• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Bakı sakini Lalə Qasımovadan rəsmi müraciət:

Cəmiyyət

12-05-2025, 12:54

“Keçmiş gəlinimin yaydığı böhtanlara cavab olaraq – oğlumun, nəvələrimin və öz adımın hüquqlarını qoruyuram.”

Hörmətli Birinci vitse-prezident Mehriban Əliyevaya
Bakı şəhəri sakini, iki nəvənin nənəsi Lalə Qasımova İbrahim qızı tərəfindən

Rəsmi cavab müraciəti

Hörmətli Mehriban xanım,


Bu müraciəti Sizə bir ana, bir nənə və vicdanı olan Azərbaycan qadını kimi yazıram. Son günlərdə keçmiş gəlinim Məmmədova Tünzalə Yaşar qızının bakunews.az xəbər portalında ictimailəşdirilmiş müraciətinə cavab vermək məcburiyyətində qaldım. Orada səsləndirilən fikirlər ailəmizi ləkələməyə, ictimai rəyi çaşdırmağa yönəlmiş yalan və böhtanlarla doludur.

O yazıda həm oğlum Ənvər Qasımova, həm də mənə qarşı səsləndirilən ittihamlar qərəzli, böhtan xarakterli və hüquqi məsuliyyətdən yayınmaq üçün uydurulmuş iftiralardır. Mən bu cavab məktubu ilə sadəcə həqiqəti ortaya qoymaq və dövlətimizi bu cür yalanlara qarşı məlumatlandırmaq istəyirəm.

2007-ci ildə oğlum Ənvər Məmmədova Tünzalə ilə ailə həyatı qurdu. Bu nikahdan iki oğul övladları dünyaya gəldi: biri 2009-cu il təvəllüdlü Qasımov Nicat, digəri isə 2013-cü il təvəllüdlü Qasımov Mikayıl. Tünzalənin ailədəki davranışları illər boyu bizi yormuş, nəvələrimi psixoloji və fiziki olaraq əzmiş, ailə içində gərginlik və zərərli mühit yaratmışdır.

Mən, bir ana və nənə kimi, bu uşaqların hər addımında, inkişaflarında, tərbiyə olunmalarında daima yanlarında olmuşam. Tünzalə isə, nəinki ana məsuliyyətini yerinə yetirməyib, hətta övladlarına qarşı zorakılıq, təhqir və mənəvi laqeydlik göstərmişdir. Nəticədə uşaqlar böyüdükcə, analarına qarşı qorxu hissi inkişaf etmiş və məhkəmədə açıq şəkildə ataları ilə qalmaq istədiklərini bildirmişlər.

2022-ci ildə boşanma prosesi başlanmış və həmin proses çərçivəsində uşaqların kimdə qalacağı məsələsinə baxılmışdır. Məhkəmə, uşaqların fikirlərini, sosial rifahını və psixoloji təhlükəsizliyini nəzərə alaraq, uşaqların atada qalması ilə bağlı qanuni qərar vermişdir.

Eyni zamanda, keçmiş gəlinimin “Bakıdakı evdən qanunsuz çıxarıldım” və “cehiz və əşyalarım evdə qalıb” deməsi də tamamilə yalandır. O, həmin evdə uzun müddət yaşamadığı üçün rəsmi məhkəmə qərarı ilə qeydiyyatdan çıxarılıb. Əşyalarının isə tamamını özü ilə aparmışdır – buna qonşular daxil hər kəs şahiddir ki, çıxanda öz çamadanları ilə gedibdir.

Tünzalə məhkəmədə ancaq ev tələbində olmuşdur. Açıq şəkildə bəyan etmişdir ki, yalnız ona ayrıca mənzil verilsə, uşaqlarına baxar. Halbuki nə onu evdən qovublar, nə də ona qarşı hansısa məcburiyyət olub. O özü könüllü şəkildə evdən çıxmışdır və qonşular da bunu təsdiq edə bilər ki, Tünzalənin anası onu qızışdırırdı ki, “çıx, gəl Mingəçevirə.” Biz ona dəfələrlə demişik ki, “qayıt evinə, uşaqlarına yiyə dur, səndən heç kim heç nə tələb etmir,” lakin o yenə öz dediyində duraraq bildirmişdir: “Mənə ev verilsə, uşaqlara baxaram, yoxsa heç bir uşağa baxan deyiləm.”

Uşaqlar da bunu təsdiq edə bilər. Böyük nəvəm Nicat, anasını görmək istədiyini deyəndə, Tünzalə ona açıq şəkildə demişdi: “Get atanla qal, səni istəmirəm.” Bunu Nicatın özündən də soruşmaq olar.

Tünzalənin “paltarlarım Bakıda qalıb” iddiası da yalandır. Allah şahiddir, qonşular da şahiddir ki, hər dəfə anasının yanına gedəndə, hətta qızıllarına qədər bütün əşyalarını özü ilə aparmışdır. Bizə onun heç bir əşyası lazım deyil. Yazır ki, cehizlərim qalıb – yalnız 2 ədəd servis, bir neçə bakal və vazadan ibarət bəzi əşyalar qalıb. Nə vaxt istəsə gəlib apara bilər. Heç vaxt onun hansısa əşyasını aparmasına mane olmamışıq.

Biz ona uşaqları təklif edəndə, hətta hər ay uşaqlara görə 500 manat maddi yardım etməyə, geyim və digər ehtiyaclarını qarşılamağa hazır olduğumuzu da bildirmişik. Amma o və anası bu təkliflərə də razı olmayaraq yalnız ev tələbi ilə israr ediblər.

O bizə təzə gəlin gələndə mən bir ana kimi nə qədər istədim ki, ona ingilis dili öyrədim, kitablar aldım, uşaqlara da faydası olsun deyə maraqlı, öyrədici ədəbiyyatlar təqdim etdim. Həm uşaqlarla maraqlansın, həm özü inkişaf etsin istədim. Amma o heç birinə yaxın durmadı.

Eyni zamanda istədim ki, bir sənət öyrənsin – gələcəkdə uşaqlarına dayaq olar. Amma ona da maraq göstərmədi. İndi isə deyir: “Təhsilim yoxdur, sənətim yoxdur.” Bəs günah kimdədir?

Onu da deyə bilərəm ki, yemək bişirməyə doğrudan da qabiliyyəti var idi. Amma onu da faydaya çevirmək istəmədi.

Tünzalənin iddiasına görə, guya uşaqların tərbiyəsi pozulub, o buna etiraz edib və buna görə alimentə verilib. Bu, tam yalandır. Mən uşaqların tərbiyəsi ilə gecə-gündüz məşğulam. Evimizə müəllimələr gəlir, uşaqlar 5 yaşından təhsil alır, idmana – üzgüçülük və güləşə göndərilir, daim nəzarət altındadırlar. İki nəvəm də bu gün öz yaşlarına görə özlərini yaxşı aparırlar.

Uşaqlar nə vaxt tətildə anasının yanına göndərilsələr, orada 2–3 həftə qalmaları nəzərdə tutulsa da, heç 5 gün belə saxlanılmırlar. “Siz pis uşaqlarsınız, nadinclik edirsiniz” deyərək, anası ilə birlikdə uşaqlara qarşı qapını göstərirlər və “çıxın, gedin burdan” deyib onları Bakıya geri göndərirlər. Tünzalə özü uşaqları gətirib qapımıza qoyub çıxıb gedirdi.

Hal-hazırda Tünzalə uşaqların birini istəmir – sadəcə aliment ödəməmək üçün yalnız birini saxlamaq istəyir. Mən isə həmişə ona yalvarmışam ki, bu qardaşları bir-birindən ayırma. Bu, nə insani, nə də analıq baxımından düzgün deyil.

Digər tərəfdən, Tünzalə deyir ki, “mən Amerikaya gedib biznes qurmuşam.” Bu da yalandır. Mən, Lalə Qasımova, sadəcə qızımın evində müəyyən müddət qalıram və orada qızımın uşağına baxıram və aylarla evdən çıxmıram. Mənim orada heç bir biznesim, gəlirim, sosial yardımım yoxdur. Onu da çox asanlıqla araşdırıb baxa bilərsiniz. Sonra Tünzalə deyir ki, guya mən onun uşaqlarını Amerikaya qaçırtmaq istəyirəm. Bu son dərəcədə gülməli və absurd bir düşüncədir. Mən bunu necə özbaşına edə bilərəm?! Bəli, 2019-cu ildə bacı-qardaş arasında söhbət oldu və Tünzalə də bu söhbətin içində idi, onlar razılığa gəldilər ki, Amerikaya ailə-birləşməsi ilə bağlı sənəd müraciəti etsinlər. Bu sənədlər hal-hazırda əlimizdə var, Tünzalənin özünün də adı var o sənədin içində ki, bu da onun yalanını üzə çıxarır.

Biznes fəaliyyəti ilə məşğul olan yeganə şəxs Tünzalənin atası Məmmədov Yaşardır. O, Mingəçevir şəhərində kiçik ticarət obyektinə malikdir, kifayət qədər imkanlıdır. Onların yaşadığı ev Mingəçevir şəhəri, Nizami küçəsi 12, mənzil 23 ünvanında yerləşir – yüksək təmirli, bahalı mebellərlə dolu, şəhərin mərkəzində yerləşən evdir.

Ana kimi nə tərbiyədə, nə də mənəvi olaraq uşaqlarının həyatında iştirak etmirsə, heç olmasa qanunla üzərinə düşən maddi öhdəliklərini yerinə yetirməlidir. Bu, sadəcə hüquqi deyil, həm də insani borcdur.

Hörmətlə,
Lalə Qasımova İbrahim qızı
Bakı şəhəri sakini, iki nəvənin nənəsi

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-04-2025, 10:32

Mingəçevirdə qadını sifarişlə həbs etdirmək istəyirlər?Şok müraciət!

Gündəm / Cəmiyyət

28-02-2024, 16:42

Lalə Şövkətin səhhəti normaldır - Ailəsindən iddialara CAVAB

Cəmiyyət

28-01-2025, 10:37

“SAHİL BABAYEV, İNSAFIN OLSUN...” - Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir

Cəmiyyət

9-12-2024, 16:20

Ömrülük məhbusun anasından rəsmi qurumlara MÜRACİƏT - “Oğlumu türmədə ölümə təhrik edirlər”

Cəmiyyət

25-09-2024, 19:11