• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Laçın necə işğal edilmişdi? – Polkovnik əsas səbəbləri göstərdi

Siyasət

20-08-2022, 19:40

"Laçının işğalının təşkilində daha fəal rol oynayanlar Seyran Ohanyan və bir neçə erməni hərbçisi ilə yanaşı, Yuri Zarviqorov idi".


bakunews.az teleqraf.com-a istinadən bildirir ki, 1992-ci ildə Laçının işğal edilməsi ilə bağlı Azərbaycan ordusunun ehtiyatda olan polkovniki və hərbi ekspert Üzeyir Cəfərov belə deyir.

Polkovnik 1992-ci ildə işğal edilmiş Laçın şəhərinin artıq tam ordumuzun nəzarətinə keçməyə yaxın olduğunu söyləyir:

"Ermənilər o qədər abırsızlaşıb və həyasızlaşıblar ki, burunlarından o tərəfi görməyə çətinlik çəkirlər. Ermənilər özlərinə o sualı verməlidirlər ki, 1992-ci ilədək Laçında kim yaşayıb? 1992-ci ildən sonra Rusiya, Suriya və Livandan orada yerləşdirilmiş ermənilər bu gün nə qədər istəyirlər, qışqırsınlar. Bu adamlar anlamalıdırlar ki, gəlib başqasının yurduna soxulublar. İndi də qayıdırlar ki, oradan çıxmayacaq. Qoy çıxmasınlar, əminəm ki, bir neçə günə Laçından çıxmaq üçün özləri vaxt istəyəcəklər. İndi Laçını yandırırlar, evləri sökürlər, meşələri yandırırlar - hər cür barbarlığı edirlər.

1990-cı illərin əvvəllərində hələ ordu tam formalaşmamışdı. O istiqamətdə özünümüdafiə taborları, bəzi hərbi hissələr vardı. Sadəcə onların maddi-texniki bazası imkan vermədi ki, biz Laçını, Şuşanı, Kəlbəcəri və digər yaşayış yerlərini düşməndən və ona havadarlıq edənlərdən müdafiə edək.

Ermənilər qürrələnməməlidirlər ki, bu əraziləri öz güclərinə ələ keçiriblər. Əsla belə deyil. O vaxt SSRİ-dən qalma Zaqafqaziya Hərbi Dairəsinin bölgədə olan hərbi hissələrinin muzdlu zabitləri hesabına üstünlük əldə etmişdilər. Həm PDM-lərdən, həm də tanklardan istifadə edərək, ərazilərimizi işğal etdilər.

İndi ermənilər Azərbaycana dil uzadırlar. Ermənilər unutmamalıdırlar ki, iki il əvvəl gizlənməyə yer axtarırdılar. İndi yenə "dilləri uzanıb", "müstəqillikdən" danışırlar. Bunlar boş sözlərdir".

Üzeyir Cəfərov vurğulayıb ki, Laçına və digər ərazilərə aidiyyəti olmayan ermənilər oradan çıxıb getməlidirlər, bunu Azərbaycan prezidenti də dilə gətirib:

"Getməyəcəkləri təqdirdə, nə edəcəyimizi bilirik. Bizim onlara ayırmağa boş vaxtımız yoxdur. Ermənilərin nə deməsindən asılı olmayaraq, yaxın vaxtlarda Laçın tam Azərbaycan Ordusunun nəzarətinə keçəcək və lazım olan mövqelərdə yerləşəcəyik. Artıq proses bu istiqamətdə gedir, Laçını tam şəkildə qəbul edəcəyik. Sadəcə olaraq, onların Laçındakı vandal əməlləri və meşələrdə qəsdən yanğın törətmələri bizə təsir edir. Hesab edirəm ki, bu əməlləri törədən ermənilər məsuliyyətə cəlb olunmalıdırlar.Yanmış evləri bərpa etmək olar, amma bu vəhşilər başa düşmürlər ki, meşələrin yandırılması təbiətə sağalmaz ziyan vururlar. Sən uçub Veneraya, Yupiterə getməyəcəksən, Azərbaycanla qonşuluqda yaşamağa məcbursan".

Üzeyir Cəfərov Laçının işğalında Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın oynadığı "rol"a da diqqət çəkib:

"Bəzi jurnalist dostlarımız bilərəkdən-bilməyərəkdən yazırlar ki, 1992-ci ildə SSRİ-nin 366-cı Alayı işğal prosesində fəallıq göstərib. 1992-ci ildə SSRİ yox idi. Seyran Ohanyan da həmin alayın tərkibində rota (bölük) komandiri olub. Onun komandiri isə rusiyalı polkovink Yuri Zarviqorov idi. O zamanı yaxşı tanıyıram. Onda Zaqafqaziya Hərbi Dairəsində xidmət edirdim, həmin dairənin Azərbaycan üzrə müxbir məntəqəsinin rəhbəri idim. Azərbaycan müstəqillik qazandıqdan sonra Müdafiə Nazirliyinə transfer edildim. Yəni o hərbi hissəni yaxşı tanıyıram.

Laçının işğalının təşkilində daha fəal rol oynayanlar Seyran Ohanyan və bir neçə erməni hərbçisi ilə yanaşı, Yuri Zarviqorov idi. Zarviqorov bu gün Rusiyada yaşayır. Əsas təşkilatçılar bu adamlar idilər. Pulların ödənilməsi, tank ekipajlarının, şəxsi heyətin formalaşdırılması və muzdluların toplanması kimi işlərə şəxsən Seyran Ohanyanın özü rəhbərlik edirdi. Məhz Seyran Ohanyan və digərlərinin xüsusi fəallığı nəticəsində bizim digər ərazilərimizlə yanaşı, Laçın da işğala məruz qaldı.

Dediyim kimi, bu prosesdə "ermənilərin qəhrəmanlığı"ndan danışmağa dəyməz, çünki onların təkbaşına Azərbaycan ərazilərini işğal edə biləcək gücləri olmayıb. Ermənilər yalnız Rusiya ordusu və muzdluların köməyi ilə bunu ediblər. Bizim ölkədə isə nizami ordu formalşamamışdı, siyasi sabitlik yox idi.

Muzdluları da təkcə bəzi keçmiş SSRİ ölkələrindən yox, Suriya, Livan və digər yerlərdən gətirmişdilər. Erməni millətçisi olan başkəsənləri də bu ölkələrdən gətirərək işğalçı müharibəyə cəlb etmişdilər. Erməni diasporu və lobbisi muzdluların toplanması üçün mütəşəkkil işləyirdi"

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

7-08-2022, 14:05

Ermənilər Laçını yandırmağa hazırlaşır - Aleksanyan

Cəmiyyət

15-08-2022, 11:22

Ermənilərin Laçında yandırdıqları evlər kimindir?

Siyasət

4-08-2022, 14:38

Sanosyan: "Laçın dəhlizinin Ermənistandan keçən hissəsi yazda hazır olacaq"

Cəmiyyət

12-08-2022, 11:04

Laçın şəhərində nə qədər erməni yaşayır?

Cəmiyyət

10-08-2022, 15:39

Laçından son görüntülər: Ermənilər şəhəri tərk edir-video

Cəmiyyət

29-08-2022, 13:57

Laçın şəhərindən yan keçən yeni yol haqda nə bilirik? – Ekspertdən detallar

Siyasət

13-08-2022, 13:10

Laçının deputatı: "Prezidentin qayıdış xəbərini verməsi bizim üçün böyük sevincdir, xoşbəxtlikdir"

Siyasət

18-08-2022, 13:37

Laçında ermənilər nə vaxtdan yaşayır? – Deputatın şərhi

Cəmiyyət

8-08-2022, 12:29

Ermənilər Laçını tərk etməyə başladı

Dünya

29-08-2022, 18:51

Xaçkarların sirri... – Erməni tarixçi soydaşlarının xəstəliyini lağa qoydu (VİDEO)

Siyasət

9-08-2022, 15:45

"Zabuxda işğaldan sonra qanunsuz məskunlaşma aparılıb" - Prezidentin köməkçisi

Cəmiyyət

11-08-2022, 12:47

Laçından çıxarılan ermənilər tarixi abidələrə belə ziyan vururlar

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 16:15
Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı
Bu gün, 12:53
“Rent a car” rəhbəri TUTULDU
Bu gün, 10:37
Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
Dünən, 18:18
Qusarda təcili yardım maşını qəzaya düşdü - Foto
Dünən, 10:29
FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib
Dünən, 09:20
Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb - YENİLƏNİB
Xəbər lenti
  • Bu gün, 16:59
    Marko Rubio Latın Amerikasının üç ölkəsinə səfər edəcək
  • Bu gün, 16:48
    Əli Vəliyev təhqirə görə cəzalandırıldı: 9 ay...
  • Bu gün, 16:28
    Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
  • Bu gün, 16:15
    Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı
  • Bu gün, 16:03
    Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
  • Bu gün, 15:46
    İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
  • Bu gün, 15:35
    “Bantik” Kosmetika işə satıcı götürür, yoxsa hambal? - İşçidən şikayət
  • Bu gün, 15:02
    Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edilib
  • Bu gün, 14:53
    Binəqədidə TİKİNTİ XAOUSU... DAVAM EDİR...
  • Bu gün, 14:36
    Naxçıvanda külli miqdarda qızılı Türkiyəyə keçirməyə cəhd edən qrup üzvlərinə hökm oxunub
  • Bu gün, 14:21
    Ağsuda sahibkara işıq da “qadağan” edildi? – 3-4 metrlik məsafə bəhanəsi ilə sayğac məsələsi gündəmdə
  • Bu gün, 14:14
    Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
  • Bu gün, 13:14
    Həmin toya hücumu araşdırırlar
  • Bu gün, 13:02
    Şənbə günü 35 dərəcə isti olacaq
  • Bu gün, 12:53
    “Rent a car” rəhbəri TUTULDU
  • Bu gün, 12:15
    DİM: 107 dövlət orqanında 391 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
  • Bu gün, 12:00
    QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir....
  • Bu gün, 11:36
    DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər
  • Bu gün, 11:27
    “Kayu” bağçasında 2 yaşlı uşağa şiddət iddiası – Foto
  • Bu gün, 10:48
    Rusiya Ukraynanın bir neçə logistika və liman infrastruktur obyektinə zərbə endirib
  • Bu gün, 10:37
    Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
  • Bu gün, 10:18
    Türkiyə, Gürcüstan və İraq din xadimləri Azərbaycana səfər edəcəklər
  • Bu gün, 10:03
    İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
  • Bu gün, 09:51
    “İxtisar” adı ilə işdən azad edildi və... - bu gün yaşamaq uğrunda mübarizə aparır...
  • Bu gün, 09:21
    Azərbaycan Premyer Liqası: IV tura bu gün start verilir
  • Bu gün, 09:06
    Kitabxana əməkdaşlarının attestasiyası narazılıq yaratdı... - İKT sualları niyə verilib?
  • Bu gün, 08:50
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • Dünən, 19:00
    Petr Pavel: Çexiya Ermənistanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır
  • Dünən, 18:30
    Səməd Seyidov və ATƏT PA-nın prezidenti Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər
  • Dünən, 18:18
    Qusarda təcili yardım maşını qəzaya düşdü - Foto
  • Dünən, 18:13
    "İşgüzar Kredit İttifaqı" MMC-də audit yoxlaması və ləğv - Qanunları pozub
  • Dünən, 18:04
    Azərbaycan ilə BP şirkəti arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
  • Dünən, 17:55
    “Gəncə İlməçi” ilə bağlı qalmaqal – İş adamları nəyi bölə bilmir?
  • Dünən, 17:38
    Qlobal arenada Yeliseyin azalan nüfuzu - Silah bazarında zəifləyən Fransa - ŞƏRH
  • Dünən, 17:27
    Elm və Təhsil Naziriliyində "Depot" sualı: 429 mindən 1,67 milyona necə çıxıldı?
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə