Şimal dənizində Böyük Britaniya sahillərində tankerlə yük gəmisi toqquşub.
Bu haqda “Sky News” məlumat yayıb.
Məlumata görə, toqquşma nəticəsində ən azı 32 nəfər xəsarət alıb.
Telekanalın məlumatına görə, lövbərdə olan ABŞ bayrağı altında üzən “Stena Immaculate” neft tankerində və ona çırpılan Portuqaliya bayrağı altında üzən “Solong” konteyner gəmisində olanların dəqiq sayı barədə təsdiqlənmiş məlumat yoxdur.
“BBC” “Stena Immaculate” gəmisinin bütün ekipaj üzvlərinin xilas edildiyini açıqlayır.