FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.
O, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Rapid" (Avstriya) - "Lexiya" (Polşa) qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.
bakunews.az