• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Ermənistan-Avropa İttifaqı dueti – İrəvanın saxtakarlıqlarına Brüsseldə tutulan züy - ŞƏRH

Siyasət

Bu gün, 16:40

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım edə bilmir. Bu azmış kimi, iki ölkənin bir-birinə yaxınlaşmasına, etibar və etimad etməsinə də mane olur. Rəsmi İrəvan da Aİ-nin mövqeyindən Azərbaycana qarşı dilə gətirə bilmədiyi hikkə və iddiasını reallaşdırmaq, yaxud rəsmi Bakıya təzyiq aləti olaraq yararlanmağa çalışır.

Bu il dekabrın 2-də Brüsseldə keçirilmiş Aİ və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclası zamanı imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəddə Azərbaycanla Ermənistan arasında sülh, normallaşma gündəliyinə zidd olan bir sıra məsələlər önə çıxarılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi həmin sənədi şərh edərək iki ölkənin münasibətlərinin inkişafına zərər vuran məqamlardan ciddi narahatlığını ifadə edib.

Bildirilib ki, növbəti 7 il müddətində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir və bu, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir edir.

Aİ Azərbaycan torpaqları işğal altında olduğu illərdə Ermənistanı tutduğu mövqedən çəkindirəcək açıqlama belə verməyib. Bu məsələni unutdurmağa çalışıblar. Onda Azərbaycan ərazisinin 20 faizi işğal altında idi, onun bir milyon vətəndaşı məcburi köçkün vəziyyətinə düşmüşdü. Həmin insanlar evlərindən geyim, hətta şəxsi sənədləri belə götürə bilməmişdi.

Bundan başqa, işğalçı Ermənistanın və havadarlarının birgə fəaliyyəti nəticəsində həmin ərazilərdə bütün tiklilər, o cümlədən tarixi-mədəni abidlər dağıdılmışdı. İşğal faktoru 30 ilə yaxın davam edib.

Ermənistan-Avropa İttifaqı dueti – İrəvanın saxtakarlıqlarına Brüsseldə tutulan züy - ŞƏRH

Bunlar hələ məsələnin bir tərəfidir. 1988-1992-ci illər ərzində Ermənistan vətəndaşı olan 300 minə yaxın azərbaycanlı bu ölkədən didərgin salınıb. Onların vətəndaşlıq, insan, mülkiyyət və başqa hüquqları pozulub, azadlıqları tapdanıb.

Ermənistan azərbaycanlılara milyardlarla dollar məbləğində ziyan vurub. Azərbaycan Baş Prokurorluğu və Xarici İşlər Nazirliyinin birgə məlumatına əsasən, 1988-ci ildən etibarən Ermənistanın işğalı nəticəsində Qarabağ və Şərqi Zəngəzurda faydalı qazıntı yataqlarından qanunsuz istifadə, eləcə də ekoloji terror nəticəsində ölkəyə 16,2 milyard manat məbləğində ziyan dəyib. Bundan əlavə, 6 şirkət işğal olunmuş ərazilərdə qanunsuz təsərrüfat fəaliyyəti həyata keçirərək Azərbaycana 306,8 milyon manat məbləğində ziyan vurub.

Məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 4 min 866 nəfər itkin düşüb, 100 min nəfər yaralanıb, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq sağlamlıqlarını itirib, 44 dini məb­əd, 18 məscid dağılıb, işğal altında qalan ərazilərdə 12 muzey və 6 şəkil qalereyası, tarixi əhəmiyyətli 9 saray yerlə-bir edilib, 40 min tarixi-etnoqrafik əhəmiyyətə malik eksponat işğalçı ölkəyə daşınıb. 927 kitabxanada 4 milyon 600 min nüsxə kitab və xüsusi əhəmiyyətli əlyazma nümunələri yandırılıb.

Beynəlxalq Qiymətləndiricilər Assosiasiyasının hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dollarından çox maddi ziyan vurulub.

Məlumata əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sənaye və kənd təsərrüfatı obyektləri də tamamilə sıradan çıxarılıb. Əkin sahələrinin müəyyən hissəsi işğalçı tərəfindən əkilib becərilərək əldə olunan məhsul he­sabına qazanılan böyük həcmdə vəsait mənimsənilib.

Yayılan hesabatlarda bildirilib ki, Qərbi azərbaycanlıların 1988-1992-ci illərdə baş vermiş sonuncu deportasiyası nəticəsində 200 nəfərdən çox azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib, 400-dən çox azərbaycanlı müxtəlif dərəcəli bədən xəsarəti alıb, 300-ə yaxın yaşayış məntəqəsindən azərbaycanlılar qovulub. Bu zaman onlara fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vurulub.

Bu kimi faktları Avropa İttifaqı ənənəvi olaraq diqqətə almır. Əksinə, Ermənistanın ona sırıdığı Azərbaycana qarşı klassik saxtakarlıqları "Strateji gündəlikdə" qeyd edib.

Sənəddə rəsmi Bakının Qarabağdakı ermənilərə reinteqrasiya təklifindən imtina edərək ölkədən könüllü olaraq çıxanlara "Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri" ifadəsi Azərbaycana qarşı qərəzə açıq-aydın nümunədir.

2023-cü il dekabrın 6-da Prezident İlham Əliyev ADA Universitetində "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" adlı Forumda bu məsələyə toxunaraq demişdi:

"İkinci Qarabağ müharibəsi bitəndən sonrakı dövrdə bizim təklifimiz çox aydın idi – Qarabağda yaşayan insanların iki seçimi var. Biri Azərbaycan vətəndaşları olmaqdır və biz bunun üçün hüquqi və təhlükəsizlik çərçivəsi yaradırıq. Yaxud yaşayış üçün başqa yer tapsınlar. Başqa seçim yoxdur. Digər seçim isə özlərinin hesab etmədikləri ölkədə yaşayış və işləmək üçün icazənin alınmasıdır. Bu seçimlər verilmişdi və təəssüflər olsun ki, bizim müraciətlərimiz və bəyanatlarımız lazımi şəkildə dəyərləndirilmədi".

Ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyadan imtina etməsi məsələsində Ermənistanın saxtakarlığı Baş nazir Nikol Paşinyanın İrəvanda "Orbeli Forumu"unda etdiyi çıxışdakı ziddiyyətdən görünür. O, reinteqrasiyadan imtina etmiş ermənilərin Qarabağa qayıtmasının sülh prosesinə təhlükə ola biləcəyi barədə tezisini təkrarlayıb: "Bu mövzunun müzakirəsi özü-özlüyündə təhlükəlidir, çünki münaqişənin ilkin parametrlərinə qayıtmaq deməkdir".

Deməli, Avropa İttifaqı və Ermənistan "Strateji gündəlikdə" məsələni müzakirə etməklə "münaqişənin ilkin parametrlərinə" qayıtmağı hədəfləyirlər. Bununla da rəsmi İrəvanla Avropa İttifaqı Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşmasına qarşı çıxır.

Başqa bir məqam isə Azərbaycanda hərbi cinayətlərdə ittiham edilən və hazıra Bakıda həbsdə olan ermənilərin əsassız müdafiəsidir. Onların 44 günlük müharibə zaman və ondan əvvəlki dövrlərdə Azərbaycan dövlətinə, onun ərazi bütövlüyünə, təhlükəsizliyinə qarşı çıxış və fəaliyyəti gizli deyil. Avropa İttifaqının bu kimi erməniləri müdafiəyə qalxması qurumun həmin separatçıların törətdikləri əməllərə ortaqlığının göstəricisidir. Çünki ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınan müstəqil bir dövlətə qarşı çıxış etmək, orada silahlı qruplaşma yaratmaq, terror fəaliyyəti ilə məşğul olmaq şəksiz cinayət əməlidir.

Bu məsələnin də həmin sənəddə vurğulanması rəsmi İrəvanla Brüsselin ortaq saxtakarlığının daha bir göstəricisidir. Ermənistan bu məsələni "Strateji gündəliyin" əsas mövzularından biri etməklə ənənəvi yalan, saxta əməllərindən əl çəkmədiyini nümayiş etdirib. Çünki həmin ermənilər Ermənistan dövlətinin, vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin birbaşa rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, qondarma qurumun fəaliyyətində iştirak ediblər.

Hazırda onların törətdikləri əməllər üzrə məhkəmə prosesi davam edir. Onlar təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, Azərbaycan türklərinə qarşı soyqırımı, əhalini məhvetmə, köləlik, əhalini deportasiya etmə və ya məcburi köçürmə, müharibə cinayətləri, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və başqa maddələr üzrə təqsirli bilinirlər.

Bu kimi cinayətlər və hərbi cinayətlərdə ittiham olunanların sözügedən sənəddə "əsir" kimi təqdim edilməsi və onların azadlığa buraxılmasının istənilməsi hadisələrin təhrifidir. Avropa İttifaqı bununla bu və başqa separatçıların əməllərinə haqq qazandırır. Onlar bununla həm də 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terror aktının təşkilində şübhəli bilinən keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyana da haqq qanadırmış olurlar.

Bu il avqustun 8-də a ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda sülh sazişi paraflanıb. Bu, regionda Qərblə Şərqi birləşdirən yeni layihələrin icrası, sülh, əməkdaşlıq, habelə, Türkiyə və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına təkandır.

Başqa sözlə, ABŞ-nin irəli sürdüyü təşəbbüs və iştirakçısı olduğu hadisələr Cənubi Qafqazla Mərkəzi Asiya və Avropanın inteqrasiyasına xidmət edir. Ancaq Avropa İttifaqının Ermənistanla imzaladığı "Strateji gündəlik" bu kimi fəaliyyəti, təşəbbüsləri əngəlləyir. Elə belə əməllərinə görə, ABŞ yeni Milli Təhlükəsizlik Strategiyasında Avropa İttifaqını az qala mənasız qurum olaraq təqdim edir.

Ona görə də bu qurumun fəaliyyətinə haqlı olaraq belə qiymət verirlər: "Aİ rəhbərliyi öz maraqlarına riayət etmir, öz ləyaqəti haqqında qayğılanmır. Korrupsiya qalmaqalları bu problemlərin sistemli xarakterini göstərir".

Bu baxımdan, "Gündəlik"lə Aİ yenə Ermənistanın strateji və taktiki saxtakarlığının qurbanına çevrilib. Əvvəlki hadisələrdən çıxış edərək təbii olaraq belə bir sual yaranır: Bu məsələdə də korrupsiya var?(Report)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

1-08-2024, 15:13

Türkiyə-Ermənistan birbaşa danışıqları – Ankaranın dəyişməyən mövqeyi - ŞƏRH

Gündəm / Siyasət

30-11-2024, 16:30

Ermənistanın “kompromisləri”: taktiki manevr, yoxsa aldatma cəhdi? - İNCƏLƏMƏ

Siyasət

14-01-2025, 14:59

ABŞ-Ermənistan strateji müttəfiqliyi – Vaşinqtonun Rusiyaya qarşı aləti - ANALİZ

Siyasət

9-08-2022, 14:46

Aİ səfiri: "Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi qəbul edilir" - MÜSAHİBƏ

Gündəm / Siyasət

18-01-2024, 10:55

MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı

Siyasət

12-02-2025, 10:26

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Gündəm / Cəmiyyət

18-12-2024, 13:02

Xəstəxana direktorunun qanunsuz əməllərindən prokurora şikayət edildi - İTTİHAM VAR...

Siyasət

4-12-2025, 16:16

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası - ŞƏRH

Araşdırma
Texniki filialında təmirsiz otaqlar, tələbələr soyuqdan donur, təhqir edilir – Gəncə Regional Kollecdə təhsil yoxsa səbr imtahanı?
"Azəriqaz"İB-də DƏRƏBƏYLİK: Sənədi olmayan obiyektə necə sayğac quraşdırılır?
KTN-də qalmaqallı təyinat gözlənilir – Korrupsioner məmur yenidən direktor olacaq?
"AKA BUSİNESS" MMC vətəndaşlara qarşı hansı dələduzluq metodundan istifadə edib?: Elmar Ağasoylu vəziyyətdən necə çıxır?
Ali Məhkəmə Müşfiq Atakişiyevin bacısı oğlu ilə bağlı qərar verdi
1,4 milyonluq işlə bağlı məhkəmə başa çatdı - Direktor və menecerlərinə hökm oxundu
Hadisə
Bu gün, 14:58
Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində mənimsəmə faktı üzrə cinayət işi açılıb
Bu gün, 10:36
Gəncədə dönərdən zəhərlənən 8 şagird evə buraxılıb - YENİLƏNİB
Bu gün, 09:53
Lerikdə avtomobil dərəyə aşıb, sərnişin ölüb
Dünən, 16:53
“Jasmin Park”da faciə: Usta 5 mərtəbədən yığılıb öldü
8-12-2025, 11:54
Yasamalda liftlərdən oğurluq edən şəxs saxlanılıb
7-12-2025, 12:00
Dəhşətli qəzada ölənlərin ikisi qardaşdır
Xəbər lenti
  • Bu gün, 18:37
    Amin Nuri qardaşını niyə öldürdü?- Təfərrüatları DANIŞDI
  • Bu gün, 18:18
    Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
  • Bu gün, 17:55
    Ədliyyə Akademiyasına yeni rektor təyin edilib
  • Bu gün, 17:47
    Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib
  • Bu gün, 17:39
    Bakının iki rayonunun qazı KƏSİLƏCƏK
  • Bu gün, 17:31
    “Olympus” MTK-nın sakinləri şikayətçidir: Həyətdə qızınmaq üçün tonqal qaladılar-Video
  • Bu gün, 17:12
    Kartına pul gələn işçilər sığorta ödəyəcək - EKSPERT
  • Bu gün, 17:01
    Nəsimi rayonunda səki belə zəbt olunur
  • Bu gün, 16:40
    Ermənistan-Avropa İttifaqı dueti – İrəvanın saxtakarlıqlarına Brüsseldə tutulan züy - ŞƏRH
  • Bu gün, 16:31
    Jurnalist yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
  • Bu gün, 16:29
    İcra başçısı 3 vətəndaşa qarşı məhkəmə davası açdı - Torpaq zəbti, ödənməyən arpa pulu...
  • Bu gün, 15:56
    Əlilliyi olan şəxslərin reabilitasiyasında dövlət icbari sığorta vəsaitindən istifadə olunacaq
  • Bu gün, 15:43
    Nazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu - Siyahı
  • Bu gün, 15:24
    Dərs vaxtı bu müəllimlərə məzuniyyət veriləcək
  • Bu gün, 15:09
    Aygün Əliyevanın “Rəfiqə qrantı” seriyasından...-FOTOLAR
  • Bu gün, 14:58
    Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində mənimsəmə faktı üzrə cinayət işi açılıb
  • Bu gün, 14:51
    "AKA BUSİNESS" MMC-nin əməkdaşlarından Baş Prokurorluğa MÜRACİƏT OLUNDU-ŞİKAYƏT
  • Bu gün, 13:11
    Millimizin rəqibləri bəlli oldu
  • Bu gün, 13:00
    İlham Əliyev Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisini qəbul edib
  • Bu gün, 12:34
    Bu məhsullar bahalaşıb
  • Bu gün, 12:21
    AAAF Park-ın sakinləri şikayətçidir: Liftlər işləmir
  • Bu gün, 11:50
    Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib
  • Bu gün, 11:36
    “Azərbaycan Dəmir Yolları” gömrük qaydalarını pozurmuş
  • Bu gün, 11:19
    Nazir: Azərbaycan mədəniyyəti ilə bağlı yeni yanaşmalar hazırlanır
  • Bu gün, 10:36
    Gəncədə dönərdən zəhərlənən 8 şagird evə buraxılıb - YENİLƏNİB
  • Bu gün, 10:13
    Gəncə Dövlət Universitetində dekanın montaj qalmaqalı – “Bu, həm etikaya ziddir, həm də cəmiyyətə hörmətsizlikdir” +FOTOFAKT
  • Bu gün, 09:53
    Lerikdə avtomobil dərəyə aşıb, sərnişin ölüb
  • Dünən, 20:36
    Kiberpolis Qarabağ–Ayaks oyununa qanunsuz bilet satan şəxslərə qarşı əməliyyat keçirib
  • Dünən, 19:40
    Texniki filialında təmirsiz otaqlar, tələbələr soyuqdan donur, təhqir edilir – Gəncə Regional Kollecdə təhsil yoxsa səbr imtahanı?
  • Dünən, 18:17
    Gizli oliqarx: Biznes, siyasət…. Ramin Əhmədovun ….
  • Dünən, 18:06
    Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
  • Dünən, 17:57
    Mingəçevirdi vətəndaşların istirahət hüququ pozulur
  • Dünən, 17:44
    Corat və Qobu qəsəbələrinin bəzi ərazilərində qaz olmayacaq
  • Dünən, 17:31
    “Melissa Group” sakinlərin həyatına təhlükə yaradır”
  • Dünən, 17:09
    Tramp: Avropa bir çox cəhətdən öz işinin öhdəsindən gələ bilmir
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə