Sizin reklam burada 728×90
Son dəqiqə

Kasım-Jomart Tokayev: Ərazi bütövlüyünü Zəfərlə bərpa edən Azərbaycan inkişafının yeni dövrünə qədəm qoyub

24.08.2022 19:35 572 1 dəq oxunur
Kasım-Jomart Tokayev: Ərazi bütövlüyünü Zəfərlə bərpa edən Azərbaycan inkişafının yeni dövrünə qədəm qoyub
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq ərazi bütövlüyünü Zəfərlə bərpa edən Azərbaycan öz inkişafının yeni dövrünə qədəm qoyub.

bakunews.az azertac-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında bildirib.

Bu işdə Azərbaycanın milli lideri, Prezident İlham Heydər oğlu Əliyevin çox böyük şəxsi xidmətlərinin olduğunu söyləyən Kasım-Jomart Tokayev qeyd edib: "Fürsətdən istifadə edib bir daha qeyd etmək istərdim ki, Azərbaycan bu gün Sizin güclü rəhbərliyinizlə öz inkişafında nəzərəçarpacaq nəticələrə nail olur, biz Sizin ölkənizdə bu tendensiyaları müşahidə edir və buna ürəkdən sevinirik".

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az