Sizin reklam burada 728×90
Son dəqiqə

Bu şənbə rəsmi iş günüdür

17.06.2025 17:12 570 1 dəq oxunur
Bu şənbə rəsmi iş günüdür
Azərbaycanda iyunun 21-i şənbə günü olmasına baxmayaraq, rəsmi iş günüdür.

Bu, Baş nazir Əli Əsədovun imzaladığı Qərarda öz əksini tapıb.

Belə ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, 21 iyun şənbə günü olsa da, iş günü, 26, 27, 28 (şənbə) və 29 (bazar) iyun tarixləri isə qeyri-iş günləridir.

Qeyd edək ki, 26 iyun ölkəmizdə Silahlı Qüvvələr Günü kimi qeyd olunur.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az