Sizin reklam burada 728×90
Son dəqiqə

Siyəzən və Şabranda dağlıq-meşəlik sahələrdəki yanğınlar tam söndürülüb

21.08.2022 18:50 578 1 dəq oxunur
Siyəzən və Şabranda dağlıq-meşəlik sahələrdəki yanğınlar tam söndürülüb
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Siyəzən və Şabran rayonları ərazisində mürəkkəb relyefli dağlıq-meşəlik sahələrdə baş vermiş yanğınlar tam söndürülüb.

Bu barədə bakunews.az-ya report-a istinadən Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Havanın isti və küləkli, relyefin mürəkkəbliyinə baxmayaraq qüvvələrin əlaqəli və effektli tətbiqi sayəsində yanğınların daha geniş ərazilərə yayılmasına imkan verilməyib. Yanğınlar nəticəsində ümumilikdə təxminən 40 hektar ərazidə meşə və meşəətrafı sahələr yanıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az