• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Hikmət Quliyev: “İşğaldan azad olunmuş bölgələrin mədəni reinteqrasiyasında folklor resurslarının böyük potensialı vardır”

Mədəniyyət

26-11-2025, 11:12



Qarabağ və Şərqi Zəngəzurda son illərdə aparılan genişmiqyaslı quruculuq işləri təkcə fiziki infrastrukturu deyil, mədəni-mənəvi həyatı, kollektiv yaddaşı da bərpa etmək məqsədi daşıyır. Böyük Qayıdışın uğurlu davamı üçün ən vacib məsələlərdən biri bölgələrin folklor resurslarının reaktuallaşdırılması, yəni yenidən dövriyyəyə qaytarılmasıdır.

Bu barədə AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev “Laçın: mədəni yaddaşın folklordan görünən izləri” mövzusunda elmi sessiyada çıxışı zamanı məlumat verib.

O, tədbirin Şanlı Zəfərin 5 illiyi ilə eyni vaxta təsadüf etməsinin xüsusi mənəvi və simvolik əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, beş il əvvəl Azərbaycan yalnız ərazi bütövlüyünü deyil, həm də mədəni yaddaşını və milli kimliyini işğaldan azad edib.

Alim çıxışında 30 ilə yaxın müddətdə düşmən tapdağında qalan və darmadağın edilən Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunmasının ciddi strateji və mədəni hadisə olduğunu deyərək, bu çərçivədə işğaldan azad olunan bölgələrə canlı həyatın qayıtmasının mənəvi aspektlərinə nəzər yetirib. Qarabağ və Zəngəzur folklor mühitləri çərçivəsində Laçının qeyri-maddi mədəni irsini diqqət mərkəzinə gətirən Hikmət Quliyev bu bölgənin sakral məkanları, inanc sistemləri və aşıq mühitinin unikallığını qeyd edib.
O, həmçinin Zəngəzur folklorunun qədim yaddaş qatları, mərasim ənənələni, ağız ədəbiyyatı nümunələri və toponim yaddaşından bəhs edib. Qarabağ folklorunu isə “milli kimliyimizin ən simvolik mərkəzlərindən biri” kimi qiymətləndirib.

Son illərdə institutun bu istiqamətdə gördüyü əsas işləri tədbir iştirakçılarının diqqətinə çatdıran Hikmət Quliyev işğal dövründə bölgənin əhalisinin məskunlaşdığı müxtəlif yerlərdə ardıcıl ekspedisiyaların həyata keçirildiyini, “Qarabağ folkloru”, “Zəngəzur folkloru”, “Qərbi Azərbaycan folkloru” çoxcildliklərinin hazırlandığını, bölgə ilə bağlı kollektiv mədəni yaddaşın bərpasına yönəlmiş konfrans, simpozium və elmi sessiyaların təşkil olunduğunu söyləyib.

Direktor vurğulayıb ki, institut bu istiqamətdə yalnız material toplamaqla kifayətlənmir, həm də bölgələrin folklor modelinin sənədləşdirilməsi, sistemləşdirilməsi və yeni nəsillərə ötürülməsi üzərində çalışır.

Hikmət Quliyev azad edilmiş ərazilərin Azərbaycan üçün təkcə tarixi torpaqlar deyil, həm də kollektiv mədəni yaddaşın bərpa məkanı olduğunu bildirib. Qeyd edib ki, Böyük Qayıdış konsepsiyası yalnız fiziki infrastrukturun bərpası işləri ilə məhdudlaşmır, həm də milli kimliyin yenidən möhkəmləndirilməsinə xidmət edir.

“İşğaldan azad olunmuş bölgələrin mədəni reinteqrasiyasında folklor resurslarının böyük potensialı vardır. Hesab edirik ki, istər Qarabağ, istərəsə də Şərqi Zəngəzurun fiziki dirçəlişi bu ərazilərin mədəni dirçəlişi ilə tamamlanmalıdır. Mədəni dirçəliş isə folklorla birbaşa bağlıdır”, – deyə direktor vurğulayıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Şərqi Zəngəzur və Qarabağla bağlı həyata keçirilən genişmiqyaslı elmi-tədqiqatların əhəmiyyətinə də toxunan Hikmət Quliyev bu fəaliyyətin milli yaddaşın bərpası baxımından strateji önəm daşıdığını qeyd edib. Vurğulayıb ki, AMEA rəhbərliyinin dəstəyi ilə XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilən “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbir də Akademiyanın bu istiqamətdə dövlət siyasətinin icrasına verdiyi töhfələrdən biridir.

Onun sözlərinə görə, Şərqi Zəngəzur və Qarabağın qeyri-maddi mədəni irsinin toplanması, sistemləşdirilməsi və araşdırılması AMEA-nın prioritet istiqamətlərindəndir. Bu məqsədlə Akademiyanın bir sıra institutlarında Qarabağ və Qərbi Azərbaycanla bağlı yeni şöbələrin yaradılması, bölgənin tarix, folklor və etnoqrafiyasının kompleks şəkildə tədqiq olunması bu işlərin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Alim bu tədqiqatların bir-biri ilə koordinasiyalı şəkildə aparılmasının dövlət siyasətinin effektiv icrası baxımından vacib olduğunu da diqqətə çatdırıb.
Hikmət Quliyev tədbir çərçivəsində Laçına həsr olunmuş “Ay Laçın: dağıntılardan dirçəlişə” adlı qısametrajlı filmin də təqdim olunacağını söyləyib. Bildirib ki, bu film gənc nəslin dəyərlər sistemi, tarixi yaddaşı və mənəvi bağlılığının möhkəmləndirilməsi məqsədi daşıyır və bölgənin mədəni irsinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Mədəniyyət

8-03-2025, 10:40

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib - FOTOLAR

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Cəmiyyət

5-01-2025, 23:52

Akademik Cavad Abdinov: “Bərk cisim elektronikasının inkişafı üçün böyük müəssisələr, istehsal sahələri və texnoloji infrastrukturun olması vacibdir”

Cəmiyyət

4-11-2024, 19:26

AMEA-da “Yaşıl dünya naminə həmrəylik - COP-29-un çağırışları və humanitar elmin vəzifələri” mövzusunda elmi konfrans keçirilib

Mədəniyyət

22-01-2025, 17:23

AMEA Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2024-cü il üzrə hesabatı müzakirə olunub FOTOLAR

Siyasət

23-04-2024, 11:26

AMEA-nın bir sıra elmi müəssisələrinin YAP ərazi partiya təşkilatlarının sədri vəzifəsinə seçkilər keçirilib FOTOLAR

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

8-11-2025, 13:10

Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR

Mədəniyyət

14-12-2024, 16:02

Akademik Tofiq Nağıyev: “Bu gün dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri ekoloji problemlərin yalnız milli deyil, həm də regional həllini təmin etməkdir”

Ölkə

7-11-2024, 18:37

Akademik Arif Həşimov: “COP29 həm gələcəyə ünvanlanmış, həm də hesabat xarakteri daşıyan mühüm bir həmrəylik tədbiri olacaq”

Gündəm / Olay

9-08-2023, 12:43

"SADIKOV HİKMƏT HƏSƏNOVA RUS DİLİNDƏ TƏLİMAT VERDİ Kİ..." - Qəhrəman kəşfiyyatçının “Tərtər işi” üzrə istintaqa ŞOK İFADƏSİ

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
Dünən, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 13:50
    Ukrayna ordusu Rusiyada iki neft emalı zavodunu vurub
  • Bu gün, 13:22
    “İyundan yanan transformator hələ də düzəlməyib” - Məktəbdə nə işıq var, nə su...
  • Bu gün, 12:58
    İlham Əliyev: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
  • Bu gün, 12:40
    “İdeal Kredit” və vəzifəli şəxsi ümumilikdə 56 min manat cərimələnib - TƏFƏRRÜAT
  • Bu gün, 12:31
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Bu gün, 12:26
    Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi -İTTİHAM VAR...
  • Bu gün, 12:00
    Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
  • Bu gün, 11:04
    Ceyhun Cəlilovdan ƏCAİB TƏDARÜK... - BU NƏDİ BELƏ?
  • Bu gün, 10:58
    Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib
  • Bu gün, 10:52
    “Bakı 4 №-li Yol İstismarı” MMC-dən şikayət - “Pulumuzu verməyən adama Vüsal Nəsirli tərəfindən yüksək vəzifə verildi”
  • Bu gün, 10:41
    Azərbaycan XİN Malini təbrik edib
  • Bu gün, 10:34
    “Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı: Gözlənilməz hökm - TƏFƏRRÜAT
  • Bu gün, 10:15
    Azərbaycan neftinin qiyməti 117 dollardan aşağı düşüb
  • Bu gün, 09:36
    Tehrandan Vaşinqtona sərt mesaj
  • Bu gün, 08:47
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Dünən, 22:09
    Sumqayıtlı məktəbli Rza Həmidov SASMO 2026-da qızıl medal qazandı
  • Dünən, 21:57
    Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
  • Dünən, 19:40
    Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
  • Dünən, 19:24
    Xəzər dənizində zəlzələ olub
  • Dünən, 19:15
    Ağstafada 490 minlik “abadlıq”: söküntü və qazıntı var, konkret ünvan isə göstərilmir
  • Dünən, 18:42
    Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • Dünən, 17:43
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • Dünən, 14:57
    Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
  • Dünən, 14:32
    "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
  • Dünən, 13:50
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 13:34
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 13:23
    21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
  • Dünən, 13:15
    Məktəblər açıldı, təmir isə hələ bitmədi - uşaqlar məktəbə hansı yoldan gedir?
  • Dünən, 13:05
    Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
  • Dünən, 12:40
    Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
  • Dünən, 12:27
    Pensiyalar sabah tam ödəniləcək
  • Dünən, 12:22
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Dünən, 11:53
    İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
  • Dünən, 11:37
    Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
  • Dünən, 11:18
    AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar "Şamaxinka"da dayanmayacaq
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə