurub
  • Dünən, 16:08
    “Hər dialoqdan sonra sanksiya və zərbələr artır” - Pezeşkian
  • Dünən, 15:54
    Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb
  • Dünən, 15:40
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • Dünən, 15:26
    Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
  • Dünən, 15:04
    Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
  • Dünən, 14:59
    “Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar
  • Dünən, 14:46
    "Formula 1" üzrə Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
  • Dünən, 13:41
    Milli Məclisin komissiyası: Türkiyədə Azərbaycana qarşı kampaniya münasibətləri hədəf almaq məqsədi daşıyır
  • Dünən, 13:35
    Bakıda direktora etiraz edən şagirdlər dərsə getmədi - TƏFƏRRÜAT
  • Dünən, 13:27
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • Dünən, 13:14
    “Mənə iş verin, 5 ildir eyni sözü eşidirəm” - Qazi KÖMƏK İSTƏYİR
  • Dünən, 12:10
    Laçında traktor minaya düşüb
  • Dünən, 12:05
    Maşının çəninə dizel əvəzinə benzin tökdülər və... - MÜRACİƏT
  • Dünən, 11:40
    II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib
  • Dünən, 11:28
    “Robert Əyyubov şirkətimizi əlimizdən aldı” - Mahirə Əsədova Prezidentə müraciət etdi
  • Dünən, 11:09
    Forumda iştirak edən qurumların aktivləri 30 trilyon dollara çatır
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə