• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Şuşanı Arzumanyan satmayıb, Ordumuz azad edib - Düşmənin yeni yalanı

Siyasət

6-09-2022, 13:09

Ermənilər "satqın" tapmaqla həm Şuşanın guya erməni torpağı olması barədə sərsəm iddiaları gündəmə gətirməyi hədəfləyir, həm də...



Qarabağ separatçı ordusunun keçmiş komandanı Mikael Arzumanyan yenidən həbs edilib. Bu barədə sentyabrın 1-də onun vəkili Yerem Sərkisyan sosial şəbəkələrdə məlumat verib.

Bir neçə gün əvvəl mətbuatda Mikael Arzumanyanın Xankəndidən Ermənistana gedərkən həbs olunduğu barədə xəbərlər yayılmışdı. 44 günlük müharibə zamanı "müdafiə naziri" postunu tutan general Arzumanyan "şəhərin itirilməsinə və çoxsaylı insan tələfatına səbəb olan Şuşa uğrunda gedən döyüşlərdə səhlənkarlığa, qətiyyətsizliyə və peşəkarlıq göstərmədiyinə görə'' həbs edilib.

Qeyd edək ki, Arzumanyan bu "mövqeyi"ni müharibənin bitməsinə 12 gün qalmış sələfi general Cəlal Arutyunyan Azərbaycanın pilotsuz təyyarəsinin hücumu nəticəsində "fəaliyyətdən kənarlaşdırıldıqdan" sonra alıb. Arzumanyanı həbs edən Ermənistan İstintaq Komitəsinin bununla bağlı açıqlamasında deyilir: "2020-ci il 30 oktyabrdan 9 noyabra qədər Şuşa və ətraf rayonların müdafiəsini təşkil edərkən general-leytenant Mikael Arzumanyan öz vəzifə borcuna qarşı səhlənkar münasibət göstərib. Vəzifələrini ya lazımi qaydada, ya da ümumiyyətlə, yerinə yetirməməsi ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub. Nəticədə düşmənin silahlı qüvvələri Şuşanı və onun ətraf ərazilərini tam nəzarətə götürüb, "müdafiə ordusu"nun bölmələri itkilər verib və yaralılar olub".

Yəni Ermənistan İstintaq Komitəsi belə qənaətə gəlib ki, sadəcə, qondarma qurumun "müdafiə naziri"nin "ehtiyatsızlığı" səbəbindən Şuşa Azərbaycan Ordusu tərəfindən azad edilib.

Arzumanyana qarşı ittihamda qeyd olunur ki, guya o, ixtiyarında olan 650 nəfərlik və 365 nəfərlik erməni hərbi bölmələrini Şuşanın müdafiəsinə vaxtında və düzgün şəkildə cəlb etməyib. Nəticədə Şuşanın müdafiəsində sağ cinah açıq qalıb, onun Daşaltı istiqamətində yerləşdirdiyi bütöv bir batalyon isə Azərbaycan Ordusunun mühasirəsinə düşüb və böyük itkilər verib.


Məlumat üçün bildirək ki, 1973-cü ildə Xankəndidə doğulmuş Arzumanyan 1999-cu ildə İrəvan Universitetini bitirib və 2000-2004-cü illərdə Rusiyada hərbi təhsil alıb. O, 2019-cu ildə qondarma qurumun "müdafiə naziri"nin müavini təyin olunsa da, 44 günlük müharibədən az əvvəl - 21 iyun 2020-ci il tarixdə bu "vəzifə"dən azad edilib. Lakin "nazir" Calal Arutunyan Azərbaycan Ordusu tərəfindən öz maşınında partladıldıqdan və sıradan çıxarıldıqdan sonra oktyabrın 27-də Arzumanyan onun yerinə təyin olunub və "general-leytenant" rütbəsi alıb.

Arzumanyanın, yaxud başqa birisinin Şuşanın itirilməsinə görə günahlandırılaraq həbsə atılması, sadəcə, Ermənistandakı hakimiyyət çəkişməsinin, siyasi oyunların tərkib hissəsidir. Əlbəttə ki, Şuşanı Arzumanyan və onun kimi qorxaq komandirlər satmayıb, Azərbaycan Ordusu hərb tarixinə düşəcək şücaəti ilə azad edib. Ermənilər isə Arzumanyan kimi "qurbanlıq" tapmaqla həm Şuşanın guya erməni torpağı olması barədə sərsəm iddiaları gündəmə gətirməyi hədəfləyir, həm də qorxaqcasına məğlub olduqlarını etiraf etmək istəməməkdən qaynaqlanır.

Hərbi ekspert Üzeyir Cəfərov "Yeni Müsavat"a deyib ki, bu, ermənilərin növbəti yalanıdır: "44 günlük müharibədə tərifini göylərə qaldırdıqları ordularının darmadağın edilməsini yalanlarla gizlətməyə çalışırlar. İndi də bekar qalıblar, Şuşa ilə bağlı yalanlar uydururlar. Şuşada bunlar müqavimət göstəriblər, lakin ordumuzun qabağında, əsgərimizin əzmi qarşısında tab gətirməyib darmadağın ediliblər, sağ qalanları da qaçıblar. Bunu özləri də gözəl bilirlər, sadəcə, yalan uydurmaqda bunların tayı-bərabəri yoxdur. Arzumanyanın həbsi də daha çox siyasi məsələdir, hansına ki, biz qarışmasaq yaxşıdır".

Hərbi ekspert Ramil Məmmədli "Yeni Müsavat"a deyib ki, ermənilərin bu yalanı daha çox daxili auditoriya üçün ortaya atılıb: "İllərlə özlərini inandırıblar ki, döyüş qabiliyyətli orduları var. 44 günlük müharibə erməni ordusunun əsl vəziyyətini ortaya qoydu. Şuşada darmadağın edilmələrini unuda bilmirlər. İgid Azərbaycan əsgərinin qarşısında tab gətirə bilmədiklərini açıq etiraf edə bilmirlər. Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Şuşa hətta səyahətçilər üçün də çətin keçilən relyefə malikdir. Hərbi baxımdan isə şəhər 3 tərəfdən sıldırım qayalıqla əhatə olunduğu üçün praktiki olaraq alınmaz qaladır. Azərbaycan Ordusu üçün vəziyyəti mürəkkəbləşdirən həm də bu idi ki, düşmən qoşunları Şuşanı şimaldan, Xankəndi istiqamətindən, şərqdən Xocavənd istiqamətindən və qərbdən Laçın istiqamətindən nəzarətdə saxlayırdı. Azərbaycan Ordusunun irəlilədiyi cənub istiqamətinə isə Ermənistan hərbi rəhbərliyi özünün ən elitar, döyüş qabiliyyətli hissələrini döyüşə atmışdı. Bununla belə, düşmən hərçənd öz diqqətini Xankəndi və Daşaltı istiqamətindən şəhərin müdafiəsinə yönəltsə də onun əsas qüvvələri şəhərin mərkəzində cəmləşmişdi. Şuşanı minlərlə erməni əsgəri, onlarla vahid artilleriya və zirehli texnika qoruyurdu. Şəhərin bu cür güclü qorunması onun strateji əhəmiyyəti ilə bağlı idi, Şuşadan az qala Qarabağın bütün dağlıq hissəsini nəzarətdə saxlamaq mümkündür. Bunu erməni hərbi rəhbərliyi də yaxşı bilirdi. Azərbaycan Ordusunun dayanmadan Şuşaya tərəf irəlilədiyi aydın olanda dünyanın aparıcı hərbi ekspertləri bu istiqamətdən şəhərin alınmasının mümkün olmadığı haqda proqnozlar səsləndirirdilər. Deyirdilər ki, hətta ən maksimal səylərlə belə şəhər uğrunda 2-3 ay döyüşlər aparmaq lazım gələcək. Amma nə baş verdi? 2020-ci il noyabrın 5-də Azərbaycan Ordusu bilavasitə şəhərdəki erməni mövqelərinə artilleriya zərbələri endirməyə başladı, nəticədə yüngül silahlı xüsusi təyinatlılarımız Şuşanın girişinə qədər irəliləyə bildi. Düşmən üçün tamamilə gözlənilməz idi ki, xüsusi olaraq bu cür döyüşlər üçün hazırlanmış Azərbaycan döyüşçüləri alpinistlər kimi sıldırım qayalıqlara dırmaşaraq hücum edirdi və şəhərə daxil olurdu. Şuşanın içərisində şiddətli şəkildə yaxın məsafədən, hətta əlbəyaxa döyüşlər başladı. Yenilməz Azərbaycan əsgərləri misli görünməmiş igidlik göstərərək noyabrın 7-də şəhəri tam nəzarət altına aldılar. Şəhərdən geri çəkilən düşmən qüvvələri çox ağır itkilər verdi. Düşmənin şəhəri yenidən ələ keçirmək cəhdləri onun itkilərini daha da artırdı, bu vaxt artıq şəhərə Azərbaycan Ordusunun əlavə qüvvələri yeridilmişdi və onlar düşmənin bir neçə əks-hücumunu dəf edərək Şuşada möhkəmləndilər. Bunları yaddaşı dayaz erməni propaqandaçıları üçün xatırlatdım ki, yaddaşlarını təzələyim".

Hərbi ekspert deyir ki ermənilərin dezinformasiya yayaraq real mənzərəni manipulyasiya etmək siyasəti hər zaman olub, bu gün də davam edir: "Hərbi müstəvidə müharibə bitə bilər, lakin informasiya müharibəsi bitməyib, əksinə, daha da qızışıb. Müharibə dövründə, müharibədən sonra ermənilərin yalan məlumatlar yaymasının şahidi olmuşuq. Bu da növbəti yalanlarıdır. Bu dezinformasiyaların yayılmasının iki başlıca səbəbi vardı: Birincisi, daxili auditoriyada ruh yüksəkliyi yaratmaq; ikincisi, Azərbaycan ictimaiyyətinə psixoloji təsir göstərmək. Öz daxili auditoriyalarını aldada bilərlər. Amma Şuşanın alınması göz qabağında olub. Erməni işğalçı ordusuna Qarabağda tutulan divan və Şuşanın azad edilməsi dünyanın hərb tarixində nadir hadisələrdəndir. Dünyanın müxtəlif ölkələrindən hərbi ekspertlər təsdiq edirlər ki, Şuşa əməliyyatı müstəsnadır və dünya hərb tarixində qalacaq, eləcə də hərb elminə dair dərsliklərə salınacaq. Ermənilər arzumanyanları həbs etməkdə olsunlar..."\\milli.az


bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

31-07-2022, 17:15

44 günlük müharibədən bir gün öncə 100 zabitlə əyləncə təşkil edən polkovnik həbs edildi

Hadisə / Bölgə

31-01-2023, 21:12

Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edilib - FOTO

Cəmiyyət

12-08-2022, 13:00

Ölkədən qaçdığı deyilən gömrük polkovniki işdən çıxdı

Cəmiyyət

13-08-2022, 15:51

Xocalı qatili erməni general öldü

Dünya

13-08-2022, 17:24

Masaj seansında ŞOK OLAY - FOTO

Siyasət

13-09-2022, 13:07

Zakir Həsənovla Hulusi Akar arasında telefon danışığı oldu

Dünya

23-03-2023, 00:19

Ərdoğan zəlzələdə dağılan binalara görə həbs olunanların sayını açıqladı

Gündəm / Cəmiyyət

4-07-2022, 17:32

Gömrük general-mayoru Ehtiram Xəlilovun kürəkəni də həbs olunubmuş

Cəmiyyət

28-08-2022, 16:07

Şəhid Babək Allahverdiyev

Ölkə

3-02-2023, 22:42

4 general-polkovnikdən sonra bu ordeni alan Vasif oldu

Dünya

10-08-2022, 13:55

Pedofil keşiş həbs edildi

Siyasət

4-09-2022, 10:21

“Hindustan Times” Azərbaycan Ordusunun Qarabağ müharibəsindəki gücündən yazıb

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Dünən, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
23-09-2026, 10:45
Yemək vermədiyi üçün arvadını bıçaqlayan ər - Sərbəst buraxıldı
Xəbər lenti
  • Dünən, 19:00
    Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
  • Dünən, 18:51
    İlham Əliyev üç rayona başçı təyin etdi
  • Dünən, 18:41
    Bir səs susdu, izi qaldı – Əvəz Zeynallıya vida
  • Dünən, 18:30
    Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
  • Dünən, 18:00
    Dünya Bankı: ASCO Orta Dəhlizin Xəzərdə fasiləsiz fəaliyyəti üçün fider gəmilərinin sayını artırmalıdır
  • Dünən, 17:19
    Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən, 16:59
    Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
  • Dünən, 16:48
    Agentlik Abid Şərifovun şirkəti ilə 9 milyonluq RAZILAŞMA İMZALADI
  • Dünən, 16:32
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dünən, 16:14
    158 saylı məktəbdə qalmaqal:direktor öz kabinetində…
  • Dünən, 15:54
    Ukraynanın Milli Elmlər Akademiyasının binası reaktiv dronla vurulub
  • Dünən, 15:43
    Naxçıvanın miqrasiya rəisi qadının evini zorla əlindən alır - BU NƏDİ BELƏ?
  • Dünən, 15:06
    Türkiyə Milli Müdafiə Nazirliyi "Birliyin gücü - 2026"dan maraqlı görüntülər paylaşıb
  • Dünən, 14:56
    Binəqədi rəsmən SAHİBSİZ QALIB... - NARAZILIQ VAR...
  • Dünən, 14:42
    Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ
  • Dünən, 13:08
    Nazirlik “Bravo”dan 58 min manata 3 ədəd stend icarəyə götürəcək - DETALLAR
  • Dünən, 12:50
    Xarkova endirilən zərbələr nəticəsində 10-u uşaq olmaqla 29 nəfər yaralanıb
  • Dünən, 12:45
    Məhkəmə-Tibbi Ekspertizada “kreslo savaşı”: Cavid Cahangirov Ədalət Həsənovun postuna göz dikib?
  • Dünən, 12:02
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
  • Dünən, 11:38
    İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
  • Dünən, 11:10
    Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM
  • Dünən, 10:58
    Rusiyalı turistlərin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda MACƏRASI - "ÇYORT POBERİ"
  • Dünən, 10:36
    Bakıda iki yolun kəsişməsində yeni tunel inşa ediləcək
  • Dünən, 10:13
    Hövsanda məktəb skandalı: Sinif rəhbərinin təzyiqindən sonra 8-ci sinif şagirdi evə qayıtmadı
  • Dünən, 09:36
    Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
  • Dünən, 09:34
    "TTY-nin Mərkəzi Klinika ilə nə işi var?" - HƏQİQƏTƏN DƏ...
  • Dünən, 09:02
    Yasamal və Nizami rayonlarının bir sıra ərazilərində bu gün işıq olmayacaq
  • 27-09-2026, 16:38
    ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
  • 27-09-2026, 16:18
    “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil edib FOTOLAR
  • 27-09-2026, 15:00
    Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
  • 27-09-2026, 14:00
    Sent-Vinsent və Qrenadinlərdə atışma nəticəsində 4 nəfər ölüb
  • 27-09-2026, 13:30
    Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir
  • 27-09-2026, 13:00
    Rusiya və ABŞ hərbi süni intellektlə bağlı əsas məhdudiyyətləri sənəddən çıxarıb
  • 27-09-2026, 12:00
    Günün qoroskopu: ​Sevgi həyatınız stabil görünmür
  • 27-09-2026, 11:21
    2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik” mövzusunda panel sessiya keçirilib FOTOLAR
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə