• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Anasının Votsapına baxan oğul həyatının şokunu yaşadı - Yad kişi ilə... - Şamaxıda biabırçılıq

Hadisə

1-10-2023, 18:39

Şamaxı şəhərində 2005-ci il təvəllüdlü Vüsal qısqanclıq zəminində anası Nəzakəti (adlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Milli.Az xəbər verir ki, Vüsal 9 oktyabr 2022-ci ildə, saat 20 radələrində anası Nəzakətin mobil telefonuna yüklənmiş "Whatsapp" mobil tətbiqdə tanımadığı kişi ilə sevgi məzmunlu yazışmalarının olduğunu görüb. Vüsal anasına öz iradını bildirib.

Bu zaman Vüsal anasının kobud tərzdə bunun şəxsi işi olduğunu bildirməsindən əsəbiləşib. O, evdən çıxaraq nənəsi Almazın evinə gedib və orada gecələyib.

Növbəti gün Vüsal anasının əxlaqsız hərəkətlər etdiyini, bunu qəbul edə bilməyəcəyini, həmin hərəkətlərin onu ətrafdakı şəxslər arasında nüfuzdan salması qənaətinə gəlib. O, anasını qisas niyyəti ilə öldürmək qərarına gəlib.

Vüsal bu niyyətini həyata keçirmək məqsədi ilə həmin gün saat 19 radələrində yaşadıqları Şamaxı şəhərində olan evlərinə gəlib və yazışmanı oxumaq üçün anasından ona mobil telefonunu verməsini tələb edib.

Bu vaxt Nəzakət mobil telefonunu verməkdən imtina etdiyi üçün mətbəxdən götürdüyü bıçaqla anasını hədələyib və mobil telefonunu alıb. Vüsal həmin şəxslə yazışmanın artıq "Whatsapp" mobil tətbiqdən silindiyini görüb. O, mobil telefonu qonaq otağındakı masanın üzərinə qoyaraq anasını qisas niyyəti ilə öldürmək məqsədi ilə yataq otağına daxil olub.

Həmin otaqdakı çarpayıda arxası üstə uzanıqlı vəziyyətdə olan anasına yaxınlaşıb və hər iki əli ilə boğaz nahiyəsindən tutmaqla anasını boğmağa başlayıb.

Həmin vaxt bacısı Gülnarın 2016-cı il təvəllüdlü oğlu həmin otaqda olmasına və qorxaraq ağlamasına məhəl qoymayıb. Vüsal azyaşlının gözü qarşısında ona xüsusi əzab və iztirablar verməklə anasına qarşı cinayətini davam etdirib.

Vüsal bir neçə dəqiqə ərzində anasını boğduqdan sonra onun artıq müqavimət göstərmədiyini və hərəkətsiz olduğunu görüb. Bu səbəbdən anasını öldürdüyünü, yəni öz məqsədinə nail olduğunu düşünüb. O, hadisə yerini tərk edib və təslim olmaq üçün könüllü surətdə Şamaxı rayon polis şöbəsinə gəlib. Vüsal anasını boğaraq öldürməsi barədə məlumat verib.

Lakin Nəzakət sağ qalıb.

İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 9 mart 2022-ci ildə onun atası rəhmətə getdikdən sonra psixologiyası çox pozulub, əsəblərini idarə edə bilməyib. Onun sözlərinə görə, hadisəni ani əsəb halında törədib, törətdiyi əməldən peşman olub.

İş üzrə zərərçəkmiş Nəzakət qeyd edib ki, hadisə günü oğlu Vüsal evə gəlib: "Vüsaldan yemək istəyib-istəmədiyi soruşdum. O, istəmədiyini söylədi. Daha sonra başım ağrıdığı üçün yatmağa getdim. Ardımca Vüsal yanıma gələrək "İnstagram" sosial şəbəkəsinə baxmaq üçün telefonumu istədi. Mən də telefonumu ona verdim. Telefon Vüsalın əlində olarkən mənə sevgi mesajı gəldi. Vüsal həmin mesajı gördü. Həmin hadisənin təsirindən Vüsal mənim boğazımı sıxdı. Bu zaman huşumu itirdim. Özümə gəldikdə isə Vüsal artıq evdən getmişdi".

İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin azyaşlı bacısı oğlu deyib ki, anası və atası Bakı şəhərində işlədikləri üçün üç ildir nənəsi Nəzakət və dayısı Vüsalla birlikdə yaşayır: "Nənəm Nəzakəti və dayım Vüsalı çox sevirəm. Dayımı nənəmdən də çox istəyirəm. Dayım mənə nənəmi sevmədiyini dedi. Mən balaca olanda dayım mənimlə çox oynayıb, lakin böyüyəndən sonra dayım mənimlə oynamayıb. Daha sonra dayım işləmək üçün Bakı şəhərinə getdi. Bir müddət əvvəl dayım nənəmin "Whatsapp"da Ceyhunla danışdığını gördü. Buna görə çox hirsləndi və nənəm ilə mübahisə etdi. Dayım yaşadığımız evdə əlləri ilə nənəmin boğazını sıxdı və onu boğmağa başladı. Dayım nənəmi boğanda həmin otaqda olmuşam, onları görmüşəm və çox qorxduğum üçün ağlamışam. Dayım iki dəfə nənəmi boğub. Dayım nənəmi boğduqdan sonra nənəm tərpənmədi. Buna görə də dayım polisin onu tutmaması üçün qaçdı. Dayım qaçandan sonra nənəmin yanında uzandım. Beş dəqiqədən sonra nənəm oyandı. Biz birlikdə böyük nənəmin evinə getdik".

İş üzrə şahid qismində ifadə verən Ceyhunun sözlərinə görə, zərərçəkmiş Nəzakət ilə 2022-ci ilin avqustunda tanış olub: "Hadisədən təxminən 2 il əvvəl zərərçəkmiş Nəzakətin qızı Vüsalə ilə "Tiktok" sosial şəbəkəsi vasitəsi ilə tanış olub. Vüsalə ilə sosial şəbəkələr vasitəsi ilə danışsam da, onunla heç vaxt görüşməmişəm, aramızda heç bir münasibət olmayıb. Bir müddət Vüsalə ilə danışdıqdan sonra anasının əvvəllər sevgilisi olduğunu, həmin şəxsin anası ilə görüşmədiyini, anasının həmin şəxslə əlaqə yarada bilmədiyini dedi. Mən Vüsaləyə dedim ki, anasının sevgilisi yoxdursa, özüm anası ilə danışaraq sevgilisi ola bilərəm. Vüsalə anasının mobil nömrəsini mənə verdi və dedi ki, tanış ola bilirsənsə, get tanış ol. Mən də Nəzakətin nömrəsinə zəng etdim, onunla tanış olmaq istədiyimi dedim. İlk əvvəl tanış olmağa razılıq verməsə də, daha sonra Nəzakət ilə tanış oldum. Bir müddət Nəzakət ilə adi zəng və "Whatsapp" sosial şəbəkəsi vasitəsi ilə görüntülü zəng, səsli zəng və mesaj vasitəsi ilə danışdıqdan sonra ona vuruldum".

Ceyhun qeyd edib ki, adını xoşlamadığı üçün sonradan tanış olduğum insanlara öz adını yox, başqa ad deyib. O qeyd edib ki, 2022-ci ilin avqustun sonlarından hadisənin baş verdiyi vaxtadək bir neçə dəfə Nəzakət ilə görüşüb və onunla yaxın münasibətləri yaranıb: "2022-ci ilin avqust ayının sonlarında dəqiq xatırlamadığım tarixdə Nəzakət ilə görüşərək cinsi əlaqədə olmaq qərarına gəldik. Həmin gündən hazırki vaxta qədər Nəzakətin yaşadığı evə müxtəlif tarixlərdə 4 və ya 5 dəfə gecə saatlarında onun nəvəsi yatdıqdan sonra gəlmişəm. Cinsi əlaqədə olduqdan sonra səhərə yaxın hava işıqlanmamış oradan getmişəm".

Ceyhun bildirib ki, növbəti günlərdə tanımadığı mobil nömrədən bir kişi ona zəng edib və Nəzakətin "Whatsapp" sosial şəbəkəsi vasitəsi ilə nə üçün sevgi məzmunlu mesaj yazdığını, Nəzakəti tanıyıb-tanımadığını soruşub: "Həmin şəxsin kim olduğunu bilmədiyim üçün Nəzakəti tanımadığımı, mesaj göndərdiyim nömrədə rəqəm səhvliyinə yol verə biləcəyimi və ya mobil telefonumun bibim oğlunda olarkən həmin mesajı yaza biləcəyini, Nəzakətə mesaj yazmadığımı bildirdim. Növbəti gün, səhər saatlarında Nəzakət mənə zəng etdi, oğlu Vüsalın telefonunu əlindən almasını, bu səbəbdən zəng edə bilmədiyini dedi və sevgi məzmununda bir qədər danışdıqdan sonra zəngi sonlandırdıq. Bundan sonra mənə zəng edən şəxsin Nəzakətin oğlu Vüsalın olmasını bildim".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsal 5 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Olay

6-05-2023, 00:57

Mingəçevirdə şəhid anasının mobil telefonunu və pulqabısını oğurlayan şəxs tutulub - FOTO/VİDEO

Cəmiyyət

28-07-2022, 17:10

Qazinin xanımının iddialarına - Rəsmi cavab

Hadisə

29-06-2022, 20:34

Bakıda ailə faciəsi; uşağının gözü önündə...

Dünya

5-09-2022, 12:39

Atadan ŞOK ƏMƏL: keçmiş arvadından qisas almaq üçün iki uşağı zəhərləyərək öldürdü

Araşdırma

4-09-2023, 11:09

“Lotu Quli”nin adından istifadə edərək 12 milyonu ələ keçirən şəxsdən xəbər var Bu gün, 10:05

Dünya

20-08-2022, 20:00

İngiltərədə 90 yaşlı qadın 40 saat təcili yardım gözlədi

Gündəm

27-04-2023, 13:22

MİKAYIL CABBAROV SAXTA DİPLOMLU “SİNİF YOLDAŞI”NI VƏZİFƏYƏ NECƏ TƏYİN EDİB?

Dünya

25-08-2022, 18:29

Ərini öldürmək üçün killerlər tutdu

İdman

11-09-2022, 10:42

Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Şamaxı" ilə, "Qarabağ" "Sabah"la görüşəcək

Cəmiyyət

26-08-2022, 16:09

General və ailəsinin əmlakı müsadirə olunacaqmı? - Zərərçəkənlər şübhə edir

Kriminal

12-09-2023, 16:34

Bakının mərkəzində qadına qarşı əxlaqsız hərəkət edən şəxs həbs edildi

Bölgə

14-06-2023, 10:08

“İsmayıllı Tikinti 27” MMC-nin keyfiyyətsiz betonu vətəndaşı ziyana salıb - VİDEO

Araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Hadisə
Bu gün, 09:37
Qudyal çayında 11 yaşlı oğlan boğularaq ölüb
Dünən, 10:16
400 manat borca görə qadının nüfuzu hədəfə alındı? “Manato” ilə bağlı araşdırma tələbi
11-07-2026, 10:41
Monteneqrodakı qətlə görə Azərbaycanda DNT aparıldı
10-07-2026, 14:40
Kəlbəcərdə mina partlayışı olub
8-07-2026, 10:46
İki gün əvvəl Mərdəkanda dənizdə batan 16 yaşlı gəncin meyiti tapılıb
7-07-2026, 11:47
İkinci kurs tələbəsi vəfat etdi
Xəbər lenti
  • Bu gün, 10:23
    “Qaçqınkom” işçilərinə 60 minlik geyim almağa hazırlaşır
  • Bu gün, 10:17
    Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb
  • Bu gün, 09:55
    Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür
  • Bu gün, 09:44
    Nazirlik bu klinikada pozuntular aşkarladı: Yararlılıq müddəti bitmiş dərmanlar tapıldı
  • Bu gün, 09:37
    Qudyal çayında 11 yaşlı oğlan boğularaq ölüb
  • Dünən, 19:00
    Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda Suriya, Qazaxıstan və Özbəkistan nümayəndələri ilə görüşüb
  • Dünən, 18:49
    Tramp İranın blokadasının bərpa olunduğunu və Hörmüz boğazından daşınan yüklərə görə 20% ödəniş alınacağını elan edib
  • Dünən, 18:40
    TÜRKİYƏDƏ ÇALIŞAN AZƏRBAYCANLI ASİSTAN HƏKİMLƏRİN GƏLƏCƏYİ TƏHLÜKƏDƏDİR
  • Dünən, 18:29
    Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
  • Dünən, 18:10
    Bu fotolar reklamdır, yoxsa utancverici mənzərə? - Heç olmasa paylaşmayın - FOTO
  • Dünən, 17:57
    Milli Məclisin növbədənkənar sessiyasının son iclasında 26 məsələ müzakirə ediləcək - YENİLƏNİB
  • Dünən, 17:40
    Qubanın korrupsiya bazarı - Sakinlərə qənim kəsilən Şahin israfilov kimə arxalanır?
  • Dünən, 16:54
    Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb
  • Dünən, 16:43
    ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq
  • Dünən, 14:57
    İlham Əliyevin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşılıb
  • Dünən, 13:49
    "The Mood Bistro & Grill"də keyfiyyətsiz xidmət - Biznes lanç adı altında biabırçılıq - FOTO
  • Dünən, 13:37
    Sabah Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək
  • Dünən, 13:23
    Adil Əliyev Yeni Günəşlini Suriyaya çevirib - Prezidentin ayırdığı pullar hara gedib?
  • Dünən, 13:16
    Sabah ölkə ərazisində 39 dərəcə isti olacaq
  • Dünən, 12:44
    İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq
  • Dünən, 12:24
     Nail Abdullayev haqda İLGİNC FAKT - SƏN DEMƏ...
  • Dünən, 11:39
    Prezident: 2027-ci ildə İƏT sammitinin Azərbaycanda keçirilməsi - böyük məsuliyyətdir
  • Dünən, 11:28
    QHT-lərə Dövlət Dəstəyi Agentliyinin müəmma dolu müsabiqələri:Eyni layihəyə iki qrant?
  • Dünən, 11:07
    Vüsal Nəsirli Şuşada vətəndaşları qəbul edəcək
  • Dünən, 10:29
    Azərbaycan Texnologiya Universitetində əsassız pul tələbi iddiası: Səs yazısı yayılıb VİDEO/İDDİA
  • Dünən, 10:16
    400 manat borca görə qadının nüfuzu hədəfə alındı? “Manato” ilə bağlı araşdırma tələbi
  • Dünən, 10:04
    İlham Əliyev: Borrel vəzifədən getdikdən sonra Azərbaycanın Avrokomissiya ilə münasibətləri yaxşılaşmağa başladı
  • Dünən, 09:52
    Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…
  • Dünən, 09:34
    Bakı və Abşeronda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
  • Dünən, 09:19
    İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşəcək
  • 12-07-2026, 18:32
    Ağsu Rayon Mərkəzi Xəstəxanasında kəskin qoxunun mənbəyi nədir? – Zirzəmidə tibbi tullantılar toplandığı iddia olunur
  • 11-07-2026, 11:57
    Bakıda növbəti daxili iməclik keçirilib
  • 11-07-2026, 11:37
    Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında iştirak edib
  • 11-07-2026, 11:19
    İlham Əliyev Laçında "Həkəriçay" su anbarının təməlini qoyub
  • 11-07-2026, 11:05
    Ukrayna yenidən vuruldu - Yaralılar var
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə