Sizin reklam burada 728×90
Son dəqiqə

De Byazi Azərbaycan millisindən ayrıldı

22.11.2023 12:47 356 1 dəq oxunur
De Byazi Azərbaycan millisindən ayrıldı
AFFA futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə yollarını ayırıb.
BakuNews.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında milli assosiasiyanın baş katibi Sərxan Hacıyev məlumat verib. Qərar qurumun İcraiyyə Komitəsinin (İK) bu gün keçirilmiş fövqəladə iclasında qəbul olunub. S. Hacıyevin sözlərinə görə, italiyalı mütəxəssis noyabr ayının sonunda başa çatacaq müqaviləsinin müddətinin uzadılmamasını xahiş edib. Onun istəyi İK tərəfindən qəbul olunub.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin avqustunda Azərbaycan millisinə baş məşqçi təyin olunmuşdu.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az