Sizin reklam burada 728×90
Son dəqiqə

Xoruzu məhkəməyə verdilər

10.08.2022 12:27 522 1 dəq oxunur
Xoruzu məhkəməyə verdilər
Almaniyada xoruz çox banladığı üçün cinayət məsuliyyətinə cəlb edilib.

bakunews.az oxu.az-a istinadən xəbər verir ki, Şimali Reyn-Vestfaliya əyalətinin Bad Zalsuflen şəhərində yaşayan Fridrix Vilhelm və həyat yoldaşı Cutta, qonşuları Mayklın xoruzunun səhər saat 08:00-dan başlayaraq gündə 200 dəfə banladığını bildiriblər. Bu, qonşulara "işgəncə" kimi görünüb və onlar xoruzdan məhkəməyə şikayət ediblər.

76 yaşlı cütlük Maqda adlı xoruzun evdən çıxarılmasını istədiklərini bildiriblər. Yaşlı cütlük məhkəməyə sübut təqdim etmək üçün xoruzun hər banlamasını qeydə alıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az