Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycan Premyer Liqası: Oyunlar VAR sisteminə görə həftədə üç gün olacaq

15.07.2022 18:06 567 1 dəq oxunur
Azərbaycan Premyer Liqası: Oyunlar VAR sisteminə görə həftədə üç gün olacaq
Azərbaycan Premyer Liqasının oyunları VAR (videoköməkçi hakim) sisteminə görə həftədə üç gün ərzində baş tutacaq.

bakunews.az report-a istinadən məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün püşkatma mərasimində bildirib.

PFL rəhbəri VAR sistemi ilə əlaqədar AFFA rəhbərliyi ilə görüşdüklərini söyləyib: "Hazırda bir gündə bölgələrdə istifadə olunması üçün bir maşın var. Bakıda belə problem yoxdur. Çünki həmin qurğu 80 km radiusu əhatə edə bilir. Ona görə də xahiş etdilər ki, bölgələrdə eyni gündə iki oyun olmasın. Biz də qərara aldıq ki, oyunlar cümə, şənbə və bazar günləri keçirilsin".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 5-də başlayacaq.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az