Sizin reklam burada 728×90
Son dəqiqə

Türkiyə XİN başçısı: "Ermənistan regionda əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir"

23.08.2022 13:06 467 1 dəq oxunur
Türkiyə XİN başçısı: "Ermənistan regionda əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir"
“Xüsusi nümayəndələrin vəzifəsi Türkiyə ilə Ermənistan arasında münasibətlərin mərhələləli şəkildə normallaşmasıdır”.

bakunews.az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib.

“İndiyədək etimad mühitini təmin edən bəzi addımlar atılıb. Amma bu prosesi Azərbaycanla Ermənistan münasibətlərindən ayrı təsəvvür edə bilmərik. Cənubi Qafqazdakı əsaslı sabitlik həmin dövlətlərin imzaladığı müqavilə nəticəsində təmin ola bilər. Ermənistan regionda əməkdaşlıq istəyib-istəmədiyini konkret deməlidir”, - o bildirib.

“Sonuncu seçkilərdə Ermənistan xalqı baş nazir Nikol Paşinyana çox ciddi dəstək verdi. Diaspora sığınmağa ehtiyac yoxdur. Biz deyirik ki, gəlin, Cənubi Qafqazı əməkdaşlıq platformasına çevirək. Bu zaman hər kəs, o cümlədən də Ermənistan qazanar” - nazir vurğulayıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az