Sizin reklam burada 728×90
Son dəqiqə

Naxçıvanda 21 yaşlı hamilə qadın öldü

18.01.2025 18:15 318 1 dəq oxunur
Naxçıvanda 21 yaşlı hamilə qadın öldü
Naxçıvanda 21 yaşlı hamilə qadın vəfat edib.

Hadisə bu gün baş verib.

Belə ki, qəfildən halı pisləşən 2004-cü il təvəllüdlü Məhərrəmova Gülcan İlham qızı üçün təcili tibbi yardım çağrılıb. O, xəstəxanaya aparılarkən yolda təcili tibbi yardım avtomobilində vəfat edib. Bildirilir ki, ana və övladının ölümünə səbəb təzyiq olub.

G.Məhərrəmova Babək rayonu Payız kəndində dəfn edilib. Qeyd edək ki, G.Məhərrəmova Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı.(Nuhçıxan)
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az