Sizin reklam burada 728×90
Son dəqiqə

"Əl-Cəzirə" Media İnstitutunun əməkdaşı: "Qürur hissi yaradacaq yerdə - Şuşada, belə forumda iştirakdan fəxr hissi duyuruq"

23.07.2022 15:20 471 1 dəq oxunur
"Əl-Cəzirə" Media İnstitutunun əməkdaşı: "Qürur hissi yaradacaq yerdə - Şuşada, belə forumda iştirakdan fəxr hissi duyuruq"
"Qürur hissi yaradacaq yerdə - Şuşada, belə forumda iştirakdan fəxr hissi duyuruq".

bakunews.az report-a istinadən xəbər verir ki, bunu "Əl-Cəzirə" Media İnstitutunun təlimlər üzrə meneceri Mohammad Talal Abdulkarim Şuşada keçirilən Beynəlxalq Media Forumunda çıxışı zamanı söyləyib.

"Medianı elə etməliyik ki, media hamının güvəndiyi struktur olsun. Bu baxımdan, hamımızın üzərinə məsuliyyət düşür. Jurnalistlər tarixi yazanlardır. Bu, 100 % doğrudur", - o qeyd edib.

Bakıda səfərdə ikən muzeydə ötən 150 ildə dərc edilmiş qəzetlərlə qarşılaşdığını vurğulayan ekspert həmin nəşrlərin bu günədək gəlib çıxmasında başlıca səbəbi olaraq onların etibarlı və oxunaqlı olmasını göstərib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az