Sizin reklam burada 728×90
Son dəqiqə

“Diaspor Akademiyası” adlı yeni layihənin icrasına başlanıb

05.12.2023 09:31 403 1 dəq oxunur
“Diaspor Akademiyası” adlı yeni layihənin icrasına başlanıb
Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu “Diaspor Akademiyası” adlı yeni layihənin icrasına başlayıb.

“Diaspor Akademiyası” diaspor fəaliyyətinin nəzəri və praktiki aspektlərini diaspor nümayəndələrinə aşılamağı nəzərdə tutan, bu məqsədlə müxtəlif təlim, seminar və konfranslar təşkil edəcək bir platfromadır.

Layihənin əsas məqsədi diaspor nümayəndələrini səmərəli diaspor fəaliyyətinə hazırlamaq, fandreyzinq alətlərinə yiyələnmələrinə kömək göstərmək, diaspor nümayəndələrindən öyrəndiklərini və təcrübələrini yaşadıqları ölkələrdəki Azərbaycan diasporunun digər nümayəndələrinə ötürə biləcək kadrlar hazırlamaqdır. Sözügedən məqsədlərə çatmaq üçün layihə çərçivəsində mövzulara uyğun olaraq müxtəlif ekspertləri tədris prosesinə cəlb etməklə, onlayn formatda təlim və seminarlar təşkil ediləcəkdir.

Təlimlər cari ilin dekabr ayından başlamaqla 2024-cü ilin aprel ayına qədər davam edəcək. Ayda iki dəfə olmaqla ümumilikdə layihə ərzində 9 mövzu onlayn formatda tədris olunacaq. Layihədə iştirak etmiş və “Diaspor Akadamiyası”ndan məzun olmuş şəxslər yekunda sertfikat əldə edəcəklər.

Təlimlər ödənişsizdir. Qeydiyyat üçün son tarix 13.12.2023-cü ildir.

Qeydiyyat üçün link: https://bit.ly/3ZJVdpN
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az