Sizin reklam burada 728×90
Son dəqiqə

Şampan şüşəsi 2,5 milyon dollara satıldı

19.07.2022 21:27 531 1 dəq oxunur
Şampan şüşəsi 2,5 milyon dollara satıldı
Unikal 1,5 litrlik 2017-ci ilin Château Avenue Foch şampan şərabı 2,5 milyon dollara satılıb.

bakunews.az milli.az-a istinadən bildirir ki, bu barədə CNN məlumat yayıb.

Butulkanın yaranma ideyası britaniyalı sahibkar və özünü şampan bilicisi adlandıran Şammi Şinhudan gəlir. O, ideyasını NFT rəssamı Mig ilə əməkdaşlıqda həyata keçirib. Şinhunun sözlərinə görə, əməkdaşlığın məqsədi NFT haqqında məlumatlılığı artırmaqdır.

Şüşə, italyan kriptovalyuta investorları, moda və texnologiyanın pərəstişkarları Covanni və Piero Buono qardaşları tərəfindən özəl satışdan alınıb. "Mən onu içməyi planlaşdırmıram. Düşünürəm ki, butulka yaxşı bir sərmayə olacaq", - deyə Covanni bildirib.

Şinh butulkanın gələcəkdə daha yüksək qiymətə satılacağını fikirləşir.

NFT non-fungible token deməkdir, yəni blokçeyn texnologiyasından istifadə edərək yaradılmış token. Yaradıcıların düşündüyü kimi, NFT-lər insanın İnternetdə rəqəmsal obyektə sahib olmaq hüququnu təmin edən qiymətli kağızlar kimidir, istər fotoşəkil, şəkil, audio və ya digər fayl olsun.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az