• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Bu gün ədliyyə işçilərinin peşə bayramıdır

Siyasət

22-11-2023, 11:55

Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 105 illiyi tamam olur.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Müasir Azərbaycan ədliyyəsinin təsis edilməsi Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə - 1918-ci il mayın 28-nə təsadüf edir. Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə verdiyi xüsusi əhəmiyyətinin göstəricisi idi. Ötən 105 ildə böyük inkişaf yolu keçən Azərbaycan ədliyyəsi mühüm nailiyyətlər qazanıb.

Azərbaycan ədliyyəsinin fəaliyyətinin canlandırılması və təkmilləşdirilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin təsis olunması bu mühüm sahənin gələcək inkişafı üçün əlverişli zəmin yaradıb.

Ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən köklü hüquqi islahatlar nəticəsində ədliyyə orqanlarının fəaliyyəti müasir dövrün tələblərinə uyğunlaşdırılıb, ölkəmizdə yeni üçpilləli məhkəmə sistemi bərqərar olub.

Ədliyyə və məhkəmə-hüquq islahatları Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlətimizin başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiqlənərək ona hüquq-mühafizə orqanı statusu verilib. Habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunub. Həmçinin, Prezident İlham Əliyev tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanıb.

Azərbaycan ədliyyəsinin davamlı inkişafına dair Dövlət proqramları, Prezidentin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncam, 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman ədliyyə və məhkəmə fəaliyyətində mühüm “yol xəritəsi” olmaqla, bu sahənin müasir çağırışlara uyğun inkişafını təmin edib. Habelə vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə əlçatanlığının asanlaşdırılmasına, onlara keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, rəqəmsal innovasiyaların tətbiqinə geniş imkan yaradıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə ədliyyə orqanları ordumuzla həmrəylik nümayiş etdirərək dəstək göstərib, ədliyyə işçiləri və hakimlər hərbi əməliyyatlarda fəal iştirak edib, Ermənistanın müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparıblar.

Ədliyyə Nazirliyi tərəfindən aparılan mütərəqqi islahatlar davamlı xarakter alıb. Bu gün əhaliyə 40-dək elektron ədliyyə xidmətləri göstərilir, rəqəmsal innovasiyalar, mobil tətbiqlər təqdim olunur. Azad olunmuş ərazilərdə səyyar ədliyyə xidmətləri təşkil edilir.

Ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi qanunların təkmilləşdirilməsində fəal iştirak edir, eləcə də, əhalinin, sahibkarlıq sahəsində yoxlamaların və qüvvədən düşmüş sənədlərin reyestrlərini aparır. Vətəndaşlıq vəziyyəti aktlarının, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatını həyata keçirir, penitensiar sistemə rəhbərlik edir, ədalət mühakiməsi əleyhinə və bir sıra digər cinayətlər üzrə ibtidai istintaqın aparılmasını, notariat fəaliyyətini, məhkəmə ekspertizalarının keçirilməsini, məhkəmələrin və digər orqanların qərarlarının icrasını və probasiya nəzarətini təmin edir.

Nazirlik, həmçinin, bələdiyyələrə metodoloji yardım göstərir, Ədliyyə Akademiyasında ədliyyə və məhkəmə işçiləri, vəkillər, bələdiyyə üzvü və qulluqçularının və digər hüquqşünasların ixtisasartırmasını, habelə peşə fəaliyyətinə buraxılışı, ölkəmizin adından hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin bağlanmasını və onların icrasını, beynəlxalq sahədə hüquqi yardım göstərilməsini təmin edir və digər funksiyaları həyata keçirir.

Bütün bunlar ədliyyə orqanlarının cəmiyyətdə rolu və əhəmiyyətini göstərməklə nazirliyin çoxşaxəli fəaliyyət sahələrinin arxasında genişhəcmli konkret işlərin dayandığını göstərir.

Hazırda ədliyyə sistemi müasir informasiya texnologiyalarının tətbiqi ilə inkişaf edir, ədliyyəyə əlçatanlığın təmini məqsədilə innovativ həllərdən geniş istifadə edilir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə sistemində aparılan islahatlar çərçivəsində vətəndaş məmnunluğunun təminatına yönələn müxtəlif ədliyyə xidmətlərinin rəqəmsal platformalarda eyni vaxtda, vahid mənbədən və məsafədən göstərilməsi müasir innovativ xidmət - Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng (“ƏN TEZ”) xidmət platforması yaradılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ədliyyə islahatları çərçivəsində, həmçinin, penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təmin olunması, saxlanma şəraitinin yaxşılaşdırılması, cəmiyyətə reinteqrasiyası məqsədilə infrastruktur müasirləşdirilir. Ötən dövrdə Bakıda yeni istintaq təcridxanası, yetkinlik yaşına çatmayanlar və qadınlar üçün müasir penitensiar müəssisələr inşa olunaraq istifadəyə verilib. Dövlətimizin başçısı həmin müəssisələrə şəxsən baş çəkərək yaradılan şəraitlə tanış olub.

Eyni zamanda, Naxçıvanda və Şəkidə də belə komplekslər tikilərək istifadəyə verilib. Gəncə və Lənkəran şəhərlərində inşası davam etdirilən komplekslərin isə yaxın vaxtlarda istismara verilməsi nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində noyabrın 17-də Bakının Umbakı qəsəbəsində yeni inşa edilmiş qarışıq rejimli müasir penitensiar kompleksi istifadəyə verilərək geniş ictimaiyyətə təqdim olunub.

Bu il oktyabrın 15-də Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdərədə, Əsgəranda, Xocalıda və Xankəndidə Azərbaycanın Dövlət Bayrağını qaldırıb, bununla da suverenliyimiz tam bərpa olunub. Yaranmasının 105-ci ildönümünü şanlı Zəfərlə eyni dövrdə qeyd edən Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpası, bu orqanlar üçün infrastrukturun yaradılması, onların işinin təşkili üzrə zəruri tədbirlərin görülməsi qarşıda duran mühüm vəzifələrdəndir. Son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafı istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər, məhkəmə-hüquq sistemində həyata keçirilən mütərəqqi islahatlar, ölkəmizin inkişaf prosesinə uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur bölgəsini də əhatə edəcək.

Müşahidə edilən yüksək dinamika tam əminlik yaradır ki, azad olunmuş ərazilərdə ədliyyə işçilərinin fəaliyyəti çox yaxın zamanlarda bərpa olunacaq, ədalət keşikçiləri Ali Baş Komandanımızın haqq-ədaləti bərqərar etdiyi torpaqlarımızda xidmət göstərəcəklər.

Respublikamızda ədliyyə-hüquq sistemində aparılmış islahatlar, məhkəmələr üçün müasir infrastrukturun yaradılması, informasiya texnologiyalarının və yeniliklərin tətbiqi beynəlxalq ekspertlər tərəfindən təqdirəlayiq nailiyyət və qanunçuluğun tam mənada təmin edilməsi kimi qiymətləndirilir.

Azərbaycan Prezidentinin ədliyyə sisteminə yüksək diqqət və qayğısının daha bir təzahürü bu sahədə çalışan əməkdaşların mütəmadi olaraq təltif edilməsidir. Dövlət başçısının 2023-cü il 21 noyabr tarixli sərəncamlarına əsasən, ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə bir qrup əməkdaş “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilib, ali xüsusi rütbələrə layiq görülüb.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət / Olay

31-08-2023, 19:11

Ədliyyə naziri Şamaxıda vətəndaşları qəbul edib

Gündəm

23-06-2022, 09:59

Dövlət qulluqçularının peşə bayramı günüdür

Gündəm

3-08-2023, 19:32

“Ədliyyə Nazirliyinin qərarı iqtidarı da ciddi narahat etməlidir” - Qüdrət Həsənquliyevdən ETİRAZ

Siyasət

23-03-2023, 00:34

Fərid Şərifov: Azərbaycan var olduqca Heydər Əliyev də yaşayacaqdır

Cəmiyyət

15-03-2023, 21:31

Fərid Şərifov: Prezident İlham Əliyev tərəfindən 2023-cü il Heydər Əliyev ili elan olunması ilə bağlı qərar hər kəsin ürəyincə oldu

Cəmiyyət

7-11-2023, 12:50

Milli qürur mənbəyimiz

Siyasət

10-07-2023, 14:32

Penitensiar Xidmətin yeni rəisi kimdir? - DOSYE

Siyasət

26-04-2023, 20:04

Azərbaycan Ümummilli liderin gərgin əməyi sayəsində inkişaf etmişdir

Cəmiyyət

10-08-2022, 18:57

Azərbaycan təhsilinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Gündəm

17-11-2023, 12:00

Milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı

Ölkə

28-03-2023, 08:30

DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi təntənəli şəkildə qeyd edilmişdir

Bölgə

9-05-2023, 18:44

Namiq Camalov: Ümummilli Lider Heydər Əliyevin dövlətimizin inkişafı uğrunda titanik fəaliyyətindən danışıb - FOTO

Araşdırma
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı: “İşi gördürdülər, pulumuzu istəyəndə bizi qapıdan çıxardılar”
Hadisə
Bu gün, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 17:43
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • Bu gün, 14:57
    Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
  • Bu gün, 14:32
    "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
  • Bu gün, 13:50
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Bu gün, 13:34
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Bu gün, 13:23
    21 Sentyabr – Beynəlxalq Sülh Günüdür
  • Bu gün, 13:15
    Məktəblər açıldı, təmir isə hələ bitmədi - uşaqlar məktəbə hansı yoldan gedir?
  • Bu gün, 13:05
    Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
  • Bu gün, 12:40
    Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
  • Bu gün, 12:27
    Pensiyalar sabah tam ödəniləcək
  • Bu gün, 12:22
    44 modul məktəbə 25 milyon manat- 1 ilə qiymət bir dəfə şişirdilib?
  • Bu gün, 11:53
    İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
  • Bu gün, 11:37
    Cahangir Əskərovun qızlarının Londonda daha nələri var?
  • Bu gün, 11:18
    AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar "Şamaxinka"da dayanmayacaq
  • Bu gün, 10:51
    Goranboy məktəbində acınacaqlı mənzərə - Zibillər yandırılır, ayaqyolu dağılıb - FOTO
  • Bu gün, 10:28
    Milli Məclisdə Azərbaycan dilinə və rəqəmsal suverenliyin qorunmasına dair dinləmələr keçiriləcək
  • Bu gün, 10:22
    3 qutaba 75 manatın hesablandığı restoranın sahibi məşhur iş adamı imiş - FOTO
  • Bu gün, 10:03
    Mərkəzi Elmi Kitabxanada Milli Musiqi Gününə həsr olunan sərgi açılıb
  • Bu gün, 09:52
    Bu gün dollar neçəyədir? Mərkəzi Bank məzənnələri açıqladı
  • Bu gün, 09:49
    Ucarda narkotik “plantasiyası” aşkarlandı: 140 kol müsadirə edildi
  • Bu gün, 09:44
    “Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
  • Bu gün, 09:24
    Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Argentina və Qazaxıstanla qarşılaşacaq
  • Bu gün, 09:17
    Qazax kollecində “acı bağırsağı” kim uzadır?
  • Bu gün, 08:52
    Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • Dünən, 14:00
    Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb
  • Dünən, 13:00
    Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb
  • Dünən, 12:30
    "Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb
  • Dünən, 12:00
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • Dünən, 11:00
    Donald Tramp vaxtından əvvəl Vaşinqtona qayıdıb
  • Dünən, 10:30
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • Dünən, 10:00
    NYT: Qayana neft bazarında mövqelərini möhkəmləndirib
  • 19-09-2026, 18:26
    İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
  • 19-09-2026, 18:12
    Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
  • 19-09-2026, 17:36
    Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
  • 19-09-2026, 17:18
    23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə