• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İNCƏSƏNƏT VƏ MEMARLIĞIN İNKİŞAFINDA DİL MƏDƏNİYYƏTİNİN ROLU BÖYÜKDÜR

Mədəniyyət

5-02-2026, 17:40

Bu il ölkəmizin müstəqilliyini bərpa etməsinin 35-ci ildönümü tamam olacaq. Bu, böyük, əlamətdar hadisədir, dövlətçiliyimizin, uğurlu daxili və xarici siyasətimizin bariz göstəricisidir. Bu illər ərzində Azərbaycan Respublikası çətinliklərə sinə gərmiş, inkişaf etmiş, möhkəmlənmişdir. Bu işdə qüdrətli dövlətçilik ənənəsinin memarı olmuş Ulu Öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti həlledici rol oynamışdır. Azərbaycanın ən çətin durumunda xalqın tələbi ilə özünü xalqa yetirən, siyasi hakimiyyətə qayıdan Ulu Öndər qısa zamanda stabilliyi bərpa etməyə nail oldu, dayanıqlı inkişafımızın əsası qoyuldu. Ulu öndərin müdrik dövlətçilik ənənəsini uğurla davam etdirən prezident İlham Əliyev bu nailiyyətləri dəfələrlə inkişaf etdirdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu, Azərbaycan dünyada qüdrətli söz sahibinə çevrildi.

Əlbəttə, bu nailiyyətləri əsasında vətənpərvərlik, milli özünüdərk hissi dayanır. Çünki milli dəyərləri qiymətləndirmədən həqiqi milli suverenlik qazanmaq və onu inkişaf etdirmək mümkün deyil. Bu sırada milli dil öncül mövqedə dayanır. Milli şüurun, milli kimliyin dərki mənəvi bütövlüyün, vətən sevgisinin təməl daşıdır. Azərbaycanın bütün sahələrdəki gücü, dinamik inkişafı xalqın milli özünüdərki, ana dilini qoruyub saxlaması və inkişaf etdirməsi ilə qırılmaz surətdə bağlıdır.

Ulu Öndər Azərbaycan dilinin inkişafına, onun saflığına böyük önəm vermişdir. Heydər Əliyev 2001-ci il avqustun 9-da avqustun 1-inin Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması haqqında fərman imzalamışdır. O zamandan etibarən hər il bu bayram respublikamızda geniş qeyd olunur.

03 noyabr 2025-ci ildə AMEA-nın 80 illiyi münasibəti ilə keçirilən görüşdə prezident İlham Əliyev demişdir: “Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti”.
Bu sözlər Azərbaycan ziyalısının, Azərbaycan aliminin qarşısında böyük vəzifələr qoyur. Bu, xüsusilə humanitar və ictimai elmləri təmsil edən alimlərimizə aiddir. Biz dilimizi inkişaf etdirməli, onu yad təsirlərdən qorumalıyıq. Qalib Azərbaycan əsgəri vətənini qoruyan kimi, təəssübkeş Azərbaycan ziyalısı da dilini qorumalıdır. Bu gün bu məsələ prioritet vəzifə kimi alimlərimizin qarşısında dayanır.

Ana dilimizin saflığı mühüm məsələlərdən biridir. Prezident İlham Əliyev 5 yanvar 2026-cı ildə yerli televiziya kanallarına müsahibə verərkən Azərbaycan dilinin saflığı barədə belə demişdir: “Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır. Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər. Ona görə Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir. Bunu mən tam əminliklə deyirəm və hamını bu mübarizəyə dəvət edirəm. Nə üçün mübarizə? Çünki bugünkü dünyada sən qapalı məkanda yaşaya bilməzsən. Sən dəmir pərdə ilə özünü bağlaya bilməzsən - istər-istəməz təmaslar, ondan sonra internet resursları, sosial şəbəkələr və sair. İstər-istəməz xarici kəlmələr daxil olur və sonra orada həzm olunur və ondan sonra istifadə edilir. Mən bunun əleyhinəyəm”.

Proqram xarakterli bu sözlər hər bir Azərbaycan ziyalısı üçün bir mesaj, örnək olmalıdır. Çünki bu çağırışların ön cərgəsində məhz ziyalılar dayanır. Dilimizin saflığı uğrunda mübarizədə onların öhdəsinə düşən vəzifələr daha böyükdür. Milli əqidəni milli ziyalı formalaşdırır, həm də məhz dil vasitəsilə formalaşdırır. Əgər dil qüsurlu olarsa, onda milli düşüncə də istənilən səviyyədə olmaz. Atalarda yaxşı bir deyim var: “Gözəllik ondur, doqquzu dondur”. Bu fikir sanki dil mədəniyyətinin boyuna biçilib. Mükəmməl fikri insanlara çatdırmaq üçün mükəmməl dil mədəniyyəti tələb olunur. Hətta yaxşı, unikal fikir belə, əgər yöndəmsiz, qəlib, rəndə görməmiş sözlərlə ifadə olunarsa, onun qiyməti, kəsəri itib-batar, ürəklərə, zehinlərə yol tapa bilməz.
Ana dilimizin saflığı təkcə dilçilərin, ədəbiyyatşünasların vəzifəsi deyil. Bu, bizim hər birimizin vəzifəsidir. Bəzən belə bir etinasız, biganə sözlərlə qarşılaşırsan: “Axı dil memarların, sənətşünasların nəyinə gərəkdir?”. Kökündən yanlış olan bu fikirlə mübarizə aparmaq məhz elə memarların, sənətşünasların öhdəsinə düşür. Unutmayaq ki, sənətşünaslıq humanitar elmin bir sahəsidir. Digər sahələrdə, misal üçün, ədəbiyyatşünaslıqda olduğu kimi, onun da əsas ifadə vasitəsi məhz dildir. Tamamilə aydındır ki, mükəmməl, səlis elmi dil olmadan heç bir əsər tam olaraq uğur qazana bilməz. Elə buna görə də digər alimlərimizlə yanaşı, memar və sənətşünaslar da Azərbaycan dilini inkişaf etdirməli, onun saflığının keşiyində durmalıdırlar.
AMEA Memarlıq və İncəsənət İnstitutunda Azərbaycan dilinin geniş imkanlarından yararlanmaqla yüksək səviyyədə ədəbi və elmi üslubda tədqiqat işləri aparılır. Bədii sənətin istər tarixinin, istərsə də nəzəriyyəsinin araşdırılmasında böyük söz mədəniyyətinə hər zaman ehtiyac vardır. Son dövrlərdə İnstitutda işıq üzü görmüş nəşrlərin dil-üslub xüsusiyyətləri nəzərə çarpacaq dərəcədə təkmilləşmişdir. Lakin böyük uğurlardan danışmaq hesab edirik ki, hələ tezdir. Dil mədəniyyəti sahəsindəki prinsipial mövqeyimizi gələcəkdə də davam etdirməyimiz tələb olunur.

Məlum olduğu kimi, dilin inkişaf etməsinin əsas şərtlərindən biri onun lüğət tərkibinin mükəmməl olmasıdır. Bu baxımdan sahə terminoloji nəşrlərinin böyük əhəmiyyəti vardır. Tarixə nəzər salsaq görərik ki, AMEA Memarlıq və İncəsənət İnstitutunda vaxtilə bu sahədə müəyyən işlər görülmüşdür. Hələ ötən əsrin 50-ci illərində İnstitutda müəllif kollektivi tərəfindən inşaat, memarlıq və təsviri sənət terminləri lüğəti hazırlanmışdı. Nisbətən kiçik olmasına baxmayaraq o dövr uçun bu nəşr böyük hadisə sayıla bilərdi. Sonralar, artıq 90-cı illərdə İnstitutumuzun əməkdaşı, uzun müddət indiki “Musiqi folkloru” şöbəsində çalışmış sənətşünaslıq üzrə fəlsəfə doktoru Əfruz Məmmədova musiqi terminləri lüğəti hazırlamışdı. Belə faktlardan yenə də sadalamaq olar. Lakin indiki zamanda, mövcud reallıqlar və çağırışlar işığında İnstitut kollektivinin qarşısında duran əsas vəzifələrdən biri memarlıq və incəsənət sahəsində yeni, daha geniş, dövrlə səsləşən, müasir elmmetrik bazaların və rəqəmsal elmin, süni intellekt əsrinin tələblərinə cavab verən terminlər lüğətinin hazırlanmasıdır. Artıq bu sahədə işlərə başlanılmışdır. Belə ki, 2026-2030-cu illər üçün İnstitutun perspektiv fəaliyyət planında memarlıq terminləri lüğətinin hazırlanması nəzərdə tutulmuşdur. Hazırda bu istiqamətdə məqsədyönlü işlər aparılır.

Dil həyatdır, varlıqdır, milli kimlikdir. Dil sərvətdir, nemətdir. Dil həm də böyük mədəniyyətdir. Mədəniyyətsiz dil olmadığı kimi, dilsiz də mədəniyyət yoxdur. Dil həm də gələcəkdir, qüdrətli, inkişaf edən Azərbaycanımızın gələcəyidir. Gələcəyimizi qorumaq hər birimizin müqəddəs borcudur. İstər-istəməz Xalq şairi Bəxtiyar Vahabzadənin məşhur “Mənim ana dilim” şeirindəki əbədiyaşar misralar yada düşür:

Mənim ana dilim, mənim kimliyim,
Pasportum, özümə öz hakimliyim...

Biz öz “hakimliyimizi” hər zaman qorumuşuq və bundan sonra da qoruyacağıq. Azərbaycan aliminin dilimizi qoruması, onun saflığı uğrunda çalışması günümüzün prioritet vəzifələrindən biridir. Hər birimiz bu vacib işdə səfərbər olmalıyıq.

Ərtegin Salamzadə
AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, professor

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

16-08-2022, 16:30

Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusu və Memarıdır.

Siyasət

6-08-2022, 01:04

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin əbədiyaşar memarıdır

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm

4-01-2023, 22:16

Fərid Şərifov: Prezident İlham Əliyevin güclü siyasəti və rəhbərliyi ilə Azərbaycan respublikası hər zaman zirvələrdə olacaq

Cəmiyyət

13-08-2022, 18:14

Azərbaycan xalqı xoşbəxt xalqdır ki. onların İlham Əliyev kimi iradəli və mərd Prezidenti var

Cəmiyyət

29-09-2022, 16:36

Ulu Öndər Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizin təminatçısıdır.

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Siyasət

15-10-2024, 14:59

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür

Cəmiyyət

14-07-2023, 20:21

Heydər Əliyevin rəhbərlik dövründə ölkəmiz sürətli inkişaf etmişdir

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 14:42
Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
Dünən, 10:24
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
4-08-2026, 15:40
Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
4-08-2026, 10:52
Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı
3-08-2026, 11:37
Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb
3-08-2026, 11:22
Dəniz sahilində avtoxuliqanlığı ona baha başa gəldi - Video
Xəbər lenti
  • Bu gün, 16:05
    Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır
  • Bu gün, 15:54
    "Roblox" 70 milyard dollar dəyər itirdi: Oynamağa yeni oyun yoxdur
  • Bu gün, 15:43
    Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH
  • Bu gün, 15:27
    Peşə məktəblərində direktorların "qara siyahısı"- Onlarla direktorun gedişi gözlənilir
  • Bu gün, 15:01
    Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır
  • Bu gün, 14:52
    “Diamed Hospital” əvvəlki kimi qazana bilmir - Mənfəət azalır
  • Bu gün, 14:30
    Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər
  • Bu gün, 13:13
    Qubada tikinti özbaşınalığı: “A ƏND J Holdinq” dövlət qurumlarının qərarlarına məhəl qoymur – REPORTAJ
  • Bu gün, 13:02
    Azərbaycanda sabah 39 dərəcə isti olacaq
  • Bu gün, 12:54
    29 600 manatlıq maliyyə pozuntusu, qanunsuz şagird köçürmələri və iki əmr kitabındakı gizlinlər
  • Bu gün, 12:35
    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində yekun qərar elan olunub
  • Bu gün, 12:25
    Yardımlı meşələrində fəlakət: 11 saylı Rİ təbiəti biznes mənbəyinə çevirib? Ramik Əşrəfov bu şəkillər köhnə deyil.. FOTO
  • Bu gün, 12:10
    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
  • Bu gün, 11:34
    Ceyhun Bayramov və Andrey Sibiqa Kiyevdə danışıqlar aparırlar
  • Bu gün, 11:20
    Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış olub
  • Bu gün, 11:08
    Mingəçevirdə qırıq-salxaq katerlər yenə iş başında: - İNSANLARIN HƏYATI TƏHLÜKƏYƏ ATILIR
  • Bu gün, 10:41
    Şənbə günü 1350 namizəd incəsənət məktəb və mərkəzlərinə işə qəbul imtahanı verəcək
  • Bu gün, 10:10
     Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR! işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
  • Bu gün, 09:48
    Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK
  • Bu gün, 09:16
    UEFA Konfrans Liqası: "Qarabağ" Polşada Kiyev "Dinamo"su ilə qarşılaşacaq
  • Bu gün, 09:10
    NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR: Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
  • Bu gün, 08:53
    Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb
  • Dünən, 19:00
    Avropanın antimiqrant siyasəti: uduzan kim olacaq? - ŞƏRH
  • Dünən, 18:30
    Yeni Zelandiyanın paytaxtında 15 ildə ilk dəfə qar yağıb
  • Dünən, 18:00
    Fərid Qayıbov qadın voleybolçulardan ibarət millinin məşqində iştirak edib
  • Dünən, 17:53
    Türkiyə Hərbi Hava Qüvvələrinin ilk qadın generalı oldu - Foto
  • Dünən, 17:43
    Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub
  • Dünən, 17:29
    Göytəpə meşəbəyliyində yaş palıd ağacları belə kəsilib satılır - VİDEO
  • Dünən, 17:17
    Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək
  • Dünən, 17:07
    Naxçıvan Şəhər Poliklinikasında tibbi arayış 60-80 manata satılır? - Qəbz də verilmir... - VİDEO
  • Dünən, 16:45
    Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər
  • Dünən, 16:37
    "Binanın bütün zibili, səs-küyü həyətdədir" - “Baku Rifah MTK”dan şikayət - VİDEO
  • Dünən, 16:22
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:05
    Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu: Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti
  • Dünən, 15:53
    Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə