Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycanın Baş naziri ukraynalı həmkarını təbrik edib

24.08.2023 12:53 337 1 dəq oxunur
Azərbaycanın Baş naziri ukraynalı həmkarını təbrik edib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Ukraynanın Baş naziri Denis Şmıqala ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda Azərbaycan və Ukrayna xalqları arasında əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələrinin mövcud olduğu vurğulanıb.
Qeyd olunub ki, məhz bu möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur.

Azərbaycan-Ukrayna ənənəvi dostluq münasibətlərinin və səmərəli əməkdaşlığının xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az