• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Xaosun bir addımlığında: ermənipərəst baş nazirin ardınca Makronun gedişi Fransanın xilası olacaq - ŞƏRH

Siyasət

5-12-2024, 19:04

Fransa xaosun bir addımlığındadır. Dünyanın fərqli yerlərində müstəmləkəçilik siyasətini davam etdirməsi, onların sərvətini talaması, azadlıq istəklərini boğması, əhalini isə separatçılıqda, təxribatçılıqda ittiham edən dövlət böhranlı günlərini yaşayır.

Şübhəsiz ki, bütün bunların mövcud iqtidarın yarıtmaz siyasətinin nəticəsidir. Keçmiş müstəmləkələrindən biabırcasına qovulma, miqrantlarla bağlı problemlər, antisemitizm hallarının artması - bütün bunlar Emmanuel Makronun yeddiillik idarəçiliyinin nəticəsidir. Yarıtmaz siyasət sayəsində Fransa Avropanın “xəstə dövləti”nə, Makron isə “xəstə lider”inə çevrilib.

Bir-birinin ardınca problemlər yaşayan Fransada hökumət istefaya göndərilib. Fransa Milli Assambleyasında 1962-ci ildən bəri görünməmiş hadisə baş verib. Həmin il Fransa Əlcəzair müharibəsi nəticəsində güclü siyasi böhran yaşamışdı. Siyasi legitimlik əldə etmək üçün sentyabr ayında prezident Şarl de Qoll konstitusiyada islahatların aparılması üçün referendum elan edir. Deputatlar Jorj Pompidu hökumətinə etimadsızlıq səsverməsi keçirib və 1962-ci ilin oktyabrında hökumət istefaya göndərilib.

Həmin vaxt general de Qoll dərhal reaksiya göstərərək Milli Assambleyanın buraxıldığını elan edib. Makron isə bunu indi edə bilməz. İndiki konstitusiya buna imkan vermir. Odur ki, bu gün Fransada siyasi böhranın yeni mərhələyə qədəm qoyduğu aydın görünür.

Üstündən 62 il sonra da analoji hal baş verib. Parlament Yeni Xalq Cəbhəsinin (NFP) təqdim etdiyi sensasion təklifi, yəni Mişel Barnye hökumətinə etimadsızlıq haqqında qətnaməni qəbul edib. Nəticədə baş nazirin istefasına nail olunub.

Qeyd edək ki, 73 yaşlı Barnye ölkənin ən gənc hökumət başçısı Qabriel Attalı əvəz edərək, Fransanın ən yaşlı baş naziri olub. Ermənipərəst, separatçı mövqeyi ilə seçilən bu şəxs 2021-ci ildə keçirilən prezident seçkisində respublikaçılar tərəfindən namizədliyini irəli sürsə də, partiyadaxili səsvermənin birinci turunda uduzub və nəticədə digər namizəd Valeri Pekressi dəstəkləyib.

Xaosun bir addımlığında: ermənipərəst baş nazirin ardınca Makronun gedişi Fransanın xilası olacaq - ŞƏRH

Prezidentliyə namizəd kimi V. Pekress isə 2021-ci ilin dekabrında əvvəl Ermənistanın paytaxtı İrəvana səfər edib. Daha sonra o vaxt Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasına daxil olan Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər edib. Bununla da İl-de-Frans əyalətinin rəhbəri Valeri Pekress açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyini nümayiş etdirib. Valeri Pekress İrəvanda olarkən ovaxtkı prezident Armen Sarkisyan, parlamentin rəhbəri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyanla da görüşüb.

Həmçinin məlum olub ki, onu Qarabağda olarkən senator Bruno Retaylo və Fransanın keçmiş xarici işlər naziri, keçmiş avrokomissar, hazırda istefaya məcbur edilən Mişel Barnye müşayiət edib.

Baryne məhz Valeri Pekressin səyləri nəticəsində 2020-ci ildə İl-de-Frans əyalətinin regional şurasının rəhbəri olarkən "Dağlıq Qarabağın müstəqilliyinin rəsmi tanınmasının zəruriliyi haqqında" qondarma qətnaməni qəbul edib.

Bu deyilənlərdən bir daha aydın olur ki, demokratiya, qanunun aliliyi və söz azadlığının tərəfdarı olan Fransa faktiki olaraq hər zaman separatizmi dəstəkləyib və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirib.

İndiki hökumət böhranı Makronun siyasətinin tam iflası kimi qiymətləndirilir. Ölkədə anti-Makron əhvali-ruhiyyə o həddə çatıb ki, onun istefası tələbi ilə dekabrın 7-də Parisdə nümayiş keçiriləcək. Bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo hökumətə qarşı etimadsızlıq səsverməsi təhlükəsi fonunda sosial şəbəkələrdə bildirib.

"Dekabrın 7-də saat 14:00-da Parisdə "Makron istefa!" nümayişi keçiriləcək. Hər kəs gəlməlidir!", - o qeyd edib. F.Filippo, həmçinin Fransa liderinin həyat yoldaşı Bricit Makronun "fransızlar ona layiq deyil" sözlərini ələ salıb və prezident cütlüyünü "çamadanlarını yığmağa" çağırıb.

Daha əvvəl prezidentin reytinqinin rekord səviyyədə aşağı düşdüyü və fransızların yalnız 17%-nin onu dəstəklədiyi qeyd olunub.

Əslində, siyasi çətinliklər Makronun Avropa Parlamentinə səsvermədə məğlubiyyətindən sonra növbədənkənar seçkilər elan etməsindən sonra başlayıb. Bu, parlamentin Aşağı Palatasını üç bloka böldü: prezidenti dəstəkləyən zəifləmiş mərkəz, sol alyans və Marin Le Penin rəhbərlik etdiyi güclənmiş ifrat sağçılar. Koalisiya mümkün olmadığından Makron sentyabrda Barnyeni baş nazir təyin etdi və ona Fransanın qarışıq maliyyəsini qaydaya salmaq kimi əsas vəzifəni həvalə etdi.

Bu həftənin əvvəlində Barnye qeyri-populyar büdcə qanun layihəsini keçirmək üçün konstitusion mexanizmdən istifadə etdi ki, bu da Milli Birlik və sol koalisiyanı etimadsızlıq səsverməsinə çağırmağa vadar etdi.

Görünən odur ki, hökumətin süqutu Fransanı naməlumluğa sürükləyəcək. Fransız mediası yazır ki, Marin Le Penin məqsədi təkcə siyasi xaos deyil, həm də Emmanuel Makronu devirmək ola bilər. Ciddi siyasi böhran halında prezidentin üç çıxış yolu var. Hökumətin yenidən qurulması, onun buraxılması və ya özünün istefa verməsi.

Prezidentin səlahiyyətlərini təhvil verməsini keçmiş müttəfiqlər də istəyir. Növbədənkənar prezident seçkiləri Fransada üç dəfə uğursuz namizəd olmuş və yenidən namizədliyini irəli sürmək niyyətində olan Le Pen üçün yeni imkanlar aça bilər. Sorğulara görə, bu dəfə o, qalib gələ bilər.

Avropa iqtisadi böhranının yeni mərkəzi - Fransa

İş o yerə çatıb ki, Fransanın borc həcmi artıq Yunanıstanın borcundan da çoxdur. Fransadakı vəziyyət avroya da mənfi təsir göstərib. Məzənnənin düşməsi maliyyə bazarlarının Fransanın dövlət büdcəsi kəsirinin daha da artması perspektivi ilə bağlı narahatlığını vurğulayıb ki, bu da gözləntilərə görə bu il ÜDM-in 6,2%-nə çatacaq.

Prezidentin tənqidçiləri artıq bəyan edirlər ki, yalnız onun istefası Fransanın tənəzzülünə son qoya bilər. “İndi yalnız prezidentin istefa verməsi qalıb", - radikal sol "Təslim olmayan Fransa" partiyasının deputatı Matilda Panno bildirib.

Hökumətə etimadsızlıq Fransa bazarında səhmlərin görünməmiş çöküşü ilə nəticələnə bilər. Şişirdilmiş dövlət borcu və tarixdə ilk dəfə növbəti il üçün təsdiqlənməmiş büdcə ölkənin kredit reytinqinin avtomatik olaraq aşağı düşməsinə səbəb ola bilər.

Fransa iqtisadiyyatının acınacaqlı vəziyyətini “The Wall Street Journal” "Fransa Sena çayı üzərindəki yeni Yunanıstandır" başlığı ilə dəqiq təsvir edib. Nəşr hesab edir ki, ölkə Avropa iqtisadi böhranının yeni mərkəzinə çevrilə bilər. Maliyyə vəziyyətinin bir neçə aydır pisləşməsinə baxmayaraq, heç kim buna ciddi yanaşmırdı. Jurnalistlərin sözlərinə görə, müəyyən məqamda Fransanın dövlət borcu Yunanıstanın borcunu üstələyib və büdcə ilə manipulyasiyalar bütün avrozona valyutasının məzənnəsini bir faiz aşağı salıb.

Sosial sahədə də vəziyyət yaxşı deyil. Əhalinin alıcılıq qabiliyyətinin düşməsi, miqrantlar və onların inteqrasiyası ilə bağlı kəskin problemlər, terrorizm və ictimai təhlükəsizlik təhdidi öz işini görüb. Şübhəsiz ki, baş verənlərdə əhali və parlament üzvləri arasında dəstək tapmayan Fransa hakimiyyətinin təcavüzkar xarici siyasəti də az rol oynamayıb. Həm Milli Assambleyadakı sağlar, həm də Yeni Xalq Cəbhəsindəki sollar artıq nə Ukraynaya silah göndərilməsinə, nə də ora Fransa qoşunlarının mümkün yeridilməsinə dözməyə hazırdırlar.

Bəzi partiyalar, həmçinin Fransanın siyasi rəhbərliyinin Fələstin-İsrail məsələsində tutduğu mövqe ilə razı deyillər. Bu barədə Makronu münaqişə regionundakı vəziyyəti həll etmək istəyinin olmamasında sistematik olaraq ittiham edən Melanşonun başçılıq etdiyi müxalifət nümayəndələri dəfələrlə danışıblar.

Bu sıraya Makron komandasının birtərəfli qaydada təcavüzkar Ermənistanı dəstəkləməsi, müstəqil xarici siyasət yeridən Azərbaycana qarşı təcavüzkarlığı da az rol oynamayıb. Neokolonializmə qarşı mübarizəni əsas xətt elan edən rəsmi Bakının bu addımı Yelisey sarayında sərt reaksiya doğurub.

Ümumiyyətlə, Fransa son illərdə diplomatiyada uğursuz fəaliyyəti ilə seçilir. Afrikada təsirini itirməyə başlayan Paris növbəti hədəflər axtarır. Afrikada davam edən hərbi çevrilişlər və siyasi proseslərin fonunda nə edəcəyini bilməyən Fransa Cənubi Qafqazda güclənmək istəyib. Afrikada bir neçə ölkədə liderlərin devrilməsindən, səfirliklərin bağlanmasından sonra artan etirazlar fonunda əlacsız qalan Makron hakimiyyətinin uğursuzluqları davam edir.

Makronu nə gözləyir?

Makronun prezidentlik müddəti 2027-ci ilin yazına qədər davam edəcək olsa da, bəzi partiyalar dövlət başçısını parlamentin buraxılması qərarından sonra yaranan siyasi xaosa görə istefa verməyə çağırırlar. Bu, siyasi böhran səbəbindən həm ölkə daxilində, həm də xaricdə nüfuzu düşən Makrona növbəti zərbədir.

"Ifop" şirkətinin noyabrın sonunda keçirdiyi ictimai rəy sorğusuna görə, fransızların yalnız 22%-i Makrondan razıdır. Makron bu tələblərə hələlik "bütün enerjisi ilə son saniyəyə qədər" öz rolunu yerinə yetirəcəyini vəd edərək cavab verib.

Müxalifət partiyası "Təslim olmayan Fransa"nın nümayəndələri Fransada növbədənkənar prezident seçkilərinin keçirilməsində israr edirlər. Partiyanın rəhbəri Matilda Pano hesab edir ki, ölkənin hazırkı lideri Emmanuel Makron dövləti siyasi böhranın astanasına gətirib. Onun sözlərinə görə, məsələnin həllinə növbədənkənar prezident seçkilərinin keçirilməsi kömək edəcək.

Siyasətçi qeyd edib ki, bunun səbəbkarı ölkəni siyasi böhran vəziyyətinə gətirən Fransa prezidenti Emmanuel Makronun hərəkətləridir. Sol hərəkat onun vaxtından əvvəl istefasına nail olmağa çalışacaq.

Daha əvvəl "Milli Birlik" partiyasının lideri Marin Le Pen Fransa prezidenti Emmanuel Makrondan istefa verməsini tələb edib. O deyib ki, prezident "yaranmış vəziyyətə görə əsas öhdəlik daşıdığı üçün məsuliyyəti öz üzərinə götürəcək, ağıl və vicdanının ona dediyi şeyi edəcək".

Görünən odur ki, Makron Fransası problemlərin öhdəsindən gəlmək iqtidarında deyil. Şübhəsiz ki, çıxış yolu da var – Makron və komandası prezidentlik müddətinin bitməsini gözləməyib istefa verməlidir. Əks təqdirdə, problemlər bitməyəcək.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

23-05-2024, 17:29

Makronun ən böyük "nailiyyəti": Fransa Avropanın ən təhlükəli ölkəsi statusu qazanıb - TƏHLİL

Gündəm / Siyasət

28-12-2023, 22:39

“Fransanın bu addımı onun acizliyinin göstəricisidir” - Rəy

Gündəm / Siyasət

15-04-2024, 19:33

Müstəmləkə dövrünün xiffəti - Makronun Mərakeş səfərinin hədəfi - ŞƏRH

Gündəm / Siyasət

21-10-2024, 17:30

Fransa müstəmləkələrindən əl çəkmir: Makron və xanımı Mərakeşə "qarmaq atır" - ŞƏRH

Dünya

6-05-2024, 21:35

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Siyasət

27-05-2024, 18:44

Makronun çökən imperiya siyasəti - Paris uğursuzluğun səbəbini Azərbaycanda görür - ŞƏRH

Gündəm / Siyasət

14-12-2022, 19:13

Kanada mətbuatı Makronun Azərbaycana qərəzli münasibətindən yazıb

Siyasət

8-07-2024, 18:35

Xaosun başlanğıcı - Yeni Kaledoniyanın müstəqillik tərəfdarı Fransa parlamentində - TƏHLİL

Siyasət

19-08-2024, 15:40

Makronun prezidentliyinin “pik” həddi - Fransa vətəndaş müharibəsi astanasında - ŞƏRH

Gündəm / Cəmiyyət

9-02-2024, 15:23

Makron erməni siyasətçini nazir TƏYİN ETDİ

Gündəm / Dünya

23-11-2024, 11:39

Makronun Haiti rəhbərliyini “axmaq” adlandırması qalmaqala səbəb olub

Dünya

17-03-2024, 18:13

“Makron Şoltsa Ukraynaya qoşun göndərilməsi məsələsini qaldıracağını əvvəlcədən deyib” – KİV

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
Dünən, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 19:16
    MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
  • Bu gün, 19:00
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
  • Bu gün, 18:39
    Oktyabrın ilk günlərində bəzi rayonlara dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ
  • Bu gün, 18:26
    Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
  • Bu gün, 18:22
    Adil Vəliyev Sabunçuda rəsmən BAZAR AÇIB... - ÖZBAŞINALIQ...
  • Bu gün, 18:03
    Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH
  • Bu gün, 17:46
    Elman Rüstəmov məşhur restoranını 22 milyon manata satdı
  • Bu gün, 17:27
    Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib
  • Bu gün, 17:18
    Azərbaycan yeni mərmiatan dron istehsal edib
  • Bu gün, 17:02
    Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb
  • Bu gün, 16:47
    "Bu dəyişiklik nə vaxt baş verəcək?" - HƏQİQƏTƏN DƏ...
  • Bu gün, 16:17
    Dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı mexanizmi ilə bağlı qanunvericilik təkmilləşdirilir
  • Bu gün, 15:57
    Cavid Qurbanovu tənqid edən şair ONUNLA BARIŞDI - "ARA VURANLAR" var imiş...
  • Bu gün, 15:31
    Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini ratifikasiya edib
  • Bu gün, 15:17
    “Lux Residence”-dən növbəti şikayət: "məni məcburi çıxarmağa çalışırlar"
  • Bu gün, 14:43
    İsrail ordusunun Baş Qərargah rəisi yüksək döyüş hazırlığı səbəbilə ABŞ səfərini ləğv edib
  • Bu gün, 14:16
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub
  • Bu gün, 14:07
    12 milyonluq “Bulvar İdarəsi” İŞİ: “Pulları Fuad müəllimə verirdim” - MƏHKƏMƏ
  • Bu gün, 12:42
    Azərbaycanda sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi təklif olunur
  • Bu gün, 12:35
    Dələduzluq edən məmur DANIŞDI: "Çoxlu borcum vardı" - TƏFƏRRÜAT
  • Bu gün, 12:06
    Milli Məclisin komitələrinin səlahiyyətlərinin artırılması təklif olunur
  • Bu gün, 11:49
    Leobank müştəriləri aldadır? – Kart qalığı ilə bağlı narazılıq
  • Bu gün, 11:13
    Prezident: Azərbaycanın müdafiə sənayesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub
  • Bu gün, 11:03
    Zakir Həsənov: Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur
  • Bu gün, 10:54
    Yasamalda piyadaların bir yolu var: UÇMAĞI ÖYRƏNMƏK... - DƏLİXANADIR, VALLAH...
  • Bu gün, 10:24
    Azərbaycan neftinin qiyməti 118 dollara düşüb
  • Bu gün, 10:14
    “Şeyx, sənin tormozun tutmur, Əlinin qadasını alırdın, Ruhəngiz, indi...” - Xalq artistinə cavab verdi, digərlərinə söz atdı
  • Bu gün, 09:50
    İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 09:43
    Bakıda qutabı 75 manata satan iş adamı Rusiyaya 1.5 milyard aparıb - İLGİNC
  • Bu gün, 08:54
    Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
  • Dünən, 23:32
    Nadir Qocabəyli Tural Sadıqlının iddiasına cavab verdi: “Məsələ təkcə Hikmət Hacıyevlik deyil”
  • Dünən, 19:00
    Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
  • Dünən, 18:23
    İraqı sonuncu İtaliya hərbçisi tərk edib
  • Dünən, 18:18
    Dövlətin güzəştli krediti hesabına tikilən nəhəng anbar müsadirə olunaraq satışa çıxarıldı – Fotolar
  • Dünən, 17:53
    Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə