• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Qlobal ərzaq çatışmazlığı problemi nə dərəcədə dərinləşə bilər?

İqtisadiyyat

15-08-2022, 17:59

Dünya üzrə ərzaq çatışmazlığı ilə bağlı böhranlı durum getdikcə dərinləşir. Bunun mənfi təsirləri postsovet məkanından da yan keçməyəcək. Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına əsasən 2022-2023-cü illər ərzində postsovet məkanında ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət gərgin olacaq.

İlkin proqnozlara görə, bu il və gələn il dünyada taxıl ehtiyatının həcmi “tələbatı ödəmək üçün kifayət olmayacaq”. Qlobal ərzaq çatışmazlığının kökündə bir sıra obyektiv faktorlar durur. Bunlardan biri iqlim faktorudur. Dünyanı ağuşuna alan daşğınlar, şaxtalı hava, ardınca da gələn quraqlıqlar məhsuldarlığı əhəmiyyətli dərəcədə aşağı saldı. Avropa iqlim böhranın bir addımlığındadır. Belə ki, “köhnə kontinent” son 500 ilin ən pis quraqlığı ilə üzləşə bilər. Quraqlıqdan dolayı çaylar qurumağa başlayıb. Dünyanın ən iri tədarükçülərindən biri Avropanın isə ikinci ən iri meyvə və tərəvəz ixracatçısı olan Niderlanda ötən ayın ortalarında su defisitinin ola biləcəyini xarakterizə edən birinci səviyyəli təhlükə elan edildi. Hazırda təhlükə ikinci səviyyəyə kimi qalxıb. Bu isə o deməkdir ki, artıq su çatışmazlığı ilə bağlı problemlərin başladığı anlamına gəlir. Analoji vəziyyət İtaliya, Fransa, İspaniya, Portuqaliya və Yunanıstanda da yaşanmaqdadır.

Qlobal ərzaq təhlükəsizliyi ciddi təhdid yaradan digər faktor Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədir. Hər iki ölkə qlobal ərzaq təminatında əhəmiyyətli pay sahibidirlər. Dünyanın taxıla olan tələbatının 1/3-nə yaxını, günəbaxan yağına – 2/3-si Rusiya və Ukraynanın hesabına təmin edilir. Ukrayna həmdə günəbaxan yağı ixracı üzrə dünya lideridir. O, dünya üzrə qarğıdalı ixracına görə dördüncü, buğda ixracı üzrə 6-cı yerdə olub. Bu ölkə ənənəvi olaraq aqrar məhsullarının 90 %-ni limanlar vasitəsilə xarici bazarlara çıxarır. Müharibə başlayandan sonra isə Qara dəniz limanları, o cümlədən Odessa, Nikolayev və Mariupol limanları Rusiya hərbi gəmiləri tərəfindən bloklanıb. Ukrayna quru yolu ilə Avropa istiqamətində kənd təsərrüfatı məhsullarının, o cümlədən taxılın ixracını təmin etsədə həmin logistik kanalların ötürücülük qabiliyyəti dəniz yolu ilə daşımalardan dəfələrlə aşağı idi. Belə ki, ölkə ərazisində xarci bazarlar üçün nəzərdə tutulmuş 25 milyon ton taxıl yığılıb qalıb. Türkiyənin vasitəçiliyi ilə ötən ayın 22-də Rusiya və Ukrayna tərəfi Qara dəniz vasitəsilə taxılın çıxarılması barədə razılaşma imzaladı. Avqustun əvvəlində isə taxılla dolu bir neçə gəmi Ukrayna limanlarından yola düşdü. Lakin bu addımın vəziyyəti əhəmiyyətli dərəcədə müsbətə doğru dəyişəcəyi az inandırıcı gəlir.


Əvvəla cəbhədəki vəziyyətdən asılı olaraq Rusiyanın bu razılaşmanı pozmaq imkanları qalmaqdadır. Razılaşmadan bir sutka keçməmiş Rusiya Odessa limanına raket zərbəsi endirdi. Qarşı tərəf limandakı hərbi hədəfləri nişan aldığı bildirildi. Taxıl infrastrukturuna ziyan dəymədiyi üçün texniki olaraq İstambul anlaşması pozulmuş sayılmır. Lakin bu hal razılaşmanın nə dərəcədə kövrək olmasının bariz nümunəsidir. Digər tərəfdən Ukraynada cari mövsümdə 14,2 milyon hektar kənd təsərrüfatı torpaqları əkilib ki, bu da ötənilki göstəricidən 2,8 milyon hektar azdır.

O ki, qaldı Rusiyaya burada da vəziyyət ürək açan deyil. Ölkə bu günə kmi heç bir ölkəyə qarşı tətbiq olunmayan sayda məhdudiyyətlər altındadır. Bu gün daxili tələbatın ödənilməsi ön plana çıxıb. Qiymət artımı və qıtlığın doğura biləcəyi sosial partlayışı önləmək üçün şəkər, taxıl kimi bir sıra strateji məhsulların ixracı məhdudlaşdırılıb. 2022-ci ildə ölkə taxıl ixracını 1,5 dəfə azaldıb. Bu isə dünya bazarındakı təklif üzərində əlavə təzyiq yaradır.

Rusiyada toxumçuluq sahəsindəki fəlakətli vəziyyət gələcək perspektivin ürək açan olamayacağından xəbər verir. Bu ölkə şəkər çuğunduru toxumlarına olan tələbatının 95 %-ni xaricdən alır. Qarğıdalı, kartof və günəbaxan toxumlarına olan ehtiyacın 60 %-i xarici mənbələr hesabına ödənilir. Sanksiyalardan dolayı toxum idxalı ilə bağlı ciddi problemlər yaranıb. Artıq Avropa İttifaqı Rusiyaya qarşı 7-ci sanksiyalar paketi üzərində işləyir. Nə qədər ki, müharibə davam edəcək Rusiyaya qarşı məhdudiyyətlərin də ardı gələcək.

Görünən odur ki, vəziyyət getdikcə daha da pisləşəcək. Bu isə taxıla olan tələbatın əhəmiyyətli hissəsini xarici mənbələr hesabına ödəyən ölkələr üçün ciddi rislər yaratmaqda davam edəcək.\\report.az\

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət / Ölkə

5-09-2022, 13:36

Ərzaq qıtlığı real təhlükəyə çevrilir - Qoşqar Təhməzli

Dünya

23-07-2022, 14:45

Şərqi Afrikada 50 milyondan çox insan qida çatışmazlığı ilə üzləşə bilər

İqtisadiyyat

15-08-2022, 16:55

Azərbaycan ərzaq təminatında xaricdən asılılığı azaldıb

İqtisadiyyat

6-08-2022, 18:57

“Bu ərzağın qiymətində bahalaşma gözlənilir”

Dünya

4-09-2022, 10:05

Ərzaq daşıyan daha iki gəminin Ukrayna limanlarından göndərilməsinə icazə verib

Dünya

23-08-2022, 20:06

Moskva ərzaq sövdələşməsinə tam sadiqdir - Rusiya XİN

İqtisadiyyat

13-08-2022, 22:08

Ukrayna ərzağı daşıyan gəmi İtaliyaya çatıb

Dünya

21-08-2022, 10:45

ABŞ 150 min ton Ukrayna taxılını almağa hazırlaşır

İqtisadiyyat

15-07-2022, 15:50

"Qarabağda meşələrin bərpası ilə bağlı böyük planlarımız var"

İqtisadiyyat

16-07-2022, 20:56

"Gələn il üçün qlobal proqnozlar ürəkaçan deyil" - Deputat

Siyasət

13-08-2022, 15:32

Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə planlı şəkildə görülən işlər Azərbaycan iqtisadiyyatına əlavə dəyər qatır - Sevil Mikayılova

