• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Dövlət borcumuza baxış: daxili borclanma xarici borclanmanı üstələyir

İqtisadiyyat

6-08-2022, 11:42

bakunews.az yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

Azərbaycanda xarici dövlət borcunun həcmi dünya üzrə təhlükəsiz hesab olunan orta həddən xeyli aşağıdır. Son illərdə xarici maliyyə-kredit təşkilatlarından dövlət zəmanəti ilə borclanma üzərində yaradılan sərt nəzarət nəticəsində birbaşa xarici borcumuz xeyli azalıb.

Maliyyə Nazirliyinin hesablamalarına əsasən Azərbaycanın dövlət borcu 2023-cü il yanvarın 1-nə 17 milyard 990 milyon manata (təxminən 10,6 milyard dollar) və ya ÜDM-in 15,6 faizinə bərabər. Əvvəllər xəbər verildiyi kimi, 2022-ci il yanvarın 1-nə Azərbaycanın dövlət borcu 16 milyard 899,1 milyon manat (9 milyard 940,6 milyon ABŞ dolları) və ya ÜDM-in 18,2 faizi səviyyəsində qiymətləndirilirdi. Bu isə o deməkdir ki, 2022-ci ildə ölkənin dövlət borcu 6,4 faiz artacaq.

Nazirliyin materiallarına görə, 2023-cü ilə qədər Azərbaycanın xarici borcu 8 milyard 239,3 milyon dollara (14 milyard 6,8 milyon manat), daxili borcu isə 3 milyard 983,2 milyon manata çatacaq. 2022-ci il yanvarın 1-nə xarici borc 8 milyard 135,7 milyon dollar (13 milyard 830,7 milyon manat), daxili borc 3 milyard 68,4 milyon manat təşkil edib. Buradan aydın olur ki, 2022-ci il ərzində xarici borc 1,3 faiz, daxili borc isə 29,8 faiz artacaq. 2022-ci ilin birinci yarısına dair məlumata əsasən altı ayda xarici borc 11,9 faiz, daxili borc 9,1 faiz azalıb. Lakin hökumət ilin sonunadək borclanmanı sürətləndirmək niyyətindədir.

Maliyyə Nazirliyinin dövlət büdcəsinin icrasına dair hesabatında qeyd edilir ki, cari il iyulun 1-i tarixinə ümumi dövlət borcumuz 16.928,5 miyon manat və ya ÜDM-in 14,7 faizini, o cümlədən xarici dövlət borcu 7.882.3 milyon ABŞ dolları və ya ÜDM-in 11,7 faizini, daxili dövlət borcu isə 3.528,5 milyon manat və ya ÜDM-in 3,0 faizini təşkil edib. Həmin tarixə xarici dövlət borcunun 7.167,1 milyon ABŞ dolları həcmində hissəsini və ya ÜDM-in 10,6 faizini birbaşa xarici dövlət borcu, 715,2 milyon ABŞ dolları həcmində hissəsini və ya ÜDM-in 1,1 faizini xarici borclara verilmiş dövlət zəmanəti üzrə şərti öhdəliklər təşkil edir. Xarici dövlət borcunun 45,2 faizi 10 ilədək, 49,0 faizi 10-20 il ərzində, 5,8 faizi isə 20 ildən artıq müddətə kreditorlara ödənilməlidir. Xarici dövlət borcu üzrə yeni cəlb olunan borc öhdəlikləri 10 ilədək müddətə müvafiq istinad dərəcəsi üstəgəl 0,65 faiz dərəcəsi ilə, 10-20 illik müddətə müvafiq istinad dərəcəsi üstəgəl 0,8 faiz dərəcəsi ilə, 20 ildən artıq müddətə isə müvafiq istinad dərəcəsi üstəgəl 0,9 faiz dərəcəsi ilə cəlb olunur.

İyulun 1-i tarixinə daxili dövlət borcunun 2.789,7 milyon manat həcmində hissəsini və ya ÜDM-in 2,4 faizini birbaşa daxili dövlət borcu, 738,8 milyon manat həcmində hissəsini və ya ÜDM-in 0,6 faizini daxili borclara verilmiş dövlət zəmanəti üzrə şərti öhdəliklər təşkil edib. Daxili dövlət borcunun 79,1 faizi daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarından ibarətdir. Hesabat dövründə dövriyyədə olan dövlət istiqrazlarının 0,8 faizi 1 illik, 73,1 faizi 2-3 illik, 23,6 faizi isə 5-7 illik olub. 2023-cü ilin 1 yanvarınadək daxili dövlət borcunun 81,4 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazları təşkil edəcək. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 3,1 faizi 1 illik, 67,9 faizi 2-3 illik, 29,0 faizi isə 5-7 illik istiqrazların payına düşəcək.

Bu il daxili borclanmanın əsas məqsədi dövlət büdcəsi kəsirinin örtülməsidir. Maliyyə Nazirliyi bildirir ki, 2022-ci il ərzində ümumilikdə 1736,0 milyon manat məbləğində borclanmalardan əldə olunacaq daxilolmalar hesabına dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi nəzərdə tutulur. Məlumat üçün qeyd edək ki, 2022-ci ilin yenidən baxılmış dövlət büdcəsinin kəsiri 43,0 milyon manat artımla 3106,0 milyon manat məbləğində və ya ÜDM-in 2,7 faizi həcmində proqnozlaşdırılır. Kəsirin artımının maliyyələşdirilməsi də daxili borclanmadan cəlb olunan vəsait hesabına təmin ediləcək.

Onu da qeyd edək ki, Hesablama Palatası hökumətin daxili borclanmanı sürətlə artırmasını düzgün yol hesab etmir. Qurumun 2021-ci ilin dövlət büdcəsinin icrasına verdiyi rəydən aydın olur ki, 2021-ci ildə emissiya edilmiş istiqrazlar üzrə yalnız yaranmış faiz borcunun məbləği 318,6 milyon manat təşkil edib ki, bu da dövlət büdcəsində növbəti illərdə faiz xərclərinin əhəmiyyətli artımına şərait yaradıb. 2021-ci il ərzində geri qaytarılmış istiqrazlar üzrə ödənilmiş faiz və diskont məbləği isə 158,5 milyon manat təşkil edib.

Hesablama Palatasında bu qənaətdədirlər ki, daxili dövlət borclanmasının əhəmiyyətli dərəcədə böyük olmasını və artım istiqamətinin davam etməsini nəzərə alaraq, emissiya ediləcək dövlət istiqrazlarının maliyyə planlaşdırılmasının dövlət büdcəsinin icrası ilə (əlavə dəyər yaradan sahələrə yönəltməklə) uyğunlaşdırılması zəruridir. Qurum xarici borcun 2021-ci ildən başlayaraq daxili borcla əvəzləşdirilməsini təqdirəlayiq hal kimi qiymətləndirsə də, qeyd edir ki, tədbirlər həyata keçirilərkən bir çox halda real bazar şərtləri, eyni zamanda xərc və risklərin təhlili nəzərə alınmayıb: "Belə ki, hesabat ilində daxili borclanma hesabına cəlb edilmiş 800 milyon manat vəsait orta hesabla 5-8,5 faiz dərəcəsi ilə cəlb edildiyi halda, onun hesabına bağlanan xarici borcun faiz dərəcəsi LİBOR +1,2 faiz, Euribor+2 faiz və 2,75 faiz həcmində olub ki, nəticədə yüksək faizli məbləğlə aşağı faizli məbləğ bağlanıb. Digər tərəfdən, xaricdən cəlb edilən kreditlər hesabına icrası nəzərdə tutulan 610 milyon manat ekvivalentində olan xərc 346,6 milyon manat icra edilib.

Qeyd edilənləri nəzərə alaraq bildirmək istərdik ki, sərbəst qalıq vəsaitinin 1106,7 milyon manatı, Təminat Fondunun isə 765 milyon manatının idarəetmədə olduğu, eyni zamanda Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən dövlət büdcəsinə transfertin 850 milyon manat fərqlə icra edildiyi halda, büdcənin icrası ilə bağlı zərurət olmadığı halda 800 milyon manat (5-7,5 faizlə) həcmində əlavə daxili borclanmaya gedilməsi və bu məbləğin aşağı faizli olan xarici borcun azaldılmasına yönəlməsi, həmçinin əlavə büdcə xərclərinin (faiz xərclərinin) artırılması, müvafiq qanunvericilikdə konkretləşdirilməməsi fonunda faktiki sərbəst qalıq vəsaiti hesabına (Təminat Fonduna köçürülmədən) xarici borc həcminin azalmasının həyata keçirilməsi, borca xidmət xərclərində qənaətin yaranması (154,6 milyon manat) büdcə vəsaitlərinin düzgün idarəedilməməsi ilə yanaşı, maliyyə planlaşdırılmasının və hesabatlılığın gücləndirilməsiniə ehtiyac olduğunu deməyə əsas verir. Hesabat ilində daxili borcun həcminin artması, növbəti illərdə də büdcə kəsirinin örtülməsində daxili borclanmadan istifadə olunması əvvəlki borcların bağlanması məqsədilə həyata keçirilən yeni borclanmanın tədricən çətinləşməsinə və ya faiz artımına gətirib çıxara bilər".

İlin birinci yarısında daxili dövlət borcundakı azalmaya baxmayaraq, ikinci yarısı üçün borclanmada sürətlənmə qeydə alınmaqdadır. Belə ki, iyulun 5-də Maliyyə Nazirliyinin keçirdiyi hərracda 2027-ci ildə qaytarılacaq 12,4 milyon manatlıq (sifariş 46,2 milyon manat olub), iyulun 19-da 2024-cü ildə qaytarılmalı 20 milyon manatlıq (sifariş 78,8 milyon manat), iyulun 26-da 2025-ci ildə qaytarılmalı 40 milyon manatlıq (sifariş 131,5 milyon manat), avqustun 2-də 2027-ci ildə qaytarılmalı 18,9 milyon manatlıq (sifariş 31,2 milyon manat) istiqraz satışı baş tutub. Avqustun 9-da nazirlik əsas ödənişin 2025-ci ildə edilməsi şərtilə daha 30 milyon manatlıq istiqraz üçün hərrac elan edib. Hərrac yekunlarına nəzər saldıqda görünür ki, 2-3 illik müddəti olan istiqrazlara maraq daha yüksəkdir. Bu isə investorların manatın məzənnəsinə dair gözləntiləri ilə bağlıdır: onlar milli valyutanın məzənnəsinin uzun müddət sabit qalması ehtimalını çox aşağı qiymətləndirirlər.

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun "Yeni Müsavat"a dediyinə görə, yeni qəbul edilmiş strategiyada yalnız xarici borc deyil, bütövlükdə ümumi dövlət borcunun həcminin tənzimlənməsi və optimallaşdırılması hədəf kimi qarşıya qoyulub: "Ümumi borc daxili və xarici borcu nəzərdə tutur. Strategiyada ümumi dövlət borcunun ümumi daxili məhsula nisbətinin limitləşdirilməsi nəzərdə tutulur. Bu baxımdan, hökumət tərəfindən 2026-cı ilədək olan dövr üçün strateji yanaşmada xarici borcla yanaşı, daxili borcun da ÜDM-dəki payının tənzimlənməsi əsas hədəflər siyahısındadır. Nəzərdə tutulur ki, ümumi dövlət borcunun həcmi ÜDM-in 20 faizi, xarici dövlət borcunun həcmi isə 10 faiz ətrafında dəyişsin. Bu, MDB ölkələri arasında ən yaxşı göstəricidir".

Ekspert qeyd edir ki, daxili və xarici borcun fərqli tərəfləri var: "Daxili borclanma milli valyuta ilə aparılır. Xarici borclanma isə xarici valyutada həyata keçirilir. Bu o deməkdir ki, milli valyutanın məzənnəsindəki dəyişikliklər xarici borc asılılığını daha da artırır. Daxili borclanmada belə təhlükə mövcud deyil. Bundan əlavə, daxili borclanma bir sıra sahələrdə aktivliyi artırır, qiymətli kağızlar bazarının inkişafına təkan verir. Bu gün bir sıra inkişaf etmiş ölkələrdə qiymətli kağızlar bazarının ilkin inkişafında daxili borclanma mühüm rol oynayıb. Daxili borclanma iqtisadiyyata xarici borclanma qədər risk yaratmadığı, ölkədə qiymətli kağızlar bazarının inkişafına töhfə verdiyi üçün hökumət buna gedir. Amma düşünürəm ki, bu zaman strategiyada nəzərdə tutulan hədəflərdən kənara çıxılmasına da yol verilməyəcək".

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

13-08-2022, 17:22

Azərbaycanın birbaşa xarici dövlət borcu bu il 3 % azalıb

İqtisadiyyat

22-07-2022, 15:46

ARDNF-in builki büdcəsi dəyişib

İqtisadiyyat

8-08-2022, 19:17

Yeddi ayda Azərbaycanda qaz hasilatı artıb

İqtisadiyyat

13-07-2022, 19:12

“Azərsu”yun yığılmış zərəri 8 milyard manata yaxınlaşıb

Siyasət

20-07-2022, 15:04

Yeni təkliflər hazırlanaraq təqdim ediləcək - Nazir

İqtisadiyyat

18-08-2022, 10:27

Əhalinin gəlirləri açıqlandı

İqtisadiyyat

18-07-2022, 20:43

Azərbaycanla Rusiya arasında ilin birinci yarısı ticarət dövriyyəsi 17,1 faiz artıb

İqtisadiyyat

19-07-2022, 11:16

Azərbaycanda sosial sığorta haqları üzrə daxilolmalar 21% artıb

Siyasət

14-07-2022, 17:04

Ötən il azad olunmuş ərazilərin bərpasına 2 milyard manatdan artıq pul xərclənib

Siyasət

16-07-2022, 07:25

Böyük bir islahatlar paketi icra olunub - Sahil Babayev

Dünya

21-07-2022, 21:00

Rusiyanın beynəlxalq ehtiyatları bir həftəyə 7,4 milyard dollar azalıb

İqtisadiyyat

27-07-2022, 19:50

Azərbaycan bu siyahıda ilk üçlükdədir

Araşdırma
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Həkimlərdən “fond pulu”, yoxa çıxan dərmanlar, işə gəlməyən əməkdaşlar – Gəncə xəstəxanasında qalmaqallı iddialar
Hadisə
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
10-09-2026, 10:40
Şəkidəki hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
10-09-2026, 10:15
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
9-09-2026, 18:30
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
Xəbər lenti
  • Dünən, 18:46
    İrəvan ilə Vaşinqton hərbi kadrların hazırlığını və təlimlərin keçirilməsini müzakirə edib
  • Dünən, 18:39
    Şabran rayon Təhsil Şöbəsinin müdiri Emin Mövsümov əmək müqaviləsinin şərtlərini pozub müəllimləri istismar edir-İDDİA
  • Dünən, 18:16
    Səudiyyə Ərəbistanında PUA qalıqlarının düşməsi nəticəsində ölən və xəsarət alanlar var
  • Dünən, 17:43
     “Bir aydır gördüyüm işin pulunu ala bilmirəm” - Ramiz Cəfərov “Mr. Pepper”dən şikayətləndi
  • Dünən, 17:17
    Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib
  • Dünən, 16:34
    Burger King-də işləyən 50-yə yaxın şəxs maaşlarını ala bilmədiyini deyir - əmək müqaviləsi ilə çalışsalar da...
  • Dünən, 16:17
    Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
  • Dünən, 15:56
     “Arpa işi”: İcra başçısı 2 sakinin həbsini tələb edir – APELLYASİYA ŞİKAYƏTİ VERİLDİ
  • Dünən, 15:28
    Azərbaycan Prezidenti Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub
  • Dünən, 13:49
    İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
  • Dünən, 13:09
    İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
  • Dünən, 13:02
    AAYDA-ya məxsus MMC işçilərin maaşını vermir - ETİRAZ VAR...
  • Dünən, 12:48
    Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər
  • Dünən, 12:24
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • Dünən, 12:16
    Şri-Lankaya apardığı azərbaycanlı turistlrdən Şri-Lanka polisinə ŞİKAYƏT ETDİ - NARAZILIQ VAR...
  • Dünən, 11:54
    Tarixi irsdən beynəlxalq həmrəyliyə - Azərbaycanın İslam dünyasındakı yeri - ŞƏRH
  • Dünən, 11:42
    İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
  • Dünən, 10:58
    Azərbaycan lideri: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu
  • Dünən, 10:41
    Baş memarı, nazirliyin müfəttişi və idarə rəisini şantaj edən şəxsin cəzası azaldıldı - TƏFƏRRÜAT
  • Dünən, 10:14
    Bu rəisləri HƏBS GÖZLƏYİR - SƏBƏB AÇIQLANDI
  • Dünən, 09:12
    Rusiyanın Yaroslavl vilayətində dron hücumundan sonra NEZ-də yanğın baş verib
  • Dünən, 00:42
    Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
  • 16-09-2026, 23:41
    146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
  • 16-09-2026, 19:00
    İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır
  • 16-09-2026, 18:33
    “AzerGold” QSC vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumları ilə bağlı diqqətli olmağa çağırır FOTOLAR
  • 16-09-2026, 18:30
    Özbəkistan son 10 ildə TDT ölkələrindən 12 milyard dollar kapital cəlb edib
  • 16-09-2026, 18:00
    Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
  • 16-09-2026, 17:30
    Gürcüstan Prezidenti Azərbaycandakı yeni səfirlə onun missiyasının prioritetlərini müzakirə edib
  • 16-09-2026, 16:54
    “Daş abidə” parkının yerini kim alıb? - Anar Quliyev içazə verib?... - VİDEO
  • 16-09-2026, 16:31
    Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
  • 16-09-2026, 16:22
    "AyMed" rəhbərinin "özbaşınalıqları"... - İTTİHAM VAR...
  • 16-09-2026, 15:58
    Qarayazı Dövlət Təbiət Qoruğunu dövlət mühafizə edəcək
  • 16-09-2026, 15:38
    Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər
  • 16-09-2026, 15:18
    Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib
  • 16-09-2026, 14:53
    Parkı söküb yerində qanunsuz tikinti aparılır - NARAZILIQ VAR...
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə