• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Hər ili əsrə bərabər 22 il - ŞƏRH

Siyasət

15-10-2025, 18:43

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin bu ali vəzifəyə seçilməsinin 22-ci ildönümüdür. İlham Əliyevin 2003-cü ildə prezident seçilməsi Azərbaycanın siyasi və iqtisadi həyatında yeni inkişaf dövrünün başlanğıcı sayılır. Onun ölkəyə rəhbərlik etdiyi dövr ərzində iqtisadiyyat, ordu quruculuğu, xarici siyasət, sosial siyasət kimi bütün sahələrdə önəmli addımlar atılıb, köklü islahatlar həyata keçirilib. Azərbaycan beynəlxalq səviyyəli layihələrin təşəbbüskarı və iştirakçısı olub. Bu gün Bakının iştirakı və razılığı olmadan regionda heç bir iri layihə reallaşdırılmır. Bu, İlham Əliyevin Azərbaycanın dövlət başçısı postunda yürütdüyü uğurlu xarici siyasət və iqtisadi islahatlar sayəsində mümkün olub.

22 il ərzində Azərbaycan təkcə regionda deyil, beynəlxalq arenada da böyük nüfuza yiyələnib. Ölkəmiz təkcə Qafqaz regionunda deyil, uzaq coğrafiyalarda da rəyini, münasibətini və dəstəyini həlledici amilə çevirib. Bu amil Azərbaycanın Qoşulmama Hərəkatına üzv seçildiyi və sədrlik etdiyi dövrdə özünü daha aydın göstərmiş oldu. Əhatə dairəsinə görə BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatının ən səmərəli fəaliyyəti də məhz Azərbaycanın sədrliyi dövrünə təsadüf edib.

Hər ili əsrə bərabər 22 il - ŞƏRH

Təkcə bir faktı xatırlamaq kifayət edir. 2020-ci il mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının pandemiyaya qarşı videokonfrans formatında dövlət və hökumət başçıları səviyyəsində Zirvə görüşü keçirildi. Bu tarixi Zirvə görüşündə dövlətimizin başçısı Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Təklif Qoşulmama Hərəkatına üzv olan ölkələr tərəfindən dəstəkləndi. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada nüfuzu daha da yüksəlib, onun beynəlxalq gündəlikdə dayanan qlobal məsələlərin həllində rolu genişlənib. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir.

Prezident İlham Əliyevin qlobal səviyyədə əldə etdiyi uğurlardan biri də 2009-cu ildə Naxçıvanda əsası qoyulmuş Türk Dövlətləri Təşkilatını göstərmək mümkündür. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında imzalanan Naxçıvan bəyannaməsinə əsasən qurulan bu beynəlxalq təşkilatl çərçivəsində fəaliyyətə rəsmi Bakı hər zaman xüsusi diqqətlə yanaşıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan TDT-nin nüfuzunun artırılması və bu çərçivədə ciddi nailiyyətlərin əldə olunması istiqamətində mütəmadi olaraq yeni-yeni təklif və təşəbbüslərlə çıxış edir və bununla da təşkilatın funksionallığının gücləndirilməsi işinə öz müstəsna töhfəsini verir.

Bu gün İlham Əliyevin rəhbərliyi altında Azərbaycan yüksək nüfuz sahibi kimi qlobal proseslərdə aktivlik nümayiş etdirir. Ölkə başçısı təkcə regional məsələlərdə deyil, dünya miqyasında baş verən qlobal hadisələr zamanı da qətiyyətli mövqe nümayiş etdirir. Məsələn, 2023-cü ildə yaradılan Bakı Təşəbbüs Qrupu dekolonizasiya və insan hüquqları sahələrində beynəlxalq tərəfdaşlıqların inkişafını dəstəkləyən beynəlxalq qeyri-hökumət təşkilatının adını çəkə bilərik. Qrupun məqsədi müstəmləkəçilikdə olan dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verməkdir. Bu səpkidə Bakı bir neçə mötəbər tədbirə ev sahibliyi də edib.

Beynəlxalq miqyaslı məsələlərin həlli ilə əlaqədar müzakirələrin, dialoqların aparıldığı unikal ünvan statusu daşıyan Azərbaycan qlobal problemlərin həllində aktiv iştirak edir, planetimizin xilası naminə mühüm işlər gerçəkləşdirir. Bu baxımdan COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməsi üçün dünyanın əksər ölkələrinin yekdilliklə Azərbaycan lehinə səs vermələri də təsadüfi xarakter daşımırdı.

Məhz bu sadalanan səbəblərə görə, bir sıra beynəlxalq təşkilatlar, dünya liderləri ölkəmizlə əməkdaşlığa xüsusi önəm verirlər. Məhz bu sadalanan səbəblərə görə, Prezident İlham Əliyev Avropa və dünya liderlərinin dəvəti ilə ən mötəbər tədbirlərə dəvət alır, yüksək tribunalardan çıxış edir, ən yüksək səviyyədə qarşılanır. Davos İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı, BMT toplantıları və digər beynəlxalq tədbirlərdə İlham Əliyevin iştirakı göstərir ki, dünya ölkələri Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirir, İlham Əliyevi etibarlı tərəfdaş, önəmli lider qəbul edirlər. Təkcə oktyabr ayında Prezident İlham Əliyev 4 fərqli coğrafiyada, 4 Sammitdə iştirak edib: 1-2 oktyabrda Kopenhagendə Avropa Siyasi Birliyinin Sammiti; 6-7 oktyabrda Qəbələdə Türk Dövlətləri Təşkilatının Sammiti; 9-10 oktyabrda Düşənbədə MDB Sammiti; nəhayət, 13 oktyabrda Şarm əş-Şeyx Zirvəsi.

Bütün bu görüşlər və tədbirlər Azərbaycanın artan regional gücünü, artıq qlobal müstəvidə də söz sahibi olmasını sübut edir. Bu, İlham Əliyevin sərrast xarici siyasəti və analitik düşüncəsi sayəsində mümkün olub.

İlham Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən ordu quruculuğuna, peşəkar zabit heyətinin formalaşmasına, Azərbaycanın ən müasir silah və texnika ilə təminatına xüsusi diqqət yetirməsi 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində özünü göstərdi. Məhz 44 gün ərzində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 30 il işğal altında olan torpaqlarımızı azad etdi. Bununla İlham Əliyev son 200 ildə işğal edilmiş torpaqların geri qaytarılmasına imza atmış ilk Azərbaycan rəhbəri, həmçinin son 80 ildə müharibəni mütləq qələbə ilə bitirmiş yeganə dünya lideri kimi adını qızıl hərflərlə tarixə yazdı.

Qalib Lider 44 gün və ondan sonrakı dövrdə də Ermənistanın havadarları ilə diplomatik kulislərdə mübarizə aparıb, onları bir-bir məğlubiyyətə uğradıb və susdurub. Bu, Azərbaycan Prezidentinin illərlə qurduğu xarici siyasətin uğurudur. Eyni zamanda qeyd etmək lazımdır ki, hakimiyyətdə olduğu dövr ərzində dövlət başçısının siyasəti nəticəsində vətənpərvər gənclik yetişib. Qələbəni də məhz bu gənclər canları, qanları bahasına əldə etdilər.

Bu illər ərzində aparılan uğurlu daxili siyasət nəticəsində Vətən müharibəsi günlərində xalq-dövlət birliyi təmin edildi və Azərbaycan vahid bir yumruq kimi işğalçıya qarşı bütün cəbhələrdə mübarizə apardı. Müharibənin 44 günü ərzində kəndlərimizin, qəsəbələrimizin, şəhərlərimizin bir-bir azad olmasının müjdəsinin Prezident İlham Əliyev tərəfindən xalqımıza yetirilməsi xoş ənənəyə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük Şuşa zəfərini məhz Şəhidlər xiyabanından xalqımıza çatdırması isə xüsusi rəmzi məna daşıyırdı və bu, torpaqlarımız uğrunda canlarını qurban verən oğul və qızlarımızın qisasının alındığına işarə idi.

Qeyd etmək yerinə düşər ki, Ali Baş Komandanın strateji düşüncəsi sayəsində Ağdam, Laçın və Kəlbəcər bir güllə atılmadan, heç bir itki verilmədən azad edildi. Vaxtilə bir sıra tədbirlərdə guruldayan Ermənistan rəhbərliyi isə təslim olmaqdan, Azərbaycanın diktə etdiyi şərtləri qəbul etməkdən, kapitulyasiya aktını imzalamaqdan başqa çarəsi olmadığını gec də olsa anladı.

Üç il sonra, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyat nəticəsində ölkəmizin Qarabağ bölgəsində uzun illər davam edən separatizmə son qoyuldu, Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu aradan qaldırıldı və Azərbaycan Respublikasının konstitusiya quruluşu tam şəkildə bərpa edildi. Nəticədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi təmin edildi.

Azərbaycan iqtisadiyyatı da məhz İlham Əliyevin ölkəyə başçılıq etdiyi dövrdə inkişaf edib, dünya iqtisadiyyatına transformasiya edilib. Bütün parametrlər üzrə Azərbaycan iqtisadiyyatı bir neçə dəfə böyüyüb. Azərbaycan "aşağı gəlirli ölkələr" sırasından "yuxarı-orta gəlirli ölkələr" sırasına yüksəlib. Əgər 2003-cü ildə Azərbaycanda adam başına düşən ÜDM 888.6 dollar idisə, 2004-cü ildə bu rəqəm 1000 dollarlıq həddi ötüb. Hazırda bu rəqəm 7300 dollar civarındadır. Bu isə Cənab Prezidentin rəhbərliyi dövründə rəqəmin neçə dəfə artdığını sübut edir, uğurlu iqtisadi islahatların göstəricisinə çevrilib. Ölkə iqtisadiyyatının infrastrukturu tamamilə yenidən qurulub və modernləşdirilib. Bu da uzunmüddətli dayanıqlı inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir. Nəqliyyat, enerji, təhsil, səhiyyə, turizm və digər sahələr üzrə infrastruktur demək olar tamamilə yenidən qurulub.

Ölkə iqtisadiyyatı elə bir səviyyəyə çatıb ki, Azərbaycan borc alan ölkədən donor ölkəyə çevrilib. Ölkənin valyuta ehtiyatları xarici borcundan dəfələrlə çoxdur. Ölkənin qeyri-neft sektoruna xüsusi diqqət ayrılıb, qeyri-neft ixracı sürətlə artır. Ölkə iqtisadiyyatı ixrac yönümlü sənayeləşməyə inteqrasiya edir. Eyni zamanda Azərbaycan xarici investisiya üçün də ciddi və maraqlı ölkəyə çevrilib. Təkcə 2020-2024-cü illərdə ölkəyə cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 29 milyard dolları ötüb. Bu, Azərbaycanın etibarlı və investisiya mühiti üçün sabit bir ölkə olduğunu ifadə edir.

Prezident İlham Əliyevin uğurlu enerji siyasəti də Azərbaycana böyük iqtisadi və siyasi dividentlər qazandırır. Ölkənin inkişaf konsepsiyasında enerji siyasətinin müstəsna yer tutması əbəs deyil. Prezidentin uğurlu siyasəti nəticəsində Azərbaycan bu gün qlobal enerji layihələrinə imza atır və aparıcı mövqedə dayanıb, böyük uğurlar əldə edir. Məhz dövlət başçısının enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artırır. Artıq rəsmi Bakı dünyanın enerji təhlükəsizliyində əhəmiyyətli oyunçuya çevrilib. Bu gün Avropa liderləri enerji təminatı üçün məhz Azərbaycanın qapısını döyür. Məhz Azərbaycan Avropa üçün etibarlı tərəfdaşa çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Məhz uğurlu enerji siyasəti ilə Avropanın enerji xəritəsini dəyişir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi layihələri reallaşdıran Azərbaycan Cənub Qaz Dəhlizinin enerji koridorunu yaradıb.

Digər tərəfdən ölkə başçısının enerji siyasətində alternativ enerji xüsusi yer tutur. Artıq Azərbaycan bu sahədə də ixracatçı ölkə qismində çıxış edir. 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaq. Bu da Azərbaycanın ümumi enerji istehsalının 35 faizdən çoxunu təşkil edəcək. Bu prosesdə Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji potensialından da səmərəli istifadə olunacaq. Yaxın illərdə Azərbaycan Avropanı və bir sıra dünya ölkələrini yaşıl enerji ilə də təmin edəcək. Bu isə ölkənin dünyada artan nüfuzuna böyük təkan verəcək və Azərbaycanı enerji sahəsində söz sahibinə çevirəcək...

Bütün bu sadalanan faktlar deməyə əsas verir ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini şərəflə yerinə yetirib, xalqına verdiyi sözə sahib çıxıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib. Prezident İlham Əliyev qalib sərkərdə, müdrik lider, dahi şəxsiyyət, böyük strateq, fenomenal analitik kimi adını tarixə əbədi yazdırıb. Bu gün onun uğurlu siyasəti sayəsində Azərbaycan qüdrətli və güclü dövlətə çevrilib, regionda və dünyada söz sahibi sayılır. Rəsmi Bakının hər ötən gün beynəlxalq münasibətlər sistemində və dünya siyasətində artan nüfuzu məhz İlham Əliyevin qətiyyətli mövqeyi, liderlik qabiliyyəti, xarici siyasət kursu sayəsində mümkün olub. Əminliklə söyləmək olar ki, bu uğurlar Prezidentin xalqına bağlılığının və Azərbaycanı güclü, qüdrətli, inkişaf etmiş dövlətə çevirmək əzminin nəticəsidir. Azərbaycan Prezidentin rəhbərliyi altında bundan sonra da iqtisadi, diplomatik, enerji siyasəti, geosiyasət, dünyada söz sahibi olmaq kimi sahələrdə yeni-yeni uğurlara imza atacaq.(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

19-10-2023, 12:10

“Son 20 il Azərbaycanın dövlətçilik tarixinə hərtərəfli inkişaf dövrü kimi daxil olub” - ŞƏRH FOTO

Siyasət

4-03-2024, 14:21

Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir.

Siyasət

8-04-2023, 01:37

Sevinc Fətəliyeva: Yeni reallıqlar Azərbaycanın daha böyük uğurlar əldə etməsinə hədəflənib

Siyasət

7-03-2023, 22:20

Azərbaycanın növbəti diplomatik uğuru

Gündəm / Siyasət

15-10-2025, 06:11

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

Siyasət

26-04-2023, 20:04

Azərbaycan Ümummilli liderin gərgin əməyi sayəsində inkişaf etmişdir

Siyasət

10-03-2023, 20:17

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm nailiyyətlərə imza atır

Cəmiyyət

31-10-2023, 12:54

Azərbaycan özünün müstəqil enerji siyasətini həyata keçirir

Siyasət

10-07-2023, 15:13

Növbəti diplomatik nailiyyət

Ölkə

2-12-2023, 10:07

Möhkəm bünövrə

Cəmiyyət

11-04-2023, 19:15

Sədaqət Vəliyeva: Əsrə bərabər 5 il

Cəmiyyət

21-11-2023, 13:09

Yeni Azərbaycan Partiyası ötən 31 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçib

Araşdırma
Yetkinlik yaşına çatmayanları cinayətə sövq edənlər həbs olundular - VİDEO
QHT-lərin qanunsuz medal fəaliyyəti üzrə cinayət işləri məhkəməyə göndərildi
"Oleq Bakinski"yə amnistiya aktı şamil olundu: Konstantin Kuçerin işinə baxılacaq
GDRK direktorundan Bakunews.az-a hədə: Susdurma cəhdi, qanunsuz təyinatlar və kollecdə boykot təhlükəsi ETN-i bunada susacaqsız ? VİDEOFAKT
Gəncə Dövlət Regional Kollecində “kəsir pulu” qalmaqalı: İllik təhsil haqqı artırılıb, rüşvət tələbi iddiaları davam edir
Pənah Babayevin Serviz oyunu fiaskoya uğradı - Azyaşlı uşaqların sağlamlığı təhlükə altındadı...? VİDEO
Hadisə
18-01-2026, 12:00
Yanıq xəsarəti alan kişi xəstəxanada öldü
18-01-2026, 11:00
Şəmkirdə maşın ağaca çırpıldı - Ölən var
17-01-2026, 16:28
Naxçıvanda avtobus avtomobillə toqquşub, xəsarət alanlar var
17-01-2026, 14:23
Zaqatalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib - YENİLƏNİB
17-01-2026, 12:52
Metronun "20 Yanvar" stansiyasının platformasında bir nəfər ölüb
15-01-2026, 09:44
Qaxda qəza - Ölən və xəsarət alan var
Xəbər lenti
  • Bu gün, 12:39
    Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək endirilib
  • Bu gün, 12:24
    Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
  • Bu gün, 12:03
    Bakıda 220 saylı məktəb-liseydə rüşvət qalmaqalı. FAKT VƏ SƏSYAZILAR
  • Bu gün, 11:35
    Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin qurbanlarını yad edib
  • Bu gün, 11:30
    Zakir Fərəcov Samir Bədəlovu vəzifədən azad edəcək? -Video
  • Bu gün, 10:35
    İlham Əliyev Şəhidlər xiyabanını ziyarətinə dair videoçarx paylaşıb
  • Bu gün, 09:44
    “Auto City 057” salonu səkini zəbt edib-Sakinlər şikayətçidir-Video
  • Bu gün, 09:35
    Azərbaycan neftinin qiyməti ucuzlaşıb
  • Bu gün, 09:29
    Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
  • Bu gün, 09:10
    İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
  • Bu gün, 08:55
    20 Yanvar faciəsindən 36 il ötür
  • Dünən, 18:31
    Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
  • Dünən, 17:55
    Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi - VİDEO
  • Dünən, 17:46
    Sumqayıtda “qanun” kameraya görə işləyir - Fərəcovun "qoçu dəstə"ləri var? VİDEO
  • Dünən, 17:14
    Böyük ola bilməyən "velikoruslar" – Duqin və solovyovların sönmüş ulduzları - ŞƏRH
  • Dünən, 17:01
    Bakıda restoranda kuryoz olay: Söyüşə görə müştəriyə cərimə yazıldı
  • Dünən, 16:47
    İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü
  • Dünən, 16:41
    Məmurun əri həmin videosuna görə üzr istədi
  • Dünən, 15:53
    Tramp bu dəvəti Putinə də etdi
  • Dünən, 15:49
    Vəhdət Partiyası 20 yanvar şəhid ailələri ilə görüş keçirib - Onlar niyə milli qəhrəman olmadılar?
  • Dünən, 15:42
    20 Yanvar Faciəsinin 36-cı ildönümündə Xətai rayonunda Şəhid Ailələri və Əlillərlə Tədbir Keçirilib
  • Dünən, 15:37
    Prezidentlə xanımı İsveçrədədir - Fotolar
  • Dünən, 15:26
    Bakıda 3 dərəcə şaxta olacaq
  • Dünən, 15:16
    Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb
  • Dünən, 14:56
    Yasamalda DƏRƏ XƏLVƏT... TÜLKÜ BƏY... - Bir gecəyə obyekt tikdilər...
  • Dünən, 14:35
    Azərbaycanda əhalinin sayı açıqlanıb
  • Dünən, 14:24
    Elm və Təhsil Nazirliyində milyonlarla manatlıq maliyyə uyğunsuzluğu - Kim qaytaracaq?
  • Dünən, 14:12
    Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir
  • Dünən, 14:05
    Reyddə sahibkara qarşı münasibət müzakirə yaratdı - Video
  • Dünən, 13:44
    Ombudsman 20 Yanvarla bağlı bəyanat yayıb
  • Dünən, 12:55
    Xəlil Göyüşova 29 milyonluq tender verilib
  • Dünən, 12:31
    DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - VİDEO
  • Dünən, 11:55
    2 dəfə sökülüb, 3-cü dəfə tikilir – Binəqədidə işləyən neft quyusunun üstündə qanunsuz obyekt inşa olunur VİDEO
  • Dünən, 11:35
    Sabah Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 11:26
    Rektor təyinatından sonra suallar artır: Texnologiya Universitetində nə baş verir?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə