Sizin reklam burada 728×90
Son dəqiqə

Oyundan əvvəl qarşıdurma baş verdi -

22.11.2023 12:41 323 1 dəq oxunur
Oyundan əvvəl qarşıdurma baş verdi -
DÇ-2026-nın seçmə mərhələsində Braziliya-Argentina oyunundan əvvəl stadionda azarkeşlər arasında qarşıdurma baş verib.
BakuNews.az xəbər verir ki, Braziliya və Argentina azarkeşləri bir-birilərinə su qablarını atıblar. Ardınca məsələyə polis müdaxilə edib.

Gərginlik səbəbilə matçın başlaması gecikib. Argentinalı futbolçular münaqişəyə müdaxilə edib. Gərginlik səngimədiyinə görə, Messi komandanı meydandan çıxararaq paltardəyişmə otağına aparıb. Qarşıdurma səngiyəndən sonra oyun başlayıb.

Qeyd edək ki, oyun Argentinanın 1-0 hesablı qələbəsi ilə başa çatıb.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az