Bir müddət əvvəl Bakunews.az redaksiyasına Türkan qəsəbə sakinləri tərəfindən göndərilən görüntülərdə ərazidə hökm sürən antisanitar şəraitlə bağlı ciddi narahatlıq ifadə olunmuşdu. Məlumat ictimailəşdirildikdən sonra məsələ müvafiq qurumların diqqətinə çatdırılmış və aidiyyəti üzrə tədbirlər görülməsi üçün çağırışlar edilmişdi.
Artıq Xəzər rayonu, Türkan qəsəbəsinin sakinlərini narahat edən bu antisanitar vəziyyət aradan qaldırılıb. Bakunews.az-ın əldə etdiyi məlumata görə, polis və digər müvafiq qurumların nəzarəti ilə ərazidə təmizlik işləri aparılıb, nəzarət mexanizmi gücləndirilib və qısa zamanda problem yerindəcə həllini tapıb.
Qeyd edək ki, vətəndaşların müraciəti əsasında reaksiya göstərilməsi və operativ addımlar atılması, ictimai nəzarətdə medianın rolunu bir daha nümayiş etdirmiş oldu. Bakunews.az olaraq vətəndaşların səsinin eşidilməsi və bu cür halların qarşısının alınması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.