Təhsil

7-07-2022, 16:40

30 bağça müdiri vəzifəsindən AZAD EDİLDİ

Araşdırma
“Pilgrim Education”la bağlı şikayətlər dövlət qurumunun icraatında – Vətəndaşların pulunun 80 faizi hansı əsasla saxlanılır?
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Hadisə
Dünən, 17:42
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 19:00
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
19-10-2026, 12:27
Xəzər dənizində zəlzələ olub
19-10-2026, 09:45
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
17-10-2026, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Xəbər lenti
  • Bu gün, 17:02
    BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
  • Bu gün, 16:48
    Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
  • Bu gün, 16:26
    Mikayıl Cabbarov sevimli kadrı haqqında nə düşünür? - Xankəndidə “yanan” Elçin Yusubovun yeni ünvanı hara olacaq?
  • Bu gün, 16:01
    Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda bunu alacağımı heç fikirləşməzdim
  • Bu gün, 15:44
    Binaların arası zəbt olunur, pəncərələr divara dirənir! - "Qurtuluş 93" yaşayış kompleksində biabırçılıq...
  • Bu gün, 15:15
    Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi PUA zərbəsindən sonra batıb
  • Bu gün, 14:30
    Yaşayış binasında ZİRZƏMİ ALVERİ - BU NƏDİ BELƏ?
  • Bu gün, 14:15
    Sabah bəzi yerlərdə yağış yağacaq
  • Bu gün, 13:53
    FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR! - FOTO
  • Bu gün, 13:13
    İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib
  • Bu gün, 12:57
    Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib
  • Bu gün, 12:38
    Terrorla mübarizə ilə bağlı iki məcəlləyə dəyişikliklər qəbul edilib
  • Bu gün, 12:11
    ŞOK! ŞOK! ŞOK! Dələduzluq yolu ilə 68 min manatı əlindən alınan ana fəryad edir - FOTOLAR
  • Bu gün, 11:44
    İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
  • Bu gün, 11:32
    Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTOSESSİYA
  • Bu gün, 10:34
    DYP piyadaları azyaşlılarla hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb
  • Bu gün, 09:52
    AQTA-nın buralardan XƏBƏRİ VARMI? - DİQQƏT... TƏHLÜKƏ!
  • Bu gün, 09:29
    "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub
  • Bu gün, 09:21
    Botanika İnstitutu abadlaşdırma işlərini vergi borcu olan şirkətə həvalə etdi - DETALLAR
  • Bu gün, 09:06
    Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq
  • Dünən, 19:00
    Sabahdan Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək
  • Dünən, 18:30
    Dövlət Agentliyi: 8 ayda istehlakçıların aldadılmasına dair 17 inzibati protokol tərtib edilib
  • Dünən, 18:24
    AYNA: Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək
  • Dünən, 18:14
    Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasında YENİ TƏYİNAT - BUNDAN SONRA...
  • Dünən, 17:42
    Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
  • Dünən, 17:26
    Rüfət Əzizovun təyin etdiyi kadrın görüntüləri yayıldı – Video
  • Dünən, 17:07
    Ukrayna əhalisinin sayı 28.5 milyon nəfərə düşüb
  • Dünən, 16:49
    Bu bankın bir məqsədi var: Müştəriləri SOYMAQ... - NARAZILIQ VAR...
  • Dünən, 16:13
    Emin Əmrullayev: 20 il sonra ictimai həyatda daha çox rəhbər qadınları görməyi proqnozlaşdırırıq
  • Dünən, 15:50
    Milyonların xərcləndiyi park BƏRBAD GÜNƏ QALIB... - AXI NİYƏ?..
  • Dünən, 15:30
    Rezai ABŞ-ni xəbərdar edib: Müharibə davam edərsə, lazımi vasitələrimiz var
  • Dünən, 15:18
    Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA: Çirkli pullar...
  • Dünən, 15:03
    Sabah Bakıda yağış yağacaq
  • Dünən, 13:09
    Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
  • Dünən, 12:34
    Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə