Sizin reklam burada 728×90
Son dəqiqə

Mikayıl Cabbarov: “SPECA ölkələri ilə sərmayə fondlarının yaradılması üzərində işləyirik”

23.11.2023 11:55 455 1 dəq oxunur
Mikayıl Cabbarov: “SPECA ölkələri ilə sərmayə fondlarının yaradılması üzərində işləyirik”
“SPECA ölkələri ilə birgə sərmayə fondlarının yaradılması üzərində işləyirik”.

APA xəbər verir ki, SPECA Rəhbər Şurasının 18-ci iclasında çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, Azərbaycan Qırğızıstanla və Özbəkistanla İnvestisiya Fondu yaradıb. “Digər SPECA ölkələri ilə sərmayə fondlarının yaradılmasına hazırıq”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az