• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Qurban Qurbanov din, Napoleon və XTQ haqda: “Məni xarakter olaraq dəyişdi”

İdman

21-06-2022, 18:44

“Əvvəllər tarixi filmlərə çox baxırdım. Düzdür, filmlərdə hadisələr və şəxsləri bir qədər şişirdirlər. Amma yenə də uşaq vaxtı yadımda qalanlar olub və onlardan motivasiya almışam”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov rekord.az saytına müsahibəsində deyib.

Qurbanov bu dəfə tarixi şəxsiyyətlərdən, simpatiya bəslədiyi insanlardan danışıb:

“Şükürlər olsun ki, müsəlmanıq və bizim bir nümunəmiz var. O da Məhəmməd peyğəmbərdir. Onun əxlaqı, davranışı, cəmiyyətə, bəşəriyyətə olan tövsiyələri böyük bir nümunədir. Həmişə ona maraq göstərirəm.

O ki qaldı sərkərdələrə, hamının ağlına gələn ilklərdən, məsələn, Napoleon Bonapartdır. Balaca boyu ilə nələr əldə edib. Amma ondan da böyükləri var: Məsələn, Osman. “Kuruluş Osman”, “Diriliş Ərtuğrul” kimi seriallara arada baxıram, çünki çox vaxtım olmur, 10-15 dəqiqə epizodları izləyirəm. Oradakı qəhrəmanların keçdiyi yolu tarix kimi eşitmişdim, maraqlanmışdım, amma filmdə sanki canlı görürsən. Ola bilər ki, çəkənlər nəyisə bəzəyirlər, amma insana vətənpərvər olmaq, qürurunu qorumaq, xarakterini bərkitmək üçün belə kinolar böyük əhəmiyyət daşıyır. Böyük bir maraqdır. Elə həmin Napoleon kimi Teymurləngi götürək. O da xarakteri hesabına kiçik boyuyla dünyanı fəth edib. Belə faktlar insana, cüzi də olsa, təsir edir.

Amma Osmanlı tarixi daha yaxındır mənə. Onlar o şəraitlərdə nələrdən keçiblər… Həm də məqsədləri düzgün olub: Ölkəni qurmaq, dinimizi qoruyub-saxlamaq, Vətəni sevmək, vətənpərvər olmaq. Çox maraqlı ssenarisi var həmin filmlərin. Həqiqətən, elə olub - meşələrdə olublar, qaçıblar, atası, sonra özü; uşağı varkən əzab-əziyyətlərə dözmək, öz yaxınını qurban vermək… Nəyisə əldə etmək üçün nəyisə qurban verməlisən. Belə insanlar az olur və onlar seçilirlər digərlərindən”.

O, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) 44 günlük Vətən müharibəsi zamanı gördüyü işlərdən də danışıb:

“Çox istərdim ki, bizim o XTQ-nin yanında olum ki, onları iş başında canlı görə bilim. Hər birimizin yaxını var, oradan eşidirik. Amma bizim eşitdiklərimiz heç nədir. Bizim o kinolarda gördüklərimiz heç nədir. Bizim sırf o XTQ-lərin etdikləri bu kinoları, bu sərkərdələri, elə bil, üstələdi də.

Bax düşünək: O vaxt döyüşmək üçün silah nə idi? Qılınc, ox, nizə. Yəni səni 500 metrdən vura bilməzdilər. Amma indi səni kilometrlərlə uzaqdan vura bilərlər. Amma buna baxmayaraq, sən haralara çıxırsan, nələr edirsən… XTQ-mizin bu şücaəti mənə çox güc verdi, məni xarakter olaraq dəyişdi. Ona görə mən həmişə dəfələrlə demişəm ki, Allah onları qorusun, Allah bütün şəhidlərimizə rəhmət etsin. Hər bir xalqın damğası olur. 30 illik işğal zamanı üzərimizdə başqa bir damğa vardı, amma bundan sonra Azərbaycan xalqının damğası başqa yönə dəyişdi. O vaxtlar spartalılar, Osmanlı haqqında danışırdılarsa, başqalarını deyirdilərsə, indi də azərbaycanlılar haqda danışır, etdiklərimizi deyirlər. Bunu edənlərlə qürur duyuram”.

O, dinin onun həyatında işlərinə çox kömək etdiyini bildirib:

“Qüsurlarımız var, amma çalışıram ki, bir müsəlman olaraq qaydalara tam riayət edim. Mən gözümü açandan anamın ibadət etdiyini görmüşəm. O vaxt çətin vaxtlar idi, hətta deyərdim, bəlkə də, gizlində ibadət edirdi. Ondan öyrənmişəm. Müsəlmanıq. Haqq burada, ədalət burada, dostluq burada, hər şey burada – islamdadır. Dinimizdə hər şey var. Hər şeyi gözəl-göyçək göstərib, təqdim ediblər bizə. Din deyir ki, paxıl olma, işgüzar ol, daim pis şeylərdən uzaq ol, yaxşıya daha çox yaxınlaş. O qədər yanlış addımlarım, yanlış danışığım, yanlış hərəkətim, yanlış işim olub ki...

Dinimiz mənə çox şeylər verib. Məsələn, dinimiz həmişə deyib ki, yerindən asılı olmayaraq, rəhbərinə sadiq ol. Ölkə rəhbərinə, işdə rəhbərinə sadiq olmaq, ona qarşı çıxmamağı tövsiyə edib, mən də bunu özümdə həkk etmişəm. Hazırda klubdayıq, burada da mənim rəhbərim var. Mən burada, hə, baş məşqçiyəm. Amma klubu idarə edənlər var, rəhbərləri var. Onlara sadiq olmaq, onlara qarşı çıxmamağı öyrənmişəm. Din mənə çox şey verib. Həyatımdan razıyam, narazı bir dənə özümdənəm. Daha fərqli ola bilərəm, amma insan nəfsi bəllidir. Bir gün dözə bilirsən, bir gün dözə bilmirsən. Buna görə özümdən narazıyam”.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İdman

10-08-2022, 16:54

Qurban Qurbanov futbolçuları belə təbrik etdi

İdman

2-08-2022, 19:20

"Məndə heç bir həyəcan yoxdur" - Qurban Qurbanov

İdman

16-08-2022, 13:26

Qurban Qurbanov: "Azarkeşləri küsdürmək olmaz"

İdman

6-07-2022, 18:53

"Rəqibdə məni təəccübləndirən böyük nəsə olmadı" - Qurban Qurbanov

Şou-biznes

3-09-2022, 13:14

"İnsanlara görə özümü qurban verdim, amma dəyməzmiş"

İdman

5-07-2022, 16:45

Qurban Qurbanov: "Bizi çox çətin oyun gözləyir"

İdman

19-07-2022, 22:11

Qurban Qurbanov: "Cavab matçında daha yaxşı oynayacağıq"

İdman

2-09-2022, 17:36

Məşhur klubdan Qurban Qurbanova təklif

İdman

13-08-2022, 20:57

Qurban Qurbanov: "İntizamlı komanda ilə oyunda vacib qələbə qazandıq"

Şou-biznes

15-07-2022, 18:59

“Mənimlə duet oxumaq istəyən müğənninin boyu mənim üçün önəmlidir”

İdman

14-08-2022, 00:18

"Qarabağ"ın hücumçusu Türkiyə klubunun hədəfində - ÖZƏL

Şou-biznes

14-07-2022, 16:32

“O biri dünyada istərdim əməllərim gözəl olsun. Məni Allah çox istəyir" - Mətanət Əsədova

Araşdırma
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Qaz İxrac İdarəsində Sərxan Babaşovla bağlı yeni iddialar
Saxta ştatlar, maaş pozuntuları və polis təzyiqi iddiası – Füzulidə təhsil qalmaqalı
Siyəzəndə təhsil sistemi silkələnir: Himayədarlıq və saxta qeydiyyat iddiaları
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Hadisə
Bu gün, 11:00
Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
Dünən, 18:00
Doqquzuncu sinif şagirdi vəfat etdi
24-06-2026, 16:25
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
23-06-2026, 19:00
Türkiyədə sursat anbarında partlayış olub, 2 nəfər ölüb, 2-si yaralanıb
23-06-2026, 18:00
Gürcüstanda azərbaycanlı tələbə partlayışda həlak oldu
23-06-2026, 16:31
Məktəb direktoruna kabinetində xəsarət yetirdi və cəza aldı
Xəbər lenti
  • Bu gün, 16:00
    SEPAH Pezeşkianın orduya 20 milyon barel neft ayrılması barədə xəbəri təsdiqləməyib
  • Bu gün, 15:00
    İsrail Livanda "Hizbullah"ın döyüşçülərinin zərərsizləşdirildiyini açıqlayıb
  • Bu gün, 14:30
    İran XİN İraqla münasibətlərin genişləndirilməsini prioritet sayır
  • Bu gün, 14:00
    FHN silsilə maarifləndirmə tədbirlər keçirib
  • Bu gün, 13:00
    Küveyt XİN İranın ölkə ərazisinə hücumlarını qətiyyətlə pisləyib
  • Bu gün, 12:46
    Sabah Bakıda yağış yağacaq, bölgələrə dolu düşəcək
  • Bu gün, 12:00
    SEPAH ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
  • Bu gün, 11:00
    Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
  • Bu gün, 10:30
    İranın hücumuna görə BMT-yə çağırış etdilər
  • Dünən, 18:00
    Doqquzuncu sinif şagirdi vəfat etdi
  • Dünən, 17:30
    İtaliyanın ən uzun çayı quruyur
  • Dünən, 17:00
    Aviareysləri bərpa edirlər
  • Dünən, 16:30
    Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
  • Dünən, 16:06
    Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır
  • Dünən, 15:48
    “Mədəniyyət evində bağça və şirniyyat mağazası açırlar, mebel satırlar...” - "Qurumlar bunu mütləq araşdırmalıdır!"
  • Dünən, 15:20
    UFC Şöhrət Zalının üzvü Maykl Bispinq Bakıdakı turnirin şərhçilərindən biri olacaq
  • Dünən, 15:13
    “First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
  • Dünən, 14:57
    Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi
  • Dünən, 14:50
    Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
  • Dünən, 12:10
    Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib
  • Dünən, 12:06
    Dəmir Yolları İdarəsinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - ortada suallar çoxdur...
  • Dünən, 11:50
    Azərbaycan ilə AQEM arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
  • Dünən, 11:43
    Səlahiyyət var, nəticə yoxdur: Qəbələdən SOS! - VİDEO
  • Dünən, 11:20
    Ukrayna Qara dənizdə Rusiya katerinin vurulduğunu açıqlayıb
  • Dünən, 11:08
    Vüsal Nəsirli üçün Saleh Məmmədov simfoniyası... - Piyada keçidi zibilxanaya dönüb...
  • Dünən, 10:23
    DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib
  • Dünən, 10:17
    Saatlı İcra Hakimiyyəti və DAİM hara baxır? - Fermerin bir illik zəhməti məhv olur
  • Dünən, 09:49
    FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  • 26-06-2026, 18:08
    Zakir Həsənov yeni istifadəyə verilən idman zalında və Baş Klinik Hospitalda yaradılan şəraitlə tanış olub
  • 26-06-2026, 17:38
    Türkiyə səfirliyi Azərbaycan Ordusunu təbrik edib
  • 26-06-2026, 13:11
    Həftəsonu Bakı və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 26-06-2026, 12:44
    Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? — DGK sədrinə SƏRT ETİRAZ
  • 26-06-2026, 12:15
    Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 26-06-2026, 11:41
    Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ
  • 26-06-2026, 11:16
    Azərbaycan neftinin qiyməti 1 %-dən çox artıb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə