Sizin reklam burada 728×90
Son dəqiqə

DİN: Zaqatala sakinlərindən qanunsuz saxladıqları 4 tüfəng götürülüb

17.01.2023 20:26 527 1 dəq oxunur
DİN: Zaqatala sakinlərindən qanunsuz saxladıqları 4 tüfəng götürülüb
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülüməsi istiqamətində bir neçə əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bakunews.az-ya verilən məluata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon sakinləri – Arif Məmmədov, Hacıxan Heydərov, Nürəddin Hüseynov və Zülfüqar Yusifovdan qanunsuz olaraq saxladıqları, ümumilikdə 4 ədəd ov tüfəngi aşkarlanıb. Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az