• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Mən uşaq barədə danışanda həkimlər “TikTok”a baxırdılar” - Həkim səhlənkarlığına görə 1 il komada olan 12 yaşlı uşağın anası

Cəmiyyət

5-03-2025, 09:25

Həkim səhlənkarlığına görə sağlamlığı sıradan çıxan 12 yaşlı Xədicə Babazadənin komaya düşməsinin bir ili geridə qaldı. Keçən il fevralın 21-də diş müalicəsi üçün öz ayaqları ilə Bakı Sağlamlıq Mərkəzinə gedən uşaq həmin gündən yatağa məhkum olub. Valideynləri Xədicənin sağlamlığına görə məsuliyyət daşıyanların cəzalandırılması üçün mübarizə aparır.

Anası Şahnaz Mehdiyeva Bizimyol.info xəbər portalına danışır ki, bir il əvvəl – 2024-cü il fevralın 21-də övladını diş müalicəsi üçün Bakı Sağlamlıq Mərkəzində işləyən stomatoloq Bəhruz Rüstəmovun yanına aparıb. Onu “Instagram”da görüb, köməkçisi ilə əlaqə saxlayıb, vaxtı dəqiqləşdirib. Həmin günü Şahnaz Mehdiyeva belə xatırlayır: “Xədicənin 11 yaşına qədər heç bir xroniki xəstəliyi olmayıb. Suraxanı rayonundakı 318 saylı orta məktəbin 5-ci sinfində oxuyurdu. Əvvəldən qəbuluna yazıldığım diş həkimi Bəhruz Rüstəmovun yanına apardım. Köməkçisindən soruşmuşdum ki, sizdə sedasiya üsulu ilə müalicə aparılır? Demişdi ki, bəli. Sedasiya xəstənin şüurunu tam və ya qismən itirməsini təmin edən bir prosedurdur. Bu proses zamanı xəstə rahatlayır, amma tamamilə huşsuz olmur. Qiymətini də soruşdum, dedi ki, 150 manatdır. Uşağı yatırıb, bir neçə dişi eyni vaxtda müalicə eləyirlər. Özüm ali təhsilli müəlliməm, bu hadisəyə qədər də işləyirdim. Yəni yatırmaq deyəndə narkoz nəzərdə tutulduğunu biz bilməmişik. Elə bilirdik ki, adi iynədir, onunla keyidib, müalicə edirlər, uşaq hiss eləmir.

Biz fevralın 21-də getdik. Uşağın ağzının panoram rentgeni vardı. Həkim baxdı, dedi ki, hansı diş çəkilməlidir, hansı müalicə olunmalıdır. Bildirdi ki, eyni vaxtda 3 diş müalicə olunmalıdır. Dedi ki, başqa həkim gəlib, o, prosesə başlamalıdır. Sən demə, anestezioloqu nəzərdə tuturmuş. 5-10 dəqiqə gözlədik, Fərəh Amanova gəldi. Otağa daxil olanda uşağın adını, yaşını soruşdu. Dedi ki, biz prosesə başlayırıq, siz çöldə gözləyin. Ondan əvvəl diş həkimi də demişdi ki, gigiyena baxımından valideynlər çöldə gözləməlidir, iş üsulumuz belədir. İnandıq. Bunun anestezioloq olduğunu, narkoz verəcəyini bilmirik. Məndən uşağın yaşı və adından başqa heç bir məlumat soruşmasa da, özüm əlavə məlumatlar verdim ki, allergik uşaqdır, müəyyən qidalardan sonra səpir, hiperaktiv uşaq olduğuna görə əvvəllər İkram həkimin yanına aparmışam və s. Həkim də əlində telefonda “TikTok”a baxırdı, başı ona qarışmışdı, əhəmiyyət vermirdi. O vaxt Kamil Zeynallını Moskvada saxlamışdılar, bir-birinə bundan danışırdılar. Fərəh Amanova gördü ki, mən əl çəkmirəm, telefonla kiməsə zəng elədi, dedi ki, “Nərminə xanım, burada bir allergik uşaq var, onu yatırmalıyam, xahiş edirəm, mənə bir köməkçi göndərin”. Bir az keçdi, həmin o Nərminə gəldi, onun yanında bir də təkrar elədim ki, “allergik uşaqdır, ehtiyatlı olun iynə vuranda, həssasdır orqanizmi”. Dedilər ki, narahat olmayın”.

Şahnaz Mehdiyeva danışır ki, həyat yoldaşı ilə birlikdə kabineti tərk edib, uşağın dişinin müalicəsini gözləməyə başlayıblar. Bu müddətdə Bakı Sağlamlıq Mərkəzinin birinci mərtəbəsində yerləşən kafeyə gedib çay içiblər. Təxminən 20 dəqiqə sonra geri qayıdıblar. Deyir ki, elə liftdən çıxanda həmin otağın qarşısında ajiotaj görüblər: “Qaçdım ora, tibb bacısı dərhal qapını içəridən bağladı, bizi içəri qoymadı. İçəridə də bəlkə 7-8 həkim vardı. Arxamızca əlində elektroşok aparatı olan bir həkim gəldi, o, qapını döyürdü. Elə bilirdilər ki, bizik, açmırdılar. O həkim üçün qapını açanda yoldaşım da içəri girdi. Görüb ki, uşağı yerə uzadıblar, ürək masajı edirlər. Yoldaşımı dərhal çıxardılar. Çöldə mənim ürəyim gedib, məni təcili yardım şöbəsinə aparıblar. Yoldaşım çıxanda məni axtarmağa başlayıb”.

Ananın sözlərinə görə, kliniki ölüm qeydə alındığını anlayan diş həkimi və anestezioloq dərhal reanimatoloq Rauf Paşayevi köməyə çağırıb. Məhz reanimatoloq uşağın ürək fəaliyyətini bərpa etməyi bacarıb. Valideynlər hesab edir ki, beyin uzun müddət oksigensiz qalıb, buna görə də təməl yaşam funksiyalarını tam itirib, bir ildir ki, komadan ayılmır.

Şahnaz Mehdiyeva özü Bakı Sağlamlıq Mərkəzində ayılanda qızını soruşub. Öncə ona hər şeyin qaydasında olduğunu, Xədicənin bir-iki saata ayılacağını deyiblər. Üç gün Xədicəni Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində saxlayıblar: “Bu üç gündə nə baş verdiyini anlamırdıq - istər tibbi baxımdan, istər psixoloji baxımdan. Hər şey yuxu kimi gəlirdi. Elə bilirdim ayılacam, hər şey geridə qalacaq. Sinif yoldaşım var, anestezioloqdur, ona danışdım, vəziyyəti izah edəndə dəhşətə gəldi. Bir insan dəm qazından boğulanda və ya özünü asanda beyin uzun müddət oksigensiz qalır, hüceyrələr ölürsə, bu uşaqda da elə olub. Məsləhət gördülər ki, uşağı oradan çıxarıb ixtisaslı klinikaya aparaq. Çünki beyin üçün lazım olan aparatlar orada yoxdur. Beyin oksigensiz qalanda elə bir aparatda saxlayırlar ki, sağ qalan hüceyrələr də ölməsin. Mərkəzi Klinikadakı həkimlə danışdıq, dedi ki, hadisə günü gətirsəydiniz, bəlkə ümid olardı, ölməyən hüceyrələri xilas etməyə çalışardıq. Uşaq reanimatoloqu Anar Qurbanov gəlib baxdı, dedi ki, bu beyin uzun müddət oksigensiz qalıb ki, bu vəziyyətə düşüb. Ona görə də heç kim deyə bilməz ki, bu vəziyyətdən nə vaxt ayılar. Hətta aylar, illər çəkə bilər. Bir neçə ildən sonra özünə gəlsə belə, heç kimi tanımayacaq. Dil açıb danışmağı, yeriməyi sual altındadır. Hadisədən 4 gün keçəndən sonra öz istəyimizlə uşağı Mərkəzi Klinikanın reanimasiya şöbəsinə köçürdük. Uşaq 1 ay öz hesabımıza orada qaldı. Oyanma olmadı...”

Şahnaz Mehdiyeva onu da bildirir ki, koma vəziyyətində olan xəstə özü çeynəyə, qidanı uda bilmir. Bu səbəbdən bir ay sonra qərara gəliblər ki, evlərində xəstəxanaya uyğun şərait yaradıb, uşağı evə aparsınlar. Çünki xəstəxananın xərclərini də çatdıra bilməyiblər: “Məni öyrətdilər ki, hazır qidanı aptekdən alıb, boğazdan necə ötürmək lazımdır mədəyə. Evdə də xəstəxana şəraiti yaratdıq. Ona ancaq baxım lazımdır. Bir də fizioterapiya. Uzun müddət hərəkətsiz qalan adamda əzələlər yeyilir. Qohumlar bizə maddi yardım elədilər. Bir ay fizioterapiya üçün başqa bir özəl xəstəxanada yatırdıq. Ora da çox bahadır. İstəyirdik ki, heç olmasa, otura bilsin. Hamama apara bilək, qidalandıranda yerində otura bilsin. Amma o da olmadı. Maddi imkan çatmadı deyə, çıxarıb gətirdik evə. Anlamasında, hərəkətində heç bir irəliləyiş yoxdur. İlk gün necə idisə, indi də elədir. Hətta getdikcə daha da ağırlaşmalar olur əl-ayağında. Əvvəl əlləri açıq idi. İmkan olmadı fizioterapiyanın intensivliyinə, əllərdə otrafiya gedib. Qollar bükülüb, ayaqlar içəri doğru bükülüb. Beyinin eşitmə, görmə mərkəzləri – hamısı məhv olub”.

Ailə müayinənin nəticələrini müxtəlif ölkələrdə - Türkiyə və İsraildə fəaliyyət göstərən həkimlərə göstərib, onlardan məsləhətlər alıb. Şahnaz Mehdiyeva deyir ki, həm özləri, həm də yaxın qohumlar, hətta ev-eşiklərini satıb, Xədicənin sağalmasına xərcləməyə hazırdır. Lakin həkimlər hələ ki, bununla bağlı onlara ümidverici bir söz demirlər: “Ekspert rəyində yazılıb ki, guya Xədicənin beyninə təxminən 5 dəqiqə oksigen getmədiyinə görə bu vəziyyətə düşüb. Xarici həkimlər isə MRT nəticələrinə baxıb dedilər ki, bu uşağın beyni 5 dəqiqəyə bu vəziyyətə düşə bilməzdi, sizin övladınızın beyni təxminən 20 dəqiqə oksigensiz qalıb. Diskdəki beyin görüntüləri bunu deməyə əsas verir. Sadəcə, uşaq sağlam olub deyə, ürək masajı ilə onun dayanmış ürəyinin fəaliyyətini reanimotoloq Rauf Paşayev bərpa edib. Tibbdə belədir ki, beyin hüceyrələri uzağı 4 dəqiqə oksigensiz qala bilər. İsrailli həkim belə dedi. O, dedi ki, beyin hüceyrələri sonra yavaş-yavaş ölür. Xədicə hazırda bu vəziyyətdədir - digər orqanlar işləyir, beyin yox. Türkiyəli uşaq beyin cərrahları da eynisini dedilər. Hazırda ancaq ona baxım lazımdır. Əvvəl stomatoloq görüb ki, uşaq qaralır. Anestezioloqa xəbər verib. Ekrana baxanda görüblər ki, bütün göstəricilər sıfırdır. Təzyiq sıfır, ürək dayanıb. Başlayıblar adrenalin vurmağa. Masaj eləyiblər, reanimotoloqu çağırıblar. Reanimotoloq deyir ki, məni çağırandan 3 dəqiqə sonra çatdım. O, ürəyin fəaliyyətini bərpa edib”.

Şahnaz Mehdiyeva bildirir ki, anestezioloq uşağın qan analizini götürmədən, rentgen müayinələrini aparmadan, təzyiqini ölçmədən – orqanizmin vəziyyətindən xəbəri olmadan narkoz verib. Onun sözlərinə görə, hətta 5-10 dəqiqəlik əməliyyatda belə, narkoz verilirsə, mütləq ağciyərin durumu, qan azlığı olub-olmaması və s. öyrənilməlidir: “Bizdə olan məlumata görə, Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov Fərəh Amanovanın qohumudur. Öz əllərindədir, sonradan götürüb, analiz və rentgen sənədləri hazırlayıb, istintaqa təqdim ediblər. Mən də birmənalı şəkildə deyirəm ki, onlar saxtadır. Müstəntiqin əlində bizim klinikaya necə daxil olduğumuz, hara getdiyimizi əks etdirən görüntülərdən ibarət disk var. Göstərsinlər ki, biz nə vaxt laboratoriyaya gedib qan verdik? Biz nə vaxt rentgen otağına getdik? Sonradan saxta sənəd hazırlayıb verməklə deyil ki...”

Ailə Xədicə Babazadənin baxımına aylıq 2500-3000 manata qədər vəsait xərcləyir. Anası deyir ki, ona 570 manat pensiya kəsilib. Bu isə heç yeməyinə çatmır: “Qohum-əqrəba tükənmişik. Aptekdən hazır qida alırıq, ev yeməyi verə bilmirik, şlanq vasitəsilə mədəyə ötürürük. Hazır qidalar da çox bahadır, bir dənəsi 60 manat. Həftəyə 3 dənəsi gedir. Bez alırıq, əlavə baxım əşyaları alırıq. Beyin fəaliyyətsiz olduğuna görə başqa qayğılar ortaya çıxır”.

Şahnaz Mehdiyeva istintaqdan və bu iş üzrə rəy verən ekspertlərdən də narazıdır. Xədicə Babazadəyə qarşı baş verənlərlə bağlı Nərimanov Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ağır nəticələrə səbəb olduqda) maddəsiylə cinayət işi başlanıb. Bir neçə dəfə ekspertiza təyin olunsa da, hər dəfə ekspertlərin verdiyi rəylər əvvəlkindən fərqlənməyib. Rəylərdə yazılıb ki, uşağa göstərilmiş ambulator tibbi xidmət səhiyyə sistemində qüvvədə olan müvafiq qaydalara uyğun olub.

Ekspertlərin iddiasına görə, tibbi xidmətdən əvvəl bütün lazımi müayinələr - qanın ümumi analizi, kardioloji müayinə aparılıb, rentgen olunub.

Xədicə Babazadənin vəziyyətinin ağırlaşmasına səbəb isə anesteziya zamanı istifadə olunan anestetikə qarşı hiperhəssaslıq kimi dəyərləndirilib, xəstənin aldığı psixotrop dərmanlar risk faktoru hesab olunub.

Şahnaz Mehdiyeva bu rəyi övladına qarşı baş vermiş cinayətin üstünün ört-basdır edilməsi kimi qiymətləndirir. Onun sözlərinə görə, ekspert gəlib onun uşağını müayinə etmədən yazıb ki, Xədicə Babazadə diş müalicəsindən əvvəl psixotrop dərman qəbul etmişdi: “Mən Fərəh Amanovaya da demişdim ki, Xədicə hiperaktiv uşaq olduğuna görə 2022-ci ildə psixiatr yanına aparmışam. O vaxt içilən dərman iki il adamın qanında qalır? Belə rəy olar?! Ekspert Ceyhun Allahverdiyevə deyirəm ki, rəydə risk faktoru kimi psixotrop dərmanların qəbulu göstərilib. Hardan o qənaətə gəldiniz? Uşağın qanından nümunə götürdünüzmü? Bu uşaq həyatdadır axı, gəlib bir müayinə edərsiniz. İki il əvvəl olub psixiatr yanında. Belə bir rəy vermək üçün utanmaq lazımdır. Özüm aparıb onun qanını verdim ki, əlimdə sübut olsun. Mənim uşağımın qanında psixotrop maddə olmayıb”.

Diş həkimi nə deyir?

Stomatoloq Bəhruz Rüstəmov hadisəyə sosial mediada belə aydınlıq gətirib: “Köməkçim adı çəkilən 11 yaşlı Xədicəni 21 fevral 2024-cü il tarixinə mənim qəbuluma yazdı. Valideyni sedasiya ilə bağlı istəklərini bildirdiyinə görə təyin olunmuş vaxtda anestezioloq da klinikaya dəvət olundu. Öncədən Xədicənin valideyni sedasiya ilə bağlı istəklərini bildirdiyinə görə, təyin olunmuş vaxtda anestezioloqa da vaxt bildirildi və o da dəvət olundu. Hər iki valideyni uşağı panoram rentgeni ilə işlədiyim klinikaya gətirdi. Subyektiv və obyektiv müayinələrini etdikdən sonra ağız boşluğunda görülməli proseduralar haqqında məlumat verdim (21-ci dişin endodontik müalicəsi, 46-cı dişin restavrasiyası, 36-cı dişin endodontik müalicəsi). Sonra anestezioloqlar uşağın valideynləri ilə müvafiq danışıq, müayinə və razılaşmadan sonra valideynlərin prosedur otağından çıxmalarını xahiş etdilər. Anestezioloqla söhbət əsnasında o da məlum oldu ki, 11 yaşlı Xədicə psixiatr yanında mütəmadi müalicədədir. Ümumi intubasion anesteziyaya başladılar, tam monitorizasiya etdilər və mənim işə başlamağıma icazə verdilər. Mən də 30 dəqiqə ərzində bir neçə iş gördüm. Onu da qeyd etmək istəyirəm ki, pasiyent ümumi intubasion anesteziyada olduğuna görə yerli anesteziyaya ehtiyac yox idi və olunmadı. İlk gördüyüm iş 46-cı dişin restavrasiyası idi. Daha sonra 21-ci dişin endodontik müalicəsinə başladım. Kök kanallarının mexaniki, medikamentoz işlənməsindən sonra onu doldurdum. Prosedurun sonunda anestezioloq mənə işi təcili dayandırmalı olduğumu bildirdi. Mən işi saxladım və prosedur otağında olan anestezioloq pasiyentin vəziyyətini dəyərləndirdikdən sonra digər anestezioloq-reanimatoloqları prosedur otağına təcili çağırdı. Bundan sonra mən heç bir stomatoloji müdaxilə etmədim. Anestezioloq-reanimatoloqlar isə xəstənin intensiv müalicəsini davam etdirmək üçün işlədiyimiz klinikanın reanimasiya şöbəsinə yerləşdirdilər.

Xədicə balanın əzizlərini tam anlayıram və hadisə olan gündən vəziyyət daim diqqətimdə olub. Hazırda xəstənin müalicəsi ilə məşğul olan həkimlərlə daima təmasdayam, vəziyyəti barədə mütəmadi məlumat alıram. Məsələnin tibbi və hüquqi tərəflərini bir kənara qoyaraq Xədicə balamızın tez bir zamanda sağalmasını arzulayırıq”.

Bakı Sağlamlıq Mərkəzində Xədicə Babazadəyə qarşı baş verənlərlə bağlı Nərimanov rayon Prokurorluğunda istintaq davam edir.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Səhiyyə

4-03-2024, 19:02

Asiman Həsənov Bakı Sağlamlıq Mərkəzində baş verən hadisəni “ört-basdır“ edir?

Cəmiyyət

26-09-2024, 10:15

11 yaşlı körpənin həyatı ilə oynayıblar... - 6 aydır komadadır...

Gündəm / Cəmiyyət

29-12-2022, 18:25

Elman Rüstəmovun oğlu olduğunu deyən 14 yaşlı yeniyetmə İLHAM ƏLİYEVƏ Müraciət etdi - VİDEO

Cəmiyyət / Səhiyyə

4-08-2023, 11:53

Azərbaycanda səkkiz yaşlı uşaq həkim səhvinin qurbanı oldu - VİDEO

Mədəniyyət

26-07-2023, 15:45

Xalq artistini xəstəxanadan buraxıb, Bakıdan çıxmasına qadağa qoydular

Maraqlı

9-08-2022, 19:43

Bakıda üç gün komada qalan yeddi yaşlı uşaq ayıldı - FOTO

Dünya

13-08-2022, 13:30

Üç aylıq körpəsini yerə çırpan gənc ana həbs edildi

Səhiyyə

9-08-2022, 11:20

Üç gün komada qalan yeddi yaşlı uşağın həyatı xilas olunub

Gündəm / Cəmiyyət

30-07-2024, 10:56

Bakıda məktəbin həyətində 18 yaşlı gənci cərəyan vuraraq öldürüb

Gündəm / Hadisə

23-02-2024, 17:49

Faciəli şəkildə ölən müəllimlərin FOTOSU

Dünya

25-09-2022, 12:02

ABŞ-da 3 yaşlı uşaq anasını güllələdi

Gündəm / Cəmiyyət

21-02-2024, 18:56

Anası tərəfindən xəsarət yetirilən azyaşlı ilə bağlı araşdırma aparıldı

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
19-07-2026, 15:30
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
17-07-2026, 13:42
Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
16-07-2026, 10:57
Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
16-07-2026, 10:07
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
15-07-2026, 19:00
Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü
15-07-2026, 17:47
Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb
Xəbər lenti
  • Bu gün, 19:34
    Yusif Seyidova icra hakimiyyətində YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO
  • Bu gün, 19:00
    Biznes Şurası - Bakı və Berlin arasında iqtisadi dialoqun yeni səviyyəsi kimi
  • Bu gün, 18:30
    Sabah direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
  • Bu gün, 18:04
    GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
  • Bu gün, 18:00
    Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb
  • Bu gün, 17:40
    Baku TV-nin çəkiliş qrupu Bioloji Təbabət Klinikasının qarşısında hücuma məruz qalıb.
  • Bu gün, 17:25
    Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar
  • Bu gün, 15:34
    Ömürlük əlil və azyaşlı uşaq avtobus sürücüsünün kobud davranışı ilə üzləşdi – BakuBus-dan araşdırma tələb olunur
  • Bu gün, 15:30
    Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub
  • Bu gün, 15:08
    Özəl Klinikalara nəzarət itib - "Vital Hospital"da ölü doğulan uşağı zirzəmiyə atıblar - VİDEO
  • Bu gün, 14:57
    Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
  • Bu gün, 14:48
    Adil Vəliyev qanun-qayda-tanımır? - Agacları məhv edib tikinti aparanlara yaşıl işıq... - VİDEO
  • Bu gün, 14:31
    Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib
  • Bu gün, 14:06
    Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq
  • Bu gün, 14:00
    Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq
  • Bu gün, 13:31
    Cavid Qurbanov Mariana Vasilevaya niyə vəzifə verdi? -Pərdəarxası səbəblər
  • Bu gün, 13:18
    Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq
  • Bu gün, 13:05
    KTM bizi necə lağa qoydu? - Milyonlar ayrılan səhiyyə və PVC su borusundan xərək...
  • Bu gün, 12:54
    Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir
  • Bu gün, 12:12
    Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq - Milyonlar necə xərclənir?
  • Bu gün, 11:59
    Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb
  • Bu gün, 11:43
    Naxçıvanda Fuad Nəcəfli Dövrünün Rəzalət Xronikası-Batabatda Şərab Süfrələri, Dövlət Postunda Savadsız Xanımlar!
  • Bu gün, 11:34
    Hindistan Rusiya diplomatını XİN-ə çağırıb
  • Bu gün, 10:21
    İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk
  • Bu gün, 10:00
    "Axios": Vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklif edib
  • Bu gün, 09:30
    Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq
  • Bu gün, 09:00
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə edilir
  • Dünən, 23:21
    Bakı Merinin tapşırığı Yasamalda niyə işləmir? Mübahisəli tikinti diqqət mərkəzində VİDEOFAKT
  • Dünən, 21:38
    FHN-dən Sədərək bazarında baş verən yanğınla bağlı yayılan görüntülərə aydınlıq gətirildi
  • Dünən, 20:09
    MN nümayəndə heyəti Yaşar Gülerlə görüşdü
  • Dünən, 20:01
    Nyu-Yorkda naməlum şəxs "Federal Plaza"nın qarşısında yanğın törədib
  • Dünən, 19:44
    Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır - BİRGƏ MƏLUMAT
  • Dünən, 18:21
    Dubaydan gəlməyən avtomobillər, itib-batan pullar
  • Dünən, 18:01
    "UĞUR-777" Estetik Mərkəzi və vətəndaş Gülbadə Abdullayeva ilə bağlı mediada yayılan məlumatlara dair açıqlama
  • Dünən, 17:22
    Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə