Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan Basketbol Liqası: “Sumqayıt” səfərdə qələbə qazanıb

17.03.2024 17:48 235 1 dəq oxunur
Azərbaycan Basketbol Liqası: “Sumqayıt” səfərdə qələbə qazanıb
Azərbaycan Basketbol Liqasında XV tura yekun vurulub.

Bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, sonuncu matç Şəkidə gerçəkləşib.

Şəhərin eyniadlı komandası “Sumqayıt”ı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə bitib - 98:83.

Bu nəticədən sonra 20-ci xalını qazanan “gənclik şəhəri” təmsilçisi 7-ci sıradakı “Cəlilabad”a çatıb. “Şəki” 15 xalla sonuncudur.

Qeyd edək ki, XV turda “Neftçi” “Gəncə”ni (97:62), “NTD İndiqo” “Sərhədçi”ni (84:74), “Xəzri” “Xırdalan”ı (108:82), “Sabah” “Cəlilabad”ı (90:76) məğlub edib.

Bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az