Sizin reklam burada 728×90
Son dəqiqə

Həcc ziyarətində bədbəxt hadisə: Azərbaycanlı zəvvarlar YARALANDI

14.06.2024 16:37 517 1 dəq oxunur
Həcc ziyarətində bədbəxt hadisə: Azərbaycanlı zəvvarlar YARALANDI
Həcc ziyarətində olan iki azərbaycanlı xəsarət alıb.

İyunun 14-də səhər Məkkədə hoteldə qalan iki zəvvar qadın liftin şaxtaya düşməsi nəticəsində yaralanıb.

Zəvvarların səhhəti barədə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri qeyd edib ki, xəsarət alanların sağlamlıq durumunda ciddi problem yoxdur.

"Zəvvarlar yüngül xəsarət alıblar, onlara ilkin tibbi yardım göstərilib və sağlamlıqları təhlükədə deyil", - o, "oxu.az"a açıqlamasında bildirib.

Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər iyunun 4-dən başlayıb. Ümumilikdə 1 500 azərbaycanlı zəvvar təyyarələrlə iyunun 10-dək Məkkəyə çatdırılıb. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə iyulun 2-dək Vətənə qayıdacaqlar.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az