Sizin reklam burada 728×90
Son dəqiqə

Tanınmış hakimlər təqaüdə göndərilir

22.03.2024 11:08 550 1 dəq oxunur
Tanınmış hakimlər təqaüdə göndərilir
Bakı Ağır Cinayətlər Məhkəməsinin iki tanınmış hakimi təqaüdə göndərilir.

Onlar Əhməd Quliyev və Mahmud Ağalarovdur.

Yaş həddi ilə bağlı artıq həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir. Hazırda araşdırdıqları son işləri yekunlaşdırdıqdan sonra hakimlik fəaliyyətlərini tamamlayacaqlar.

Qeyd edək ki, 65 yaşlı Ə.Quliyev və M.Ağalarov uzun illərdir Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləridir. Onların icraatında ölkə gündəmində olan bir çox səs-küylü məhkəmə işləri olub.(Qafqazinfo)
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az