• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Aynur Camalqızının monopoliya biznesində kriminal izlər – ARAŞDIRMA

Cəmiyyət / Araşdırma

10-01-2018, 21:48

Dövlət görəvləri yalnız həmin ölkənin ali qanunu olan Konstitusiyanın tələblərinə uyğun olaraq icra edilməlidir. Lakin dünyada olduğu kimi Azərbaycanda da, bəzən istisnalar olur. Yəni dövlətin görəvindən, ali siyasi iradənin etimadından sui – istifadə etməklə görəvi öz xeyrinə istifadə edənlər də var ölkəmizdə. Öncə Gömrük Komitəsində, indi isə Fövqəladə Hallar nazirliyində iqtisadi imperiya yaradan Kəmaləddin Heydərov və onun patronajlığında olan biznes və media sahəsində çalışan şəxslərlə bağlı BakuNews.az-a olduqca ilginc məlumatlar daxil olub. Əslində bunlar medianın araşdırmalı olduğu məlumatdan daha çox, ölkənin xüsusi xidmət orqanlarının istintaq aparmalı olduqları məlumatlardır. Məlumatlar əsasən Heydərovun da rəhbərlərindən biri olduğu qrupun monopolist siyasəti ilə bağlıdır. Kəmaləddin Heydərovun rəhbərlik etdiyi məlum qrupun ilişkiləri hətta qonşu İran İslam Respublikasının müxtəlif dairələrinə bağlı olan bəzi şəxslərə qədər gedib çıxır. Məlumatlarda əsas diqqəti çəkən məqam isə “Teleqraf” Holdiqin rəhbəri, artıq uzun illərdir ki, media patronu funksyasını həyata keçirən Aynur Camalqızının bu qruplaşmada yer almasıdır. Xatırladaq ki, Aynur Camalqızı medanın gündəminə bir zamanlar Ulu Öndər Heydər Əliyev və cənab prezident İlham Əliyevlə bağlı təhqir dolu məqalələrin müəllifi “Yeni Musavat” qəzetinin yazarı kimi gəlib. Lakin nədənsə özünü monopoliyasında olan media qrupu vasitəsilə cəmiyyətə “fövqəlnazir” kimi təqdim etdirən Kəmaləddin Heydərov Aynur Camalqızını media kraliçasına çevirməyə üstünlük verdi. Əslində Heydərovun addımı təmsil olunduğu düşərgəyə xəyanət kimi dəyərləndirilməli idi. Lakin…

Lakin Heydərov kimsəni önəmsəmədən, Aynur Camalqızı projesini media ilə sərhədləndirmədi. Öncə millət vəkili, sonra mediakraliça etdirilən Camalqızı həyat yoldaşı İlqar vasitəsilə olduqca ciddi gəlir qaynağı olan biznesə də gətirildi. BakuNews.az-a daxil olan məlumatda bildirilir ki, Aynur Camalqızının həyat yoldaşı İlqar 2015-ci ildən ölkənin əksər sahələrində çete formalı fəaliyyət göstərir. “Fövqəlnazirin” hələ də bizə qaranlıq olan səbəblərdən etimadını qazanmağı bacaran bu çete ölkəyə idxal edilən avtomobil ehtiyat hissələrinin işlənmiş və yeni formasına tam nəzarət funksiyasını həyata keçirir. Oxucuların nəzərinə çatdıraq ki, avro 4 standartına uyğunlaşdırılaraq ölkəyə idxal edilən avtomobillərin ehtiyat hissələrinin də monopoliyası məhz bu qrupdadır. Lakin onu da xatırlatmağı özümüzə borc bilirik ki, bu çete əslində ölkədə avro 4 standartlarının tətbiqinə mane olma siyasətini həyata keçirməyi “uğurla” bacara bildi. Belə ki, özünün xüsusi komandası ilə Azərbaycan gömrüyündə ciddi rıçaqlara sahib olan İlqar, yalnız bu əməliyyatdan külli miqdarda pul əldə edir. Ölkə gömrüyündə ciddi monopoliya yaradan İlqar və qrupu ölkəyə idxal edilən, lakin avro 4 standartlarına cavab verməyən avtomobillərin “uyğunlaşdırma” prosedurunu həyata keçirirlər.

Sual olunur Ulu Öndərə, ölkə Prezidentinə hədyanlar yazan bir jurnalist – Aynur Camalqızı ilə Kəmaləddin Heydərovun türklər demiş has adamı olan İlqarın ailə təsərrüfatları necə yarandı? Necə oldu ki, bir tərəfi İran dairələrinə bağlı olan əlaqələrdə Aynur Camalqızıda yer aldı? Necə oldu ki, ultra radikal müxalif yazar monopolistə çevrildi? BakuNews.az-a etibarlı mənbədən daxil olan məlumtda qeyd edilir ki, məlum qrupun əlaqələri o qədər dərin köklərlə bağlıdır ki, hətta “cinayətkar aləm”in bəzi üzvləri belə burada yer alıblar. Sözsüz ki, zaman – zaman araşdırmalarımızda bu məsələ ilə də bağlı konkret faktlarla məlumat verəcəyik.

Mənbənin bildrdiyinə görə, bu gün “Teleqraf” Holdinqin rəhbəri Aynur Camalqızının həyat yoldaşı İlqarın icra etdiyi funksiya öncədən ölkə çapında əsasən qanundankənar əməlləri və monopolist hərəkətləri ilə tanınan “Broker” MMC-nin sahibi Əbülfəz Məlikova tapşırılıb. Diqqətli oxucuların nəzərinə çatdıraq ki, Əbülfəz Məlikovun adının İlqarla bir arada çəkilməsi də kifayət qədər diqqət çəkən məqamdır. Belə ki, Kəmaləddin Heydərov tərəfindən köhnə və təzə avtomobil ehtiyat hissələrinn idxalı Əbülfəz Məlikova tapşırılsa da, ikincinin məsələyə münasibəti “fövqəlnazirin” əl dəyişməyinə səbəb olub. “Broker” MMC-nin sahibi Əbülfəz Məlikova işə başlamamışdan öncə alman sistemi ilə yüksək mühəndislik təhsili almış bir nəfərlə görüşür. Xatırladaq ki, həmin şəxsin adı da redaksiyaya məlumdur. Və biz sonrakı araşdırmalarımızda həmin şəxsin də kimliyi haqqında məlumat verəcəyik. Xaricdə təhsil almış həmin mühəndis Əbülfəz Məlikovla gömrük ekspertiza stansiyasının ölkə gömrük keçid məntəqələrində qurulması ilə bağlı məsləhətləşmələr aparıb. Həmin stansiyanın layihəsi belə Əbülfəz Məlikova tədim edilib. Əbülfəz Məlikov layihəni bəyənib, lakin tətbiqi üçün bildirib ki, yuxarı dairələrlə görüşüb məsləhətləşim və sonra cavab verəcəm. Hadisədən cəmi 2 gün sonra avtomobillərin ehtiyat hissələrinin, palma və avtomobil yağlarının ölkəyə gətirilməsi monopoliyası Əbülfəz Məlikovdan alınaraq İlqara, deməli Aynur Camalqızına verilib. Mənbənin bildirdiyinə görə Məlikovun yuxarı dairələr deyə qeyd etdiyi şəxs məhz Kəmaləddin Heydərov olub. Əslində Heydərova standartlara uyğunlaşdırma proseduru qətiyyən maraqlı olmayıb. Lakin İlqarın “iş üslubu” kifayət qədər qazanclı olduğu üçün fövqəlnazirin diqqətini cəlb edib. Ölkə boyu gömrük keçid məntəqələrindəki xüsusi avtoservisləri də İlqarın nəzarətinə verən fövqəlnazirin qrupu prosesi məhz sənədlərdə icra edir. Sözsüz ki, məsələdən avtomobil idxal edən şirkətin və ya fiziki şəxsin xəbəri olmur. Deməli udan prosesi həyata keçirən tərəfdir. Göstərilən “xidmət” müqabilində əldə edilən gəlir isə olduqca böyük məbləğdir. Mənbə bildirdi ki, İlqarın “yeniliyi” fövqəlnazirə o qədər xoş gəlib ki, həmin hadisədən sonra ölkəyə gətirilən palma və avtomobil yağlarının monopoliyasıda İlqarın, yəni Aynur Camalqızının həyat yoldaşının kurasiyasına verilib.

Məsələ bununla da yekunlaşmır. Fövqəlnazirin qəzəbinə gəlməkdən qorxan Əbülfəz Məlikov İlqara qarşı hər hansı qısqanclıq nəinki nümayiş etdirmir, əksinə İran Xüsusi Xidmət orqanları ilə əlaqəli fəaliyyət göstərən Əhəd Rza ilə İlqarın dostluq əlaqəsini yaradır. Xatırladaq ki, “AzTexnika” MMC-nin rəhbəri olan Əhəd Rzanın şirkəti “Formula-1” yarışlarının rəsmi sponsoru olub. İrandan Azərbaycana gətirilən mallarla bağlı sərhədin əks tərəfindəki danışıqlarda məhz bu şirkətə məxsusdur. Bir neçə il öncə ölkə Prezidenti daxil bazarda relizə edilən yumurtanın qiymətinin süni qaldırılması ilə əlaqədar sərt tapşırıqlar verdikdən cəmi bir gün sonra ölkədə bu məhsulun qiyməti aşağı salındı. Xatırladaq ki, həmin vaxt Prezidentin göstərişinə reaksiya verən “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov dövriyəyə girib. Və milyonlarla vəsait xərcləməklə ölkədə yumurtanın kəskin ucuzlaşmasını təmin edərək, özünün qəhrəman obrazını yaratmağı bacarıb. “AzTexnika” MMC-nin rəhbəri Əhəd Rzanın İran islam Respublikasınının xüsusi xidmət orqanları ilə danışıqlarından sonra Əbülfəz Məlikov ölkəyə qısa zamanda külli miqdarda yumurta idxal edib. Sözsüz ki, həmin idxalın arxasında molla rejiminin xüsusi xidmət orqanları ilə anlaşma və öhdəliklər də olub. İran Xüsusi Xidmət orqanları ilə razılaşmadan sonra yüz milyonlarla ədəd ölkəyə yumurta idxal edən “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov daha yuxarı instansiyalara “qəhrəman” olaraq təqdim edilib. Məhz həmin hadisədən sonra İran Xüsusi Xidmət Orqanları ilə əlaqəsi olan Əhəd Rzanın da Azərbaycandakı biznesi üçün imkanlar yaranıb. Onu da xatırlatmağı özümüzə borc bilirik ki, Əhəd Rzanın bu gün Amerika Birləşmiş Ştatlarında səs – küylü məhkəmə prosesi gedən Azərbaycan əsilli iş adamı Rza Zərrabın ölkəmizdəki təmsilçisi olduğu deyilir. Hətta bu barədə xaricdən yayımlanan bəzi internet televiziyalarında sujetlər belə gedib. Zaman –zaman araşdırmalarımızda həmin şəxslər barədə də məlumat verəcəyik. Məsələnin ən qəribə tərəfi isə Rza Zərrabın açdığı yolda media kraliçası Aynur Camaqızının yürüməsidir. Necə oldu ki, sıradan bir ultra radikal müxalif yazarlıqdan monopolist biznesmenə çevrildi xanım Camalqızı? Və necə oldu ki, kifayət qədər böyük dövlətlərin – ABŞ-ın, İran-ın, Türkiyə-nin diqqətlə izlədiyi bir məhkəmə prosesində baş rol alan Rza Zərrabla Aynur Camalqızının, Əbülfəz Məlikovun yolları birləşdi? Diqqətli oxucuların nəzərinə onu çatdıraq ki, məlum qrup hal – hazırda İrandan idxal edilən pomidor, yumurta, kartof və s. məhsulların da monopoliyasını həyata keçirirlər. Əhəd Rza ilə iş birliyində olan qrupun dəniz yolu ilə ticarət əlaqələri ilə bağlı da növbəti saylarımızda məlumat verəcəyik. Xəyali ixracat, qara pulların yuyulması və s əmliyyatlara rəhbərlik edən bu şirkətin əsas partnyorlarından biri isə nə qədər qəribə də olsa “Atrabank” olduğu qeyd edilməkdədir.

Məlum qrupla bağlı məsələlərdə Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzun tutduğu mövqe ilə bağlı məlumatları da əldə edən redaksiya, Kəmaləddin Heydərovun “Tekstil” qadağalarını generalın pozduğu haqqında bilgiləri də oxucuların diqqətinə çatdıracaq.

Bizi izləyin.

Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırıq.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Araşdırma

21-12-2022, 22:53

Kəmaləddin Heydərov hansı qadın baş redaktora ev hədiyyə edərək hər ay 50 min dollar verir – SENSASİYA

Cəmiyyət / Araşdırma

16-05-2023, 21:54

Zərrabçılar Qeyri Hökümət Təşkilatını ələ keçirdi - Aynur Camalqızının QHT missiyası nədir...?

Cəmiyyət / Araşdırma

29-01-2018, 22:04

''İtmiş'' briliyant qaşlı üzüyün sirləri – Aynur Camalqızına qədər uzanan Rza Zərrab xətti

Cəmiyyət

23-08-2022, 17:05

Kəmaləddin Heydərov məşhur generalları işdən çıxardı - Yeni təyinatlar

Cəmiyyət

24-08-2022, 16:26

Kəmaləddin Heydərov generalı rəis təyin etdi

Cəmiyyət

28-08-2022, 12:33

Kəmaləddin Heydərov məşhur generalı vəzifəsindən azad etdi - SENSASİON FAKTLAR(RƏSMİ)

Cəmiyyət

27-08-2022, 12:15

Kəmaləddin Heydərovun müavini vəfat etdi

Hadisə

19-08-2022, 18:50

Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gedib, xüsusi müşavirə keçirib

Gündəm / Olay

20-06-2023, 13:13

Ruslan Ağamirzəyev Zaur Mikayılovla işləmək istəmədi... - Kəmaləddin Heydərov ona YENİ VƏZİFƏ VERDİ

Sosial / Olay

11-10-2023, 12:38

FHN-nin idarəsi 595 minlik tenderi nazirin şirkətinə verdi

Siyasət

9-08-2022, 22:12

Deputat Ülvi Quliyevin oğlu Vətən müharibəsinə getməkdən necə və niyə yayındı?

Cəmiyyət

19-07-2023, 13:25

Nazir icra başçısının oğluna yüksək vəzifə verdi - FOTO

Araşdırma
"SƏDƏRƏK YUSİF" Vətəndaşları zəhərləyir: Qobuda nələr baş verir? VİDEO
“Ekstrasens Etibar” ritualları ilə kimlərdən “CİN” çıxarıb? -Araşdırma
Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II
Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlunun həbs müddəti uzadılıb
Qusarda şəhid bacısının torpaq sahəsi saxta sənədlərlə ələ keçirilib – Ailə 7 ildir ədalət axtarışında
Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir? ARAŞDIRMA
Hadisə
Dünən, 14:49
Türkiyədə bələdiyyə sədri faciəli şəkildə öldü
Dünən, 12:56
Bakıda 68 yaşlı kişi səhər tezdən dənizdə batdı
24-07-2025, 13:20
Balakəndə avtoqəza baş verib, iki nəfər ölüb
24-07-2025, 09:14
Yevlax sakini torpaq üstündə həmkəndlisini güllələyib
23-07-2025, 06:58
Kürdəmirdə zəhərlənənlərin adları məlum olub
22-07-2025, 17:37
Mərdəkanda dənizdə batan var
Xəbər lenti
  • Dünən, 18:39
     Pul verməyən xəstəni DÖYÜRLƏR - İTTİHAM VAR...
  • Dünən, 18:11
    FHN: Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərədə yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir
  • Dünən, 18:05
    Ağalar Vəliyevin tikdikləri BİR-BİR SÖKÜLÜR... - GİLEY
  • Dünən, 17:26
    Bakıda bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
  • Dünən, 17:15
    Rusiyada İsgəndər Xəlilovun oğlunun ofisində axtarış aparılır - Foto
  • Dünən, 15:54
    Paşinyanın Altay səfərinin pərdəarxası - Siyasi dilənçilik yoxsa Qərbə mesaj? - ŞƏRH
  • Dünən, 14:49
    Türkiyədə bələdiyyə sədri faciəli şəkildə öldü
  • Dünən, 13:23
    Masazır gölünə axıdılan çirkabla bağlı Dövlət Su Ehtiyatları Agentliyi 3 aydır nə araşdırır? -Video
  • Dünən, 12:56
    Bakıda 68 yaşlı kişi səhər tezdən dənizdə batdı
  • Dünən, 12:38
    Səfir: Azərbaycan Yaxın Şərq regionunda mühüm rol oynayır
  • Dünən, 12:19
    Bakı üzrə bağçalara növbəyə yazılma prosesinə başlanılıb
  • Dünən, 11:43
    Deputatla qalmaqal yaşadığı deyilən Rafael Bünyatov görün kimdir – Federasiyası niyə bağlandı?
  • Dünən, 11:16
    Vüqar Qurbanov baş direktoru işdən çıxardı - FOTO
  • Dünən, 10:52
    "Sədərək" və "Binə" Ticarət mərkəzində nə baş verir? - ƏDV QAYTARILMIR
  • Dünən, 10:29
    Ramin Məmmədov Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası ilə memorandum imzalayacaq
  • Dünən, 10:09
    Bədənim çürüyür” - Daha bir “plastik cərrah” qalmaqalı (VİDEO)
  • Dünən, 09:57
    Azərbaycan neftinin qiyməti 70 dolları keçib
  • Dünən, 09:39
    “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin vergi borcu 25 milyon mantı ötdü - Tender də kecirib
  • Dünən, 09:18
    UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib
  • Dünən, 09:10
    “Pilot Residence” MTK sakinlərinin fəryadı: illərdir çözülməyən problem – MƏKTUB (FOTOLAR)
  • Dünən, 08:51
    Cənub bölgəsinin bir çox hissəsində işıq olmayacaq
  • 24-07-2025, 19:11
    “MSDIS Holding”ölkədən nə qədər valyuta çıxarıb
  • 24-07-2025, 18:52
    Konqresmenlər Trampa qarşı - erməni lobbisi sülh prosesini hədəfə alıb - ŞƏRH
  • 24-07-2025, 18:43
    İcra başçısı Rafil Hüseynov şəhər işıqlarını 635 min manata "yandıracaq"
  • 24-07-2025, 18:14
    İdlibdə partlayış nəticəsində dörd nəfər ölüb, 100-dən çox yaralı var - YENİLƏNİB
  • 24-07-2025, 17:56
    “Diplomsuz cərrahlar, lisenziyasız klinikalar: cinayətkar mənəm?” - QALMAQAL
  • 24-07-2025, 17:28
    Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə start verilir
  • 24-07-2025, 17:21
    “Gənclik Mall”da “Defacto” mağazası müştəriləri belə aldadır
  • 24-07-2025, 16:55
    ANAMA azad edilən ərazilərdəki yanğınlarla bağlı əhaliyə müraciət edib
  • 24-07-2025, 16:30
    Binəqədi Rayon MKTB-nin dövlətə vergi borcu 5 milyon manatı keçdi
  • 24-07-2025, 15:23
    Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib
  • 24-07-2025, 15:01
    “Sun City Hotel Spa Naftalan”-da Özbəkistan vətəndaşının ö**mü
  • 24-07-2025, 13:20
    Balakəndə avtoqəza baş verib, iki nəfər ölüb
  • 24-07-2025, 13:06
    Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən "Sədərək" adı niyə silinib? - İctimia Birlik sədrindən ETİRAZ
  • 24-07-2025, 12:50
    Bahar Muradova: Qadınlar dünyada elm və texnologiya sahəsində çalışanların yalnız 28 %-ni təşkil edir
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə