• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Mahir Emreli “Dinamo”ya qayıtmağının səbəblərini AÇIQLADI

İdman

6-07-2023, 18:28

“Dinamo”nu, Zaqrebi sevirəm. Türkiyədə müəyyən təcrübə qazandım və yeni imkanlar uğrunda mübarizə aparmaq üçün buraya qayıtdım”.

“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli Xorvatiya mətbuatına açıqlamasında deyib.

26 yaşlı hücumçu yanvardan bu yana komandada bəzi yeniliklər olduğunu bildirib:

“İlk növbədə baş məşqçi və heyət dəyişib. Təbii ki, çoxlu tanış simalar və köhnə oyunçular var. Lakin yeni istedadlı oyunçular da çoxdur”.

İlin əvvəlində icarə əsasında Türkiyə “Konyaspor”una keçməsinə toxunan forvard bu məsələdə “Dinamo”nun sabiq baş məşqçisi Ante Çaçinin rolu olduğunu gizlətməyib:

“Başqaları - azarkeşlər, media sənin haqqında müsbət fikir bildirə bilər. Amma əsas baş məşqçinin düşüncələridir. Həmin vaxt Çaçinin planlarına daxil olmadığım üçün icarə əsasında hansısa komandaya getməyə qərar verdim. Çünki oyun praktikası hər bir futbolçu üçün önəmlidir”.

Emreli Çaçinin qərarına görə narahat olmadığını vurğulayıb:

“Futbolçu həyatı belədir. Təbii ki, məqsədim “Dinamo”da qalıb rəqabət aparmaq idi. Bu klubun necə iddialı olduğunu bilirəm. Mənim üçün “Dinamo”da oynamaqdan əla heç nə ola bilməz. Amma ön planda olmayanda özünə baxmalı və ən yaxşı həll yolu axtarmalısan. Hər halda, artıq həmin dövr geridə qaldı. Yeni baş məşqçimiz və özümü sübut etmək üçün yeni şansım var. Məni bu kluba gətirən insanların etimadını doğrultmaq üçün hər şeyi edəcəyəm”.
“Konyaspor”dakı çıxışını dəyərləndirən futbolçunun sözlərinə görə, daha yaxşısını etmək olardı:

“Mən ora gedəndə yeni baş məşqçi gəlmişdi, klub çətin vəziyyətdə idi, uzun müddət qələbə qazana bilmirdi. Təlim-məşq toplanışı keçməmişdim. Bu səbəbdən komanda yoldaşlarımı yaxşı tanımırdım. Superliqa həqiqətən güclü və rəqabətlidir. Çox oynasam və daha yaxşı statistikaya sahib olsaydım, lap xoşbəxt olardım. Mövsümün sonunda hər şey qaydasına düşməyə başladı. Ümumiyyətlə, həyatımda heç nəyə görə peşman deyiləm. Bütün bunlar məni nəinki daha yaxşı və güclü oyunçu, həm də insan edən təcrübədir”.

O, Zaqreb klubunun təlim-məşq toplanışına vaxtından əvvəl qayıtmasının səbəbini də açıqlayıb:

“Qısa məzuniyyətim var idi. Toplanışa mümkün qədər tez qoşulmaq istəyirdim ki, yeni baş məşqçi İqor Bişçan məni, məni tanıya bilsin. O, keçmiş futbolçu, indi isə böyük məşqçidir. Bundan əlavə, klubun əfsanəsi, parlaq karyerası olan oyunçudur. Ona böyük hörmətim var. Oyunçuları başa düşür və bu, bizə çox kömək edir. Məşqlər çətin, eyni zamanda əyləncəlidir. Topla çox işləyirik. Mən də hamı kimi onun futbola baxışından və məşqindən razıyam. Ümid edirəm ki, hazırlıqdan sonra məşqçinin bütün istəklərini mümkün qədər yaxşı başa düşəcəyik. O, bizdən sürətli, aqressiv oyun və hücum futbolu tələb edir”.

Çempionlar Liqasına II təsnifat mərhələsindən başlayacaq “Dinamo” bu raundda “Astana” (Qazaxıstan) - “Dinamo” (Tbilisi, Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq. Emreli “Hansı komanda ilə qarşılaşmağı daha çox istərdiniz” sualına bu cür cavab verib:

“Favoritim yoxdur. Əsas odur ki, biz öz oyunumuzu göstərək. Təbii ki, bunlar çətin rəqiblərdir. Çempionlar Liqasının seçmə mərhələsində asan komanda olmur. Bundan əlavə, Qazaxıstan və Gürcüstanda mövsüm davam edir. Odur ki, bu, həmin komandalar üçün cüzi üstünlükdür. Lakin biz özümüzə və keyfiyyətlərimizə inanırıq”.

BakuNews.Az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İdman

14-07-2022, 22:58

Mahir Emreli “Dinamo”nun ikinci komandasında çıxış edəcək

İdman

19-07-2022, 14:35

Mahir Emreli "Şkupi" ilə matçda iştirak etməyəcək

İdman

14-07-2022, 17:36

"Qarabağ"ın legioneri: "Heç kimdən qorxmuruq"

İdman

26-08-2022, 11:09

"Dinamo" Emreliyə bu qədər mükafat verəcək - MƏBLƏĞ

İdman

23-07-2022, 21:32

"Klubun nə istədiyini bilmirəm" - Neymar

İdman

1-09-2022, 13:00

"Fənərbağça" 60 milyonluq futbolçunu transfer edir

İdman

31-07-2022, 11:10

“Fənərbağça” prezidenti Ukraynadan üzr istəməyəcəklərini deyib

İdman

27-08-2022, 14:21

Çempionlar Liqasında qrup mərhələsinin təqvimi açıqlandı

İdman

14-07-2022, 20:10

"Neftçi"nin baş məşqçisi: "Qol problemini aradan qaldırmağa çalışırıq"

İdman

16-08-2022, 17:46

Samir Əliyev: "İslamiada bizim üçün böyük təcrübə oldu"

İdman

14-08-2022, 13:36

"Kəpəz"in legioneri: "Neftçi" ilə aramızda böyük prinsipiallıq var"

İdman

29-08-2022, 20:30

"Qarabağ" sabiq "Barselona"lı ilə maraqlanır

Araşdırma
Neftçalada, H.Əliyev prospektində yüzlərlə şam ağacı quruyub
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Agentlikdən BakuNews.az-a rəsmi cavab
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
Hadisə
Bu gün, 17:00
Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
Dünən, 10:11
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs olundu - SƏN DEMƏ...
Dünən, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:18
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:34
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Xəbər lenti
  • Bu gün, 17:30
    İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb
  • Bu gün, 17:00
    Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
  • Bu gün, 16:31
    Bakıda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
  • Bu gün, 16:22
    Bakıda 10 dəqiqəlik yağış - yollar keçilməz oldu, avtomobillər suda qaldı
  • Bu gün, 15:56
    SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
  • Bu gün, 15:35
    Gömrükdə BU DA OLDU: Zəfər Gününə görə verilən mükafatın 15 manatını kəsdilər... - GİLEY
  • Bu gün, 15:07
    Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
  • Bu gün, 15:01
    Fərəcovun 11 illik Sumqayıt sərgüşətləri - 6 mindən çox işaxtaran, milyonlarla manatlıq abadlıq
  • Bu gün, 14:44
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Bu gün, 14:28
    Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
  • Bu gün, 12:45
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • Bu gün, 12:41
    Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq
  • Bu gün, 12:29
    Bakının bir sıra yollarında sürət həddi endirilib
  • Bu gün, 12:13
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
  • Bu gün, 12:00
    Anar Bayaramovun yanlış qərarları - Korrupsioner kadrlar vəzifələrə necə təyinat alır? FOTO
  • Bu gün, 11:39
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
  • Bu gün, 11:09
    “Həbibbəylinin adının Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi təxribatdır”
  • Bu gün, 10:38
    Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
  • Bu gün, 10:03
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • Bu gün, 09:56
    Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı - Rafiq Quliyev sakinləri saymır - VİDEO
  • Bu gün, 09:32
    Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək
  • Bu gün, 09:13
    Rusiyadan yeni hücum gözlənilir, hazırlaşırıq - Zelenski
  • Bu gün, 08:58
    Donald Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
  • Dünən, 19:00
    Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
  • Dünən, 18:40
    Şirkət rəhbəri 300 min manatlıq dələduzluqda ittiham olunur, məhkəmə başlayıb
  • Dünən, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • Dünən, 18:06
    Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
  • Dünən, 17:55
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
  • Dünən, 17:46
    “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
  • Dünən, 17:27
    Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
  • Dünən, 17:21
    DGK-da Şirinovun ŞİRİNLİYİ... - İTTİHAM VAR...
  • Dünən, 16:58
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dünən, 16:39
    “Bağça Şəhər”də yanğın təhlükəsi: Bina rəhbərliyi sakinlərin şikayətlərinə məhəl qoymur
  • Dünən, 16:21
    Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
  • Dünən, 15:50
    Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə