• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Azadlıq uğrunda Fransa imperializminə qarşı - Korsikanın siyasi və tarixi mübarizəsi - ŞƏRH

Siyasət

8-07-2026, 18:24

Korsika Fransanın tərkibində muxtariyyət ala bilər. Bu gün Fransada ən çox müzakirə olunan mövzulardan biri budur. 2026-cı ilin iyun ayının əvvəlində Fransa parlementində bu mövzuya dair yeni layihə müzakirəyə çıxarılıb və Korsikaya məhdud muxtariyyət statusu verilməsini nəzərdə tutur. Layihəyə görə, Fransa Konstitusiyasına dəyişiklik ediləcək və bu zaman Korsikanın yerli kimliyi, tarixi, dili və mədəni irsi rəsmən tanınacaq. Amma strateji maraqlara aid olan sahələr hələ də mərkəzin, yəni Parisin nəzarəti altında qalacaq.

Bu islahat Fransa siyasi elitasında birmənalı qarşılanmayıb. Sağ görüşlü "Respublikaçı"ların fikrincə, layihə ölkənin unitar strukturunu təhlükə altına ala bilər. Sol görüş və liberallar, həmçinin Korskika təmsilçiləri isə dəyişikliyi bəyənir və müdafiə edirlər.

Senatın müqaviməti, layihənin uzun yolu

İyunun 23-də parlamentdə ilk oxunuşda qəbul edilən qanun layihəsini hələ uzunmüddətli və mürəkkəb bir prosedur gözləyir: Cari ilin oktyabr ayında Fransa Senatının süzgəcindən keçmək, hər iki palatanın (Konqresdə parlament və Senat üzvlərinin iclası) birgə iclasında 5-də 3 səs çoxluğu qazanmaq, tənzimləyici konstitusiya qanununu qəbul etmək və Korsika seçiciləri üçün keçiriləcək referenduma müsbət cavab almaq. Amma Senatda 131 yerə Respublikaçılar nəzarət edir və Mərkəzçi İttifaqın da bir qismi onlara qoşulur. Mərkəzçilərin digər qismi və sol görüş isə layihəni dəstəkləyir.

İyunun 29-da Demokratlar, Proqressivlər və Müstəqillər Birliyini təmsil edən 15 senator islahata "yaşıl işıq" yandırıb. Onların qənaətinə görə, Korsikaya geniş idarəetmə səlahiyyətlərinin verilməsi Fransanın suverenliyini zəiflətmir, əksinə, Parisin regiona olan siyasi etimadının göstəricisi kimi mərkəzi hakimiyyəti gücləndirir

Korsikanın əsrlərə dayanan mübarizəsi

Qeyd edək ki, bu gün Fransa parlamentinin gündəmini zəbt edən Korsika böhranı əslində adanın bir neçə əsrdir ki, davam edən azadlıq axtarışının növbəti mərhələsidir. Əsrlərlə müxtəlif imperiyaların hədəfi olan və uzun müddət Genuya əsarətində qalan ada 1755-ci ildə Paskuale Paolinin rəhbərliyi ilə öz konstitusiyasını qəbul edərək müstəqil respublika qurub. Korteni paytaxt edən, universitet və limanlar tikən bu gənc dövləti təkbaşına devirə bilməyəcəyini anlayan Genuya kömək üçün Fransanı adaya dəvət etdi. Aralıq dənizindəki itirilmiş nüfuzunu bərpa etmək istəyən Fransa Krallığı 1768-ci ildə bağlanan Versal müqaviləsi ilə adanın idarəçiliyini formal olaraq öz üzərinə götürdü. XV Lüdovikin 20 minlik ordusunun qanlı müqaviməti yatırmasından sonra Korsika rəsmən Fransaya ilhaq edildi, Paoli isə sürgünə getdi.

1789-cu ildə isə Fransa parlamenti fərman çıxararaq Korsikanın qeyri-müəyyən hüquqi statusuna son qoydu. Kral XVI Lüdovik tərəfindən təsdiqlənən sənədlə ada rəsmi olaraq Fransa imperiyasının ayrılmaz bir hissəsi elan edildi.

Demoqrafik böhran, Parisin assimilyasiya siyasəti

Yenixeberorg.com: 1962-ci ildə Əlcəzairin müstəqillik qazanmasından sonra yüzminlərlə fransız köçkünü adaya yerləşdirdilər. Bu, yerli xalqın etirazına səbəb oldu. Artan etiraz dalğası fonunda 1976-cı ildə adanın müstəqilliyi uğrunda silahlı mübarizə aparan Korsika Milli Azadlıq Cəbhəsi (FLNC) meydana çıxdı. Rəsmi Parisin bu assimilyasiya siyasətinə qarşı Korsikanın ziyalıları 1971-ci ildə manifest yayımladılar. Bu manifestdə fransız dilinin basıqısı "mədəni soyqırımı" adlandırıldı və yerli dilin xilası üçün hərəkətə keçildi. 1970-ci illərdə hərəkət radikallaşmağa meyyləndi və yerli etnik qrup özünü rəsmən müstəqil millət elan etdi. Bu dalğa Parisi müstəmləkəçi, fransız məmurları isə düşmən kimi xarakterizə edirdi. Məhz bu radikal dirənişin təzyiqi ilə 1980-ci illərdə adada Korsika Universiteti və yerli parlament (Assambleya) quruldu.

Mədəni mübarizə, dil uğrunda savaşlar

1980-ci illərin sonundan isə mübarizə başqa müstəviyə keçdi. Qurulan yerli parlament ana dilinin icbari tədrisini tələb etməyə başladı. Bununla belə, mərkəzi hökumətin fransız dilindən başqa hər hansı bir dilə rəsmi status verməsi bu gün də Fransa Konstitusiyasının fundamental prinsipləri ilə birbaşa ziddiyyət təşkil edir.

Korsikalılar mübarizəni daha da genişləndirərək, Avropa Şurası və Avropa Parlamentinin normativ sənədlərinə əsaslanmağa başladılar. 1992-ci ildə adanın müstəqillik tərəfdarlarını birləşdirən "Corsica Nazione" koalisiyası yerli parlamentdə Korsika dilinə fransız dili ilə bərabər rəsmi status verilməsini tələb etsə də, uğursuz oldu. 1997-ci ildə Fransa hökuməti "Azlıqların Dilləri üzrə Avropa Xartiyası"nı ratifikasiya etməkdən imtina etdi. Bu addım Korsikada bir sıra yerli siyasi təşkilatların kəskin etirazı ilə qarşılandı və 2000-ci illərdə nəticə verdi.

"Korsika Kompromisi", Parisin hüquqi fırıldağı

Rəsmi Paris Korsikaya münasibətdə müəyyən güzəştlərə getməyə məcbur oldu. Bu güzəşt "Korsika kompromisi" adlandırıldı və adaya iqtisadiyyat, təhsil, turizm və infrastruktur kimi sahələrdə daxili qanunları yerli şəraitə uyğunlaşdırmaq imkanı verən yeni bir muxtariyyət modeli təklif edildi. Hətta mərkəzi hökumət adadakı iki fərqli departamenti ləğv edərək vahid bir inzibati icma yaratmağa və konstitusiya islahatları aparmağa razı olduğunu bildirdi.

Fransa Milli Assambleyası 22 may 2001-ci ildə layihəni birinci oxunuşda bəyəndi və sənəd 22 yanvar 2002-ci ildə 2002-92 saylı rəsmi qanun kimi qüvvəyə mindi. Korsika millətçiləri bu addımı real islahatlar üçün kifayətsiz saysalar da, müxalifət bunu dövlətin parçalanmasına aparan təhlükəli bir başlanğıc kimi qiymətləndirdi. Lakin Senatorlar hökumətin tövsiyələrini gözardı edərək, adaya qanunvericilik səlahiyyətlərinin verilməsi və dil məsələsi ilə bağlı bəndləri tamamilə dəyişdirdilər.

Xüsusilə, dil tədrisini tənzimləyən 7-ci maddəyə düzəliş edilərək Korsika dilinin icbari deyil, yalnız könüllü öyrənilməsi təsbit olundu. Parisin rədd cavabına rəğmən, yerli parlament Korsika dili ilə fransız dilinin müştərək rəsmi statusunu daxili səviyyədə elan etdi. 2015-ci ildə Korsika assambelyasında idarəçilik millətçilərə keçdi. Millətçi qüvvələr adadakı Yuxarı və Cənubi Korsika adlı iki fransız departamentinin ləğvini tələb etməyə başladılar.

Korsika dilini sıxışdırma siyasəti

Vurğulayaq ki, Fransanın uzun illər davam edən assimilyasiya siyasəti nəticəsində Korsika dili gündəlik sosial həyatdan sıxışdırılıb. Mərkəzi hökumətin proqramına əsasən, adada yerli dildə 500 nüsxəlik cəmi bir gündəlik mətbu orqan fəaliyyət göstərir. Paralel olaraq isə bir neçə siyasi-mədəni jurnal dərc edilsə də, onların tirajları çox kiçikdir. Yerli əhalinin böyük qismi ana dilində oxumaqda çətinlik çəkir. Əsas informasiya fransızdilli qəzetlərdən əldə edilir. Televiziyada yerli dilə həftədə cəmi 40 dəqiqə vaxt ayrılır. Bəzi radiolar yayımın 40 faizini, bəziləri isə bütün yayımı Korsika dilində aparır.

Məhkəmə qadağaları, beynəlxalq öhdəliklərə barmaqarası baxış

2023-cü ilin martında Bastia İnzibati Məhkəməsi regional dövlət orqanlarında və parlamentdə Korsika dilinin işlədilməsini qadağan edən qərar çıxardı. Yerli rəhbərliyin apelyasiya şikayətinə baxan Marsel İnzibati Apelyasiya Məhkəməsi də həmin ilin noyabrında bu qadağanı qüvvədə saxladı. Beləliklə, Fransa məhkəmələri mərkəzi konstitusiyaya əsaslanaraq Korsika dilinin rəsmi siyasi müstəvidə istifadəsini tamamilə qanundən kənar elan etdi. Məhkəmə isə bu qərarını konstitusiyadakı "Respulikanın dili fransız dili olmalıdır" prinsipi ilə əsaslandırdı. Bu da öz növbəsində Korsikadakı siyasi rəhbərliyin ciddi etirazı ilə nəticələndi.

Korsika İcraedici Şurasının rəhbəri Jil Simeoni və Assambleya sədri xanım Mari-Antuanet Maupertius qərarın dil hüquqlarını qoruyan beynəlxalq və Avropa sənədlərinə tamamilə zidd olduğunu bəyan edərək məsələni Fransanın Dövlət Şurasına (Ali Məhkəmə) daşıyacaqlarını bildirdilər. Bu gün 150 mindən çox insanın danışdığı bir dili sıxışdırmaqla yerli xalqın mədəni varlığını zəiflətməyə çalışan Paris regional parlamentdəki siyasi debat və müzakirələrdə belə ana dilinin istifadəsini yasaqlayıb.

Korsikada yeni müqavimət dalğası, "Nazione" hərəkatı

Gözlənilənlərin əksinə olaraq, Parisin konstitusiya qadağasından istifadəsi və adanı milli kimliyindən qoparma cəhdləri müqaviməti daha da şiddətləndirdi. 2024-cü ildə fəallar Korsika Universitetində toplaşaraq "Nazione" adlı yeni siyasi hərəkat yaratdılar. Təşkilatın təsis qurultayında qəbul edilən qətnamələrdə Fransanın mərkəziyyətçi və assimilyasiyayönümlü siyasəti kəskin ittiham olundu. Yeni mübarizə dalğasının ideoloji xətti siyasi suverenliklə məhdudlaşmırdı. Onlar yeni Korsikanın qurulmasını sosial ədalət, iqtisadi müstəqillik və ekoloji məsuliyyət kimi fundamental prinsiplərlə bağlayırlar. Təşkilatın mövqeyinə görə, Parisin Korsikadakı idarəçiliyi müasir müstəmləkəçilik formasıdır. Bu gün adada aparılan süni demoqrafik dəyişiklər və assimilyasiya əslində mərkəzi hökumətin kolonialist siyasətinin iç üzüdür.

Fransanın iç üzü-siyasi repressiya dalğası

Bununla belə, beynəlxalq aləmdə özünü insan hüquqlarının qoruyucusu (Qarabağ separatçıları ilə bağlı mövqe), demokratiya hamisi kimi təqdim edən, tez-tez digər dövlətlərin daxili işlərinə qarışan (Qarabağ məsələsində olduğu kimi) Fransa bu yeni hərəkata qarşı sərt təqib dalğasına start verdi. "Nazione"nin iki fəalı həbs edildi və Borqu hərbi əsir düşərgəsinə yerləşdirildi. Parisin çirkin əməlləri bununla da bitmədi, həbs edilən şəxslər terrorçu elan edildi. Hələ bu da azmış kimi, Fransa xüsusi təyinatlıları fəalların evlərinə hücum edərək qapıları partlayıcılarla dağıtdı, azyaşlı uşaqların gözü qarşısında atalara ağır fiziki zor tətbiq etdi və mənzilləri darmadağın edərək uşaqların oyuncaqlarını qəsdən sındırdı. Siyasi repressiya dalğası hətta saxlanılan şəxslərin ailə üzvlərinə qədər çatdı. Onlar dindirilmək üçün polis idarələrinə aparıldılar.

Özünü bəşəri azadlıqların beşiyi kimi qələmə verən bir dövlətin daxildə uşaqlı ailələrin sığınacağına partlayıcılarla basqın etməsi mərkəzi hakimiyyətin siyasi riyakarlığını çılpaqlığı ilə ortaya qoyur. Bu amansız güc nümayişi Fransanın hələ də müstəmləkəçi təfəkkürdən qurtula bilmədiyini, öz idarəçiliyində saxladığı xalqların ən fundamental və toxunulmaz hüquqlarını belə kobudcasına tapdaladığını növbəti dəfə nümayiş etdirir.

Fransa polisinin bu gün də davam edən qanunsuz təqibləri və inzibati basqıları, əslində, Korsika xalqının iradəsini sarsıtmaq, azadlıq və müstəqillik tərəfdarlarını qorxu ilə susdurmaq məqsədi daşıyan ümidsiz bir cəhddir. Amma heç bir siyasi repressiya, həbs və ya təhdid dalğası Korsika xalqının əsrlərboyu qoruyub saxladığı milli mübarizə əzmini qırmağa, onu öz tarixi kimliyindən və torpağından qoparmağa qadir deyil. Paris nə qədər sərt inzibati qadağalara əl atsa da, Korsikanın azadlıq fəlsəfəsi bu gün mərkəziyyətçi imperiya təfəkkürünə boyun əyməyəcəyini və öz gələcəyini özü təyin edənə qədər bu sarsılmaz yürüşü davam etdirəcəyini bütün dünyaya nümayiş etdirir...

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

11-06-2026, 16:23

Korsikanın siyasi qələbəsi: Fransa yeni reallığı qəbul edir - ŞƏRH

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

27-11-2024, 13:40

Makron Fransası beynəlxalq hüququ pozur - Korsika dilini məhdudlaşdırır - ŞƏRH

Gündəm / Siyasət

18-01-2024, 10:55

MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı

Gündəm

5-04-2024, 20:55

Deputatlar bu gün nələri müzakirə etdi...

Gündəm / Cəmiyyət

13-01-2025, 16:32

Afrikadan qovulan fransızlar – SSRİ-yə oxşamağa başlayan Fransa - TƏHLİL

Gündəm / Siyasət

8-05-2024, 20:25

Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL

Gündəm / Cəmiyyət

21-06-2025, 12:35

Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri birinci oxunuşda qəbul edib

Gündəm / Cəmiyyət

1-11-2024, 16:09

SABİQ NAZİRİN “TENDER KRALI”NA ÇEVRİLƏN ŞİRKƏTİ... - Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur? -DE-FAKTO

Gündəm / Siyasət

4-05-2024, 11:21

Gürcüstan yenə çalxalanır-Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı? - TƏHLİL

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Araşdırma
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
Abşeronda qanunsuz tikinti iddiaları artır: Bu dəfə "SARAY H" MTK gündəmdə
“Pulumu qaytarmadılar, yenidən əməliyyat təklif etdilər” – Vətəndaş estetik əməliyyatdan şikayətçidir
Hadisə
Dünən, 10:57
Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
Dünən, 10:07
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
15-07-2026, 19:00
Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü
15-07-2026, 17:47
Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb
15-07-2026, 16:45
14 il şiddət görən qadının əri saxlanıldı
15-07-2026, 09:36
Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb
Xəbər lenti
  • Dünən, 23:35
    Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
  • Dünən, 19:00
    Orxan Məmmədli: Dini mövzularda xəbərlər cəmiyyətdə maraqla qarşılanır
  • Dünən, 18:30
    İran danışıqlar aparmaq niyyətində deyil
  • Dünən, 18:00
    Məscidlər yalnız ibadət yeri olmayacaq - açıqlama
  • Dünən, 17:30
    Sahibə Qafarova Fələstinin Baş naziri ilə görüşdü
  • Dünən, 17:08
    Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi”
  • Dünən, 16:56
    İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil - ŞƏRH
  • Dünən, 15:43
    Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq
  • Dünən, 15:24
    Bakıxanovda "Möcüzəvi Epidemiya"- Eyni anda quruyan ağaclar və daş hasarlar -VİDEO
  • Dünən, 15:10
    Azərbaycan, Türkiyə və Gürcüstandan keçən strateji obyektlərin müdafiəsi ilə bağlı təlim keçiriləcək
  • Dünən, 14:59
    “Buta Farm” dərmanları rütubətli yerdə saxlayırmış — RƏSMİ
  • Dünən, 14:52
    Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
  • Dünən, 13:06
    BMT: Benqal körfəzində iki qayıq batıb, 500-dən çox Rohinca qaçqını ölüb
  • Dünən, 12:50
    Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb
  • Dünən, 12:41
    ABŞ Zəngəzur dəhlizini icarəyə götürür
  • Dünən, 12:14
    Hakan Fidan: Rusiya-Ukrayna müharibəsinin Qara dənizə yayılmasını istəmirik
  • Dünən, 11:51
    Rəqabətsiz bazarda bahalı reklam - AZAL nəyi və kimə reklam edir?
  • Dünən, 11:40
    İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
  • Dünən, 11:15
    Dubayda milyonluq toy, İmişlidə ekoloji terror: Deputat ailəsinin böyük tender oyunları ifşası! VİDEO
  • Dünən, 10:57
    Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
  • Dünən, 10:26
    115 nömrəli məktəb Moskva univermağının yeni filialı elan edildi!!! -TƏFSİLAT
  • Dünən, 10:07
    Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
  • Dünən, 09:56
    Casusluqda ittiham olunurdu - İrandan çıxmasına icazə verildi
  • Dünən, 09:46
    Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb
  • Dünən, 09:36
    Beyləqanda pambıq "pripiska"sı – Azərbaycan pambıqçılığını iflasa aparan təhlükəli sistem…
  • Dünən, 09:27
    "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır
  • 15-07-2026, 22:11
    3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
  • 15-07-2026, 19:00
    Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü
  • 15-07-2026, 18:30
    Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək
  • 15-07-2026, 18:00
    Məcnun Məmmədov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
  • 15-07-2026, 17:47
    Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb
  • 15-07-2026, 17:40
    "Caspian Global Auto"dan şikayət - "Sifariş etdiyim avtomobil yoxa çıxdı, xəbərim olmadan başqa maşın alınıb"
  • 15-07-2026, 17:31
    "Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub
  • 15-07-2026, 17:22
    Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
  • 15-07-2026, 16:57
    Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə