Sizin reklam burada 728×90
Son dəqiqə

Niderlandda "omikron" ştamının yeni alt növü müəyyən edilib

13.07.2022 23:08 550 1 dəq oxunur
Niderlandda "omikron" ştamının yeni alt növü müəyyən edilib
Niderlandda, eyni zamanda "kentavr" kimi tanınan "omikron" BA.2.75 koronavirus ştamının alt növü müəyyən edilib.

bakunews.az report və tass-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Səhiyyə və Ətraf Mühit İnstitutu məlumat yayıb.

Alt növ iyunun 26-da götürülmüş nümunələrdə aşkar edilib. Nə qədər insanın buna yoluxduğu barədə məlumat verilmir.

Bu variant əvvəllər Avstraliya, Böyük Britaniya, Almaniya, Hindistan, Kanada, Yeni Zelandiya, ABŞ və Yaponiyada tapılıb. İlkin məlumatlara görə, BA.2.75 variantı immun sisteminə qalib gəlmək qabiliyyətinə malikdir və daha yoluxucu ola bilər.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az