• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

EKSPERT EMİN MİRZƏLİ: “Təhsil Sektoru, boş və amorf bir qurumdur”

Təhsil

26-03-2024, 13:24

Tanınmış astaralı gənc alim, təhsil eksperti Emin Mirzəli mediaya yeni müsahibə verib. Artıq ənənəviləşən və ildə 1 dəfə üçün verilən hesabat mahiyyəti daşıyan müsahibədə, Astara və cənub təhsili, yeni təhsil müdirinin gəlişi və bəzi dəyişikliklər barədə, həmçinin ümumi təhsil sistemi barədə maraqlı və orijinal fikirlər yer alır. Heç kəsin demədiklərini deyən Emin bəyin yeni müsahibəsi də, düşünürük ki, cəmiyyətimiz və mediamız üçün maraqlı və dəyərli olacaqdır.

Astara və cənub təhsilində maraqlı tendensiyalar davam edir. Belə ki, payızda, dərs ilinin ortasında Astara təhsil sektoru müdiri və Lənkəran-Astara regional idarə müdiri istefa verib getdikdən sonra, rayonun və bölgənin təhsili aylarca başsız qaldı. Yalnız dekabr ayında LARTİ rəhbəri vəzifəsinə nəhayət ki, təyinat həyata keçdi. Şəki-Zaqatala regional müdirliyindən azad edilən Bəhruz Mehdiyev ucqarda yerləşən cənub regionuna rəhbər təyin olundu.

Onun artıq bəzi dəyişikliklərə getməsi barədə cənub bölgəsindən məlumatlar gəlir.

Astara və cənub təhsilində son baş verən dəyişikliklərlə bağlı tanınmış ekspert, astaranın gənc alimlərindən olan Emin Mirzəlinin fikirlərini öyrəndik.


-Emin bəy, sonuncu dəfə iyul ayında mediaya verdiyiniz intervyuda çox iddialı açıqlamalar və şok proqnozlar vermişdiz. Astara və region təhsili ilə bağlı demişdiz ki, LARTİ rəhbəri Elxan Nəcəfov çox qala bilməyəcək. Bu proqnozdan cəmi bir neçə həftə sonra olduqca qəribə olaylar baş verdi; avqust ayında Elxan bəy müdirlikdən vəkalətən ayrıldı, rəsmi sənədlərdə LARTİ adından verilən cavablarda “müdir müavini Rəhimli Rəhimov” imzası peyda olmağa başladı. Sonra isə oktyabr ayında Elxan Nəcəfovun işdən getdiyi barədə məlumat verildi...

Sizcə bu, nə demək idi? Elxan Nəcəfov necə oldu ki, cəmi 1 il sonra və üstəlik də dərs ilinin ortasında “getdi”?

Elxan Nəcəfov, fikrimcə, burda “taktika” işlətdi; avqust ayında artıq o faktiki vəzifədən getmişdi, sadəcə olaraq, özünə yeni vəzifə hələ tapa bilməmişdi deyə, istefasını açıqlaya bilmirdi ki, “qovulması” təəssüratı yaranmasın. Görünür ki, imici çox korlandığı üçün Elm və Təhsil Nazirliyində hansısa bir vəzifə tapa bilmədi və uzaq Naxçıvana üz tutdu.

Getməsinin səbəbinə gəlincə; biz keçən ilin əvvəlindən bəri, onun qarşısında, Astara təhsilinin xroniki problemlərini, konkretləşdirərək gündəmə gətirdik. İlkin olaraq, 3 məsələnin həllini tələb etdik: 1)Burzubənd məktəbinin “məşhur” mafioz direktorunu qovmaq. 2)Şəhər 6 saylı məktəbin “ataman” direktoru Ülviyyə Bayramovanı cəzalandırmaq. 3)Astara sektorunun işçisi, ləyaqətsizliyi ilə məşhur olan Elçin Mirzəzadəni qovmaq.
Lakin, biz sözügedən məsələləri gündəmə gətirəndən sonra, məlum oldu ki, Elxan Nəcəfov bu faktlardan, təhsilin “virusu”na çevrilmiş bu şəxslərdən, BAŞQA CÜR istifadə edib! Eynilə pandemiya dövründə, virusu, bir qazanc kimi görən dəllallar kimi...

Rayonda ciddi narazılıqlara səbəb olan bu şəxslərə, ən azından xəbərdarlıq belə, etməməsi, zatən bir göstəricidir!

Buna görə biz “Gənc Alimlər” adından verdiyimiz iyuldakı müsahibədə, artıq Elxan bəyə sonuncu dəfə xəbərdarlıq etdik və onu ya dərhal tədbir görməyə ya da istefa verməyə çağırdıq. Görünür ki, həmin şəxslər qarşısında niyəsə “gözükölgəli” olduğu üçün, istefanı seçdi. Və vəzifədən getməsini də çox gec açıqladı.

-Emin bəy, Astara sektoruna hazırda yeni rəhbər gəlibmi?


Faktiki olaraq, bu gün həmin vəzifəni, müavin icra edir. Hər halda yeni bir rəhbərin gəlməsi barədə məlumat yoxdur. Bəlkə də, gəlib, amma özünü gizlədir...

-Yeri gəlmişkən, Regional Təhsil İdarələri ilə bərabər yaranan Təhsil Sektoru qurumu barədə nə düşünürsüz, ümumiyyətlə, bu institutun səlahiyyəti, vəzifə dairəsi nədir?

Mən bu qurumu, mənasız və yersiz bir institut hesab edirəm. Yəni, əgər məsələn, işçini işə götürmək funksiyasını direktor həll edirsə, yaxud da “Regional” təqdimat edirsə, onda “sektor”un burda funksiyası, vəzifəsi nədir? Yaxud da məktəbdə olan bir problem barədə, deyək ki, direktorun özbaşınalığı barədə “sektor”, hansısa tədbir görə bilmirsə, buna səlahiyyəti çatmırsa, onda bu qurum nə işə baxır?

Sözün həqiqi mənasında, boş, amorf bir təsisatdır.

Fikrimcə, nazir Emin Əmrullayev, “regionallar” barədə ilk dəfə qərar verərkən, “sektor” adlı bir qurum nəzərdə tutmamışdı. Sadəcə olaraq, keçmiş təhsil şöbəsi işçilərinin timsalında, işsiz ordusu yaranmaması, yəni məşğulluq üçün, qərarda dəyişiklik edildi. Zatən mediaya ilk verilən xəbər də bu cür idi: təhsil şöbələri ləğv olunur.

İstənilən halda, bu, qeyri-ciddidir və ETN rəhbərliyinin səriştəsizliyini göstərir.

-Qayıdaq cənub təhsilinə. Emin bəy, bəs LARTİ-yə gələn yeni müdir barədə nə düşünürsüz, ondan gözləntiləriniz nədir?

Yadınızdadırsa, iyuldakı müsahibədə demişdim ki, əvvəlki rəhbərlərin bərbad günə qoyduğu Astara və cənub təhsilindəki bu “bataqlığa”, düşüncəli, uzaqgörən birisinin “bulaşacağına” inanmıram.

Yeni gələn Bəhruz Mehdiyevin kimliyinə baxaq; 2022-ci ildə Şəki-Zaqatala “regional”ına rəhbər gəlib. Müdirliyi, cəmi 1,6 il çəkib. Üstəlik də, dərs ilinin ortasında işini tərk edib.

Sual olunur; bir müdir nəyə görə dərs ilinin ortasında, hər şeyi yarımçıq qoyaraq, vəzifəsini tərk etməli olur? Guya LARTİ, onun əvvəlki iş yerindən dahamı böyük vəzifədir?


-Emin bəy, amma gələn məlumatlara görə, Bəhruz Mehdiyev artıq cənub zonasında bəzi islahatlara gedib. Konkret desək, elə bayaq dediyiniz “təhsil virus”larından birini “kəsib atıb”; Elçin Mirzəzadə işdən qovulub. Yəni, sizin, “Astaralı Gənc Alimlər”in LARTİ qarşısında qaldırdığı 3 proritet məsələdən biri həll olunub...

-Bəli, Elxan Nəcəfovun getməsi ilə, onun “bəlasına” çevrilmiş Mirzəzadənin də gedişi qaçılmaz oldu və bu, özlüyündə təbii ki, müsbət hadisədir. Lakin, bu addımların, islahat fazasına keçməsinə hələ çox var. Cənab yeni müdir, əgər 6 saylı məktəbdə, kargüzar Validə Məmmədovaya zülüm edən Ülviyyə Bayramovanı çıxarmayacaqsa, Burzubənddə, məktəbdən, “mafiya dərnəyi” düzəldən Turan Rəfiyevi qovmayacaqsa, onda heç bir real dəyişiklikdən söz açmaq olmaz!

Əgər Bəhruz bəyə, tədbir görmək üçün dəlil, sübut lazımdırsa, biz N qədər dəlili təqdim edə bilərik. Hətta, indi sizin yaratdığınız fürsətdən istifadə edib, əvvəlki müdirlərə etdiyimiz təklifi ona da edirik: cənab müdir, zəhmət olmasa, bizi, rayonun gənc alimlərini LARTİ-yə dəvət edin; oturub, konstruktiv şəkildə müzakirə aparaq və Astaranın təhsil problemlərinə çözüm düşünək!

-Bu arada Astaradan sizin gənc alim-Daşqın Əliyev barəsində də həyəcanlı xəbərlər gəlməkdədir. Medianın yazdığına görə o, 3-cü dəfə işdən çıxarılıb. Direktor Rəna Hüseynova ondan nə istəyir?

Bəli, Daşqın bəy Astara şəhər 4 saylı tam orta məktəbdən 3-cü dəfə, ümumilikdə isə Astara təhsilindən 4-cü dəfə uzaqlaşdırılır. Yeri gəlmişkən, onu, ilk dəfə məhz bədnam Elçin Mirzazadə, 6 saylı məktəbin direktoru olarkən işdən çıxartmışdı. Bilirsiz ki, biz o zaman, “Astaranın Gənc Alimləri” olaraq, ciddi mübarizə apardıq və nəticədə E. Mirzəzadə direktorluqdan çıxarıldı, lakin biabırçı müdir Rəşad Həsənov onu təhsil şöbəsinə gətirdi. Sonrasını da bilirsiz: Həsənov özü işdən qovuldu. Və indi “qardaşı” da getməli oldu...

Daşqın bəyin durumuna qayıtsaq; hazırda onun işdən haqsız çıxarılması və qayıtması ilə bağlı, ali hüquqi orqanın-Əmək Müfəttişliyinin sanksiyası və qərarı var. Lakin, deyəsən, direktor Rəna Hüseynova çox “pulludur”: belə ki, o, ağır cəriməni ödəyib, qərarın icrasını yubatmaq istəyir.

-Maraqlıdır, siz bayaq Astara təhsilinin problemli şəxslərini sadalayarkən, nədənsə 4 saylı məktəbin direktorunu qeyd etmədiz...

Çünki zatən dövlət orqanı, onu bu ilin yanvarında 3-cü dəfə cəzalandırıb. Hər halda, haqqında məhkəmə və müfəttişlik qərarı var. Yəqin ki, məhkəmənin yeni qərarı da yaxında çıxacaq. Düşünmürəm ki, bu qədər biabırçılıqdan sonra onu vəzifədə saxlasınlar...Və eyni zamanda, əminəm ki, Daşqın bəy 4-cü dəfə psixoloq işinə qayıdacaq. Çünki, məktəbdə gənc alimə çox ehtiyac var.

Hər halda bu proqnozun da doğrulacağını yaxın zamanda görəcəksiz

-Emin bəy, sonda yeni müdir Bəhruz Mehdiyev barədə də təxmininizi bilmək maraqlı olardı...

Fikrimcə o, bəzi önəmli addımlar atsa da, bir neçə ay sonra kreslosunu “möhkəmlətdiyini” düşünüb, özünə arxayınlaşacaq və ciddi islahatdan yayınacaq. Və bu da, onun sonunu gətirəcək. Yəni, o da, çox qala bilməyəcək.

Hər halda biz “Gənc Alimlər” olaraq imkan vermərik ki, Astara təhsilini daha da “aşağı çəkənlər”, ziyan verənlər, vəzifədə qalsın. Bizim, kimisə vəzifəyə gətirmək imkanlarımız olmasa da, vəzifədən uzaqlaşdırmaq imkanlarımız var. Bunu indiyəqədər sübut etmişik.

Yaxın zamanda siz görəcəksiz ki, hər kəs, Astara və cənub təhsilindən danışır!

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Hadisə

23-08-2022, 13:08

Azərbaycanda vəzifəli şəxs arvadına görə istefa verdi

Təhsil / Sosial

12-08-2023, 12:26

TƏHSİL ESKPERTİ, LARTİ RƏHBƏRİ ELXAN NƏCƏFOVU İFŞA ETDİ- VİDEO

Sosial / Olay

16-08-2023, 16:42

ASTARA MƏHKƏMƏSİNİN HAKİMİ MÜBARİZ MƏMMƏDOV NİYƏ “ŞOU” GÖSTƏRİR?

Təhsil

28-06-2022, 20:50

Təhsil Nazirliyi məktəb direktorlarının təyinatı qaydasını dəyişdi

Gündəm / Səhiyyə

9-08-2023, 10:16

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və müsavatçı Emin Hüseynin ortaq əməlləri… - 44 yaşlı təhsili olmayan qadına Gürcüstandan necə ali təhsil diplomu aldılar….

Təhsil

30-07-2022, 19:20

Yeni elm və təhsil naziri təyin olunacaq? - Rəsmi açıqlama

Təhsil

30-07-2022, 18:40

Nazirlik: Elm və təhsil naziri postuna yenidən təyinat olmayacaq

Araşdırma

13-09-2023, 16:58

Yeni rektorlar kimlərdir?

Təhsil

4-03-2024, 15:13

Astara Təhsilinin "Məsləhətçisi" Elçin Mirzəzadəni LARTİ Müdiri Pis Maddəylə "Çıxarıb" HAQQINDA HESABAT AÇIQLANAN "TƏHSİL İŞÇİSİ" BİABIRÇILIQLA QOVULDU

Təhsil

23-08-2022, 11:22

Emin Əmrullayev brifinq keçirir - CANLI

Cəmiyyət / Təhsil / Bölgə

7-10-2023, 12:05

Zaqatala təhsilində baş verən biabırçılığa Bəhruz Mehdiyev niye susur? “Vüsalə Mahmudova direktor olmaq üçün arxalandığı Regional təhsil idarəsi nələri vəd edib...”

Cəmiyyət

4-12-2023, 11:40

2025-ci ildə yeni təhsil standartları hazırlanacaq

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 16:09
Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
10-08-2026, 18:25
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
10-08-2026, 10:46
Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü
10-08-2026, 09:59
"David Seliverstov" Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu -DETALLAR
9-08-2026, 11:00
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
8-08-2026, 12:25
Xanımının doğum günündə vəfat edibmiş...
Xəbər lenti
  • Dünən, 23:00
    AID Group ətrafında istintaq dərinləşir: həbs, dindirmələr və pulunu geri istəyən müştərilərə “fəaliyyət bərpa olunacaq” vədi
  • Dünən, 19:00
    İranın müdafiə naziri: Əsas təhlükə mənbəyi İsraildir
  • Dünən, 18:44
    Deputat-biznesmen Məşhur Məmmədovun biznes imperiayası…-Özü də jurnalisti belə təhdid edir...
  • Dünən, 18:30
    Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
  • Dünən, 18:17
    Türkiyədə seçki sorğusu: Ərdoğan İmamoğlu və Yavaşa uduzur
  • Dünən, 17:56
    Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib
  • Dünən, 17:46
    İran İraq ərazisini vurdu
  • Dünən, 17:25
    Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib
  • Dünən, 17:11
    “Tarqovu“dakı məşhur restoranın yerləşdiyi obyekt satılır - 7 milyon manata
  • Dünən, 16:36
    Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb
  • Dünən, 16:29
    Mədəniyyət Nazirliyi kitabxanaçıları kütləvi ixtisar edir? - Qanun nə deyir?
  • Dünən, 16:09
    Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
  • Dünən, 15:52
    Musiqi məktəbin direktoru olmuş Elşad Məmmədovun işi üzrə məhkəməni uzatmaqda hakim Vüsal Qurbanovun məqsədi nədir – ŞİKAYƏT
  • Dünən, 15:19
    DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib
  • Dünən, 15:09
    800 manata 3 günlük İŞGƏNCƏ! – “A Frame by EastWest”dən şikayət
  • Dünən, 13:11
    Bu gün və sabah geomaqnit qasırğası gözlənilir
  • Dünən, 13:04
    Göygöldə şok iddialar: Tender maxinasiyası, rüşvət və saxta əlillik faktları! VİDEO
  • Dünən, 12:52
    Sabah Azərbaycanda yağış yağacaq
  • Dünən, 12:28
    QHT-lərə Dövlət Dəstəyi Agentliyi tender müsabiqədən 10 gün sonra yaradılan MMC ilə işbirliyi qurur
  • Dünən, 12:03
    Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək
  • Dünən, 11:45
    AHİK (əlil) həmkarlardan “qara otaqda olmayan qara pişiyi tapmağı” tələb edir “Tapanda” isə tam məbləğ ödənilməsə yollayış verilmir
  • Dünən, 11:20
    Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək
  • Dünən, 11:12
    MAŞTƏĞADA “KEYFİ ƏT DÖNƏR”İN ÜSTÜNDƏ NƏ BAŞ VERİR?
  • Dünən, 10:49
    Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib
  • Dünən, 10:34
    “Azəriqaz”ın baş direktoru səni deyirlər: “Hörmətli” Azər müəllimə açıq məktub — 1/4-lük böyük hörmət
  • Dünən, 09:50
    Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq
  • Dünən, 09:37
    AYNA əlillərə "ŞAH" elan edib, ac və dərmansız ölümə məhkum ediilənlər... VİDEO
  • Dünən, 09:20
    UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq
  • 10-08-2026, 19:11
    Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib
  • 10-08-2026, 18:54
    Baş Prokurorluq ekoloji cinayətlərə qarşı mübarizəni gücləndirir-FOTO
  • 10-08-2026, 18:25
    Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
  • 10-08-2026, 18:04
    Qanunsuz cərrahiyyə təhlükəsi: “Universal Hospital”da sertifikatsız həkim skandalı
  • 10-08-2026, 17:43
    MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır
  • 10-08-2026, 17:16
    Azərbaycanı Avropa çempionatında 13 boksçu təmsil edəcək
  • 10-08-2026, 16:50
    Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə