Sizin reklam burada 728×90
Son dəqiqə

Pakistanda aldadılıb istismar olunmuş Azərbaycan əsilli qadınlar xilas edilib

07.11.2023 03:29 518 1 dəq oxunur
Pakistanda aldadılıb istismar olunmuş Azərbaycan əsilli qadınlar xilas edilib
Pakistanın Federal Təhqiqat Agentliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi Ravalpindi şəhərində mənzildə bağlı qalmış 4 qadın və 3 uşağı xilas edib.
BakuNews.az "Report"a istinadla xəbər verir ki, bu barədə yerli mətbuat məlumat verib.
Məlumata görə, qadınlar Azərbaycan əsillidir. Onlar bu ölkəyə iş adı altında gətiriliblər. Qadınların cinsi istismar olunduqları bildirilir.
Məlumata görə, onlar Pakistana müddəti bitmiş viza ilə gəliblər və orada qeyri-qanuni yaşayıblar. Reyd zamanı qadınların pasportları da götürülüb.
İnsan Alverinə Qarşı Mübarizə Departamenti üç insan alverçisinə qarşı cinayət işi açıb.
Qeyd edilir ki, hazırda cinayətkarların saxlanılması üçün xüsusi qrup yaradılıb və müxtəlif ərazilərdə əməliyyatlar keçirilir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az