• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Ləyaqət və şərəfi unutmuş Eldarın hekayəti: İran və Ermənistanın agenti Brüsseldə - TƏFƏRRÜAT - FOTO

Siyasət

20-08-2022, 15:00

Elementar paxıllıq, kin, küdurət və üstəlik də xəyanətin simbiozu özünü savadlı, təcrübəli və adekvat hesab edən insanların şüurunu belə, zəhərləyir. Sadalananlar yaşandıqda həmin insan potensial, hətta real hədəf seçdiyi subyektə qarşı kiçik dünyasında hücuma keçir, məqsədə çatmaq üçün özünü satışa çıxarır.


Bəşər tarixi göstərir ki, belə hallarda satılanın qiyməti çox ucuz olur və xəyanətə ödənən məbləğlər sərf edilən emosiyalarla zəhmətə bərabər olmur.

Amma xəyanətkar artıq işindədir və o, tədricən agentə çevrilir.

Azərbaycanın son illərdəki siyasi, diplomatik, geosiyasi və hərbi uğurları, xüsusilə də Vətən Müharibəsindən sonra Cənubi Qafqazda geosiyasi reallıqların dəyişməsi təbii ki, bölgədəki bəzi dövlətləri çox narahat edir.

Belə dövlətlər arasında şübhəsiz ki, ilk yerdə məğlub Ermənistan və təəsüflər olsun ki, illüzor geosiyasi dividentlər naminə ermənilərə öz "qırmızı cizgilər"i ilə ürək-dirək verən İran var.

Yaranmış vəziyyətdən bəhrələnməyə can atan agentlər isə, "sine dubio", İranla Ermənistanın maraqlarını təmin etmək üçün fəallaşıblar.

Onlardan biri haqqında bəhs edək.

... "Avropa İttifaqının fəaliyyəti əsasən Azərbayanla Ermənistana "səbrli və təmkinli olmaq"la bağlı çağırışlardan ibarətdir. Aİ üzvü olan Fransa təki bəzi dövlətlər Qafqazda daha fəal rol oynamaq istərdilər. Amma sərt güc olmadan bu, həddən ziyadə çətindir. Mümkün variant qismində ATƏT bayrağı altında Qarabağda gücün vardığı mümkün ola bilərdi. Lakin bunun üçün Qərb dövlətlərinin Rusiya ilə əməkdaşlığı, habelə avropalıların bölgəyə sülhməramlı yollamaq istəyi gərəkdir.



Hələlik bu şərtlərin heç birinin yerinə yetirilməsi real görünmür".

... Mövcud geosiyasi reallıqlarla yanaşı, faktları və ən başlıcası, dövlətlərin mənafeləri ilə beynəlxalq hüququ nəzərə almayan bu açıqlama erməniyə, yaxud Azərbaycana qarşı kəskin düşmənçilik mövqe tutan şəxsə məxsus sayıla bilər.

Belədir, amma həm də belə deyil.

Müəllifin soyadı "yan"la bitmir və o, erməni deyil.

Azərbaycan ərazisinə "ATƏT gücü" adı altında beynəlxalq kontingentin yeridilməsini və bu minvalla qarabağlı ermənilərin "hüquqlarının qorunması"nı təklif edən şəxs Eldar Məmmədovdur.

Latviya vətəndaşıdır. Dediyinə görə, latış, ingilis, eston və rus dillərini əla bilir.

Latviya Universitetində, daha sonra Madriddəki Diplomatiya Məktəbində təhsil alıb. Latviya XİN-in əməkdaşı olub, bu ölkənin ABŞ və İspaniyadakı səfirliklərində çalışıb.

2007-ci ildən bəri Avropa Parlamentinin xarici işlər üzrə komitəsində sosial-demokratların siyasi müşaviridir. Eyni zamanda, Avropa Parlamenti ilə İran, İraq, Ərəbistan Yarımadası və Şimali Afrika ölkələri arasında parlamentlərarası nümayəndə heyətinə başçılıq edir.

Bu "təcrübəli diplomat" Fridrix Ebert Fondunun nəşri olan "Beynəlxalq Siyasət və Cəmiyyət" (International Politics and Society, İPS) jurnalında dərc olunmuş "Dağlıq Qarabağı niyə unutmamalıyıq" (Why Nagorno-Karabakh shouldn't be forgotten) başlıqlı məqaləsində faktları dezinformasiya, gerçəkləri illüziya, mövqeni isə nifrət və iddialarla əvəzləyərək öz aləmində "Azərbaycan üzərinə hücum"a keçib.

Müəllif yazır: "Beləliklə, Azərbaycanla Ermənistan arasındakı fərqin azaldılması dayanıqlı sülhün əldə edilməsinin yeganə real yoludur. Bunun üçün Ermənistan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə modernləşdirməlidir. Məqsədə çatmaq üçün milli məqsəd ətrafında birləşmiş dövlətin daha az parçalanması, zaman və sərmayələr gərəkdir.

Azərbaycandan isə güzəştlərə getmək tələb olunur. Azərbaycan cəmiyyətində indi müharibədən yorğunluq müşahidə olunur, İkinci Qarabağ Müharibəsindəki qələbə ilə bağlı eyforiya azalır və yerini sosial-iqtisadi problemlərin yaratdığı narazılıq əvəzləyir. Rəsmi Bakının triumfal narrativlərinin əsası yoxdur. Bununla belə, qısamüddətli perspektivdə sülh ehtimalı azdır, çünki geosiyasi küləklərin əsirliyində olan rəsmi Bakı istənilən real diplomatiyanın zərərinə olaraq güc üstünlüyündən istifadə etməyə davam edəcək".



Göründüyü kimi, Eldar Məmmədov ölkəmizə "ermənilərlə dil tapmağı" məsləhət görür. Yəni Azərbaycan xalqı və dövləti 44 günlük İkinci Qarabağ Müharibəsindəki zəfərindən faktiki olaraq imtina etməli, hələlik müvəqqəti olaraq rusiyalı sülhməramlıların operativ-nəzarət arealında olan ərazilərdəki ermənilərin "maraq və mənafelərini bütünlüklə nəzərə almalı"dır.

Bu nə deməkdir?

Eldar Məmmədovun fikrincə, rəsmi Bakı Xankəndindəki terrorçu rejimi "tanımalı", Şuşanı və Hadrutu ermənilərə "qaytarmalı", İrəvanla Xankəndi arasında fasiləsiz və maneəsiz əlaqə üçün Laçın rayonunu praktiki qaydada ermənilərin nəzarətinə verməli, ən nəhayət, Azərbaycanın Xankəndi, Ağdərə, Əsgəran, Xocalı və s. kimi Rusiya sülhməramlı kontingentinin müvəqqəti kontrolundakı ərazilərdə ermənilərin "silahlı birləşmələri" adlanan terrorçu qrupların mövcudluğu ilə "barışmalıyıq".

Sadalananlar kollaborasionizm, təslimçilik yox, xəyanətdir və Azərbaycanın belə idiotik şərtlərlə razılaşacığın xəyal etmək belə, siyasi debilizm səviyyəsində olan davranışdır.

Fəqət Eldar Məmmədov primitiv düşüncəli, bisavad və təcrübəsiz adam deyil.

Tam əksinə, o, qarşısına qoyduğu məqsədlərə çatmaq üçün heç nədən çəkinməyən fərd, mənəviyyatsızlığı "rasionallıq", siyasi əxlaqsızlığı "praqmatizm", xəyanəti isə "situativ davranış" hesab edən, onu ləyaqətdən kənar əməldə ittiham edənlər isə imbesiz sayan yaramazdır.

Qayıdaq Eldar Mamedova, yəni Eldar Məmmədova.

1972-ci ilin dekabrın 13-də Latviyanın paytaxtı Riqada doğulmuş bu fərd bank sektorunda da işləyib, hətta "Parex Bank"ın Azərbaycandakı bölməsinin rəhbəri də olub.

Hazırda Brüsseldə yaşayan E.Məmmədov indi Avropa Parlamentinin latviyalı deputatı Andris Ameriksin köməkçisi olan Natalya Sısoyevanı boşayandan sonra de-yure "subay"dır, amma de-fakto eyni zamanda iki məşuqəsilə növbələşərək "qeyri-rəsmi nikah"dadır.

İPS-də dərc olunmuş məqalə Eldar Məmmədovun 13 ildən bəri Azərbaycana qarşı yönəlmiş fəaliyyətinin sadəcə, bir epizodudur.

Məsələn, hələ 2010-cu ildə o, "Hurriyet daily news"da güya "insan hüquqlarının müdafiəsi" müstəvisində "Türkiyə və Azərbaycanda azadlığın qara günləri" başlıqlı məqalə dərc etdirərək rəsmi Bakı ilə Ankaraya qarşı absurd ittihamlar irəli sürmüşdü.

Və ya başqa misal: 2020-ci ilin oktyabrın 2-də E.Məmmədovun "The American Conservative"da dərc olunmuş yazısında erməni işğalındakı ərazilərimizin azad edilməsinə yönəlmiş hərbi əməliyyatları "Azərbaycanın qəddar hücumu" adlandırılmışdı. Həmin yazıda ermənilərin "Azərbaycan ordusunun tərkibində suriyalı muzdlular da vuruşur" tezisi çox geniş şəkildə "inkişaf etdirilmişdi".

"Siyasi analitik", "siyasi müşavir", "peşəkar diplomat" və s. qismində özünü təqdim edən Eldar Məmmədov sadəcə, Ermənistana xidmət etmir.

O, artıq 15 ildir ki, İran İslam Respublikasının "əlahiddə maraq"larının keşiyində durur.





E.Məmmədovun İrana çalışmasının təməli 2007-ci ilin 22-25 iyun günlərində, onun İrana səfəri əsnasında qoyulub.

Bu adamı hələ Latviyanın XİN-də çalışdığı dönəmdə diqqətlə izləməyə başlamış İranın xüsusi xidmət strukturları Tehranda E.Məmmədovla "mübhəm müzakirə"lər apararaq onu faktiki olaraq ələ almağa nail olublar.

Məsələn, fasiləsiz olaraq "qatı liberalam, demokratam və sosialistəm" deyən E.Məmədov məntiqlə, İrandakı teokratik hakimiyyətin sərt əleyhdarı olmalıdır.

Lakin vəziyyət tam əksinədir - Eldar Məmmədov İranın Belçikadakı səfirliyinin daimi qonağıdır.

Bəhs etdiyimiz məqamlara görə, E.Məmmədovun aşkar "İran sevgisi"nə təccüblənmək gərək deyil.




Məsələn, İsrailin Azərbaycandakı səfiri Corc Dikin Təbrizlə bağlı sosial şəbəkələrdəki məşhur fləşmobuna cavab olaraq E.Məmmədov dahi şairimiz Nizami Gəncəvinin "fars mənşəyi" barədə Twitter-dəki akkauntunda paylaşım etmişdi.

İranın Brüsseldəki səfirliyinin Avropa Parlamentində Tehrana lobbiçilik etməyi Eldar Məmmədova həvalə etməsi də məhz buna görə rutin qərar sayıla bilər.

E.Məmmədov hazırda rəsmi Tehranla Avropadakı beynəlxalq siyasi araşdırma və təhlil mərkəzləri, fondları, cəmiyyətləri arasında vasitəçi rolunda çıxış edir.

Məsələn, bir müddət əvvəl o, Brüsseldəki Konrad Adenauer Fondunda iranlı və avropalı siyasətçilərlə ekspertlərin qapalı müzakirəsini təşkil etmişdi.

Eyni zamanda o, Avropa mediasında bilavasitə İran İslam Respublikasının maraqlarına xidmət edən yazılar və şərhlərlə çıxış edir, Qərbi İranla yeni əlaqələr qurmağa, İranın şərtləri əsasında "nüvə sövdələşməsi"ni reallaşdırmağa çağırır.

Bütün bunlarla yanaşı, o, əsas hədəfinin Azərbaycan olduğunu da gizlətmir.

Məsələn, 2021-ci ilin mayın 27-də İPS-də dərc olunmuş "Azərbaycanda niyə İsraili tənqid etmirlər?" məqaləsində o, Tehranın "Azərbaycanda İsrailin kəşfiyyat fəalliyyətinə imkanlar yaradır" tezisini Amazoniya kakadusu təki təkrarlamışdı.

2020-ci ilin iyulun 22-də dərc olunmuş "Responsible Statecraft" yazısında isə o, Azərbaycanı "bölgədən kənar dövlətlərin İraqa qarşı yönəlmiş proqramlarında yer almaq"da suçlamışdı.





Sanki həmin məqalə İrandakı bəlli mürtəce mollalardan və ya SEPAH generallarından birinin çıxışından iqtibaslar idi.

Eldar Məmmədov erməni "hami"lərinə xidməti də unutmur.

Məsələn o, Avropa İttifaqının Rusiyanın təbii qazına ciddi alternativ qismində Azərbaycandan alınacaq "mavi yanacağa" stavka etməsini ciddi səhv adlandırıb.

Tehrandakı bəlli strukturlarla yanaşı, ermənilərdən aldığı göstərişləri yerinə yetirən, bunu maliyyə "yardım"ları müqabilində edən Eldar Məmmədov fəaliyyətini genişləndirmək niyyətindədir.

Trivial deyim var - "iştah diş altındadır".

Görünür, alınan məbləğlər Eldar Məmmədova artıq az gəlir.\\milli.az

bakunews.az

Məqaləyə dair fotomateriallar:











Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

14-07-2022, 14:27

Prezident: "Cənubi Qafqazdakı yeni geosiyasi reallıq davamlı sülh və regional iqtisadi əməkdaşlıq üçün əlverişli zəmin yaradıb"

Siyasət

30-03-2023, 02:01

Fidan Hüseynova: Yeni geosiyasi reallıqlar

Cəmiyyət

16-09-2022, 13:52

Ermənistan səfərbərlik ELAN ETDİ: Düşmən böyük qüvvə ilə hücum PLANLAŞDIRIR

Siyasət

27-03-2023, 21:23

Fidan Hüseynova: "Əlaqələrin tarixi daha qədimdir"

Dünya

23-08-2022, 12:54

Bundan heç kimin XƏBƏRİ YOXDUR - Putindən və generalından başqa ...

Siyasət

1-09-2022, 10:25

Brüssel görüşündə Azərbaycan yenə istədiyinə nail oldu - Sahil Kərimli

Gündəm / Siyasət

7-01-2023, 18:16

Qərbin regionda təsir gücünü artırma cəhdi: "Keçirilən görüşlərin uğurla nəticələnməsi üçün vacib şərt..."

Cəmiyyət

1-09-2022, 17:06

Hayastanla Rusiya “qardaşlığının” 25 ili - zorən müttəfiqlik...

Dünya

11-09-2022, 10:45

“Ukraynanı Avropa İttifaqına qəbul etmək Avropa üçün şərəf olacaq”

Siyasət

8-04-2023, 01:37

Sevinc Fətəliyeva: Yeni reallıqlar Azərbaycanın daha böyük uğurlar əldə etməsinə hədəflənib

Siyasət

13-08-2022, 13:50

İran Azərbaycana qarşı çox təhlükəli OYUN OYNAYIR

Siyasət

25-08-2022, 20:31

Əliyev diqtə, Paşinyan icra edəcək: Putin İrəvana “Brüssel zərbəsi”ni bağışlamaz

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 10:30
Şəkidə maşın piyadaları vurdu - 1 ölü, 1 yaralı
Bu gün, 10:00
Xəzərdə zəlzələ oldu
Dünən, 13:30
Qəçrəşdəki restoranda 29 yaşlı oğlan öldü
Dünən, 12:21
Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb
Dünən, 11:37
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
24-07-2026, 16:39
Cari ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub
Xəbər lenti
  • Bu gün, 10:30
    Şəkidə maşın piyadaları vurdu - 1 ölü, 1 yaralı
  • Bu gün, 10:00
    Xəzərdə zəlzələ oldu
  • Dünən, 21:31
    Təbrik mətnini BNTV.az adından daha səlis və rəsmi üslubda təqdim edirəm.
  • Dünən, 19:00
    Yanğınlar Madrid ərazisindən 70 min nəfərin təxliyə edilməsinə səbəb olub
  • Dünən, 18:30
    Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlanıb
  • Dünən, 18:00
    İranda ABŞ "tam təslim olana" qədər zərbələri davam etdirməyə hazırdırlar
  • Dünən, 16:38
    Gürcüstan DTX kütləvi elektrik böhranındakı təxribat izini - Araşdırır
  • Dünən, 16:21
    Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq
  • Dünən, 16:04
    "Sədərək"də alver azalır: "Vəziyyət çox pisdir" (VİDEO)
  • Dünən, 15:29
    Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib
  • Dünən, 15:13
    Prezident Milix Yevdayevi təltif etdi
  • Dünən, 14:56
    Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib
  • Dünən, 13:30
    Qəçrəşdəki restoranda 29 yaşlı oğlan öldü
  • Dünən, 12:42
    Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq
  • Dünən, 12:31
    Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...
  • Dünən, 12:21
    Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb
  • Dünən, 12:12
    Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
  • Dünən, 12:02
    Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub
  • Dünən, 11:49
    "QoçƏt" biabırçılığı – İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!
  • Dünən, 11:37
    Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
  • Dünən, 11:25
    Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO
  • Dünən, 11:13
    Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq
  • Dünən, 11:02
    Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA: "Dövlətin pulsuz dərmanlarını satırlar"-VİDEO
  • Dünən, 10:13
    Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb
  • Dünən, 09:55
    Gəncədə raket zərərçəkənləri Prezident İlham Əliyevə müraciət edirlər: “Son ümidimiz Sizsiniz”
  • Dünən, 09:42
    Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq
  • Dünən, 09:34
    Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?
  • Dünən, 09:20
    Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB
  • Dünən, 09:02
    FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib
  • 24-07-2026, 19:00
    ETSN meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
  • 24-07-2026, 18:33
    Ərdoğan Şavkat Mirziyoyevi COP31-ə dəvət edib
  • 24-07-2026, 18:16
    İran Küveyt və Bəhreyni vurdu
  • 24-07-2026, 17:56
    “Space TV”nin bank hesablarına həbs qoyuldu
  • 24-07-2026, 17:49
    PVC xərək qalmaqalından sonra daha bir uyğunsuzluq - KTM-in saytı aylardır yenilənmir
  • 24-07-2026, 17:29
    Doktoranturaya qəbul imtahanının nəticələri açıqlandı
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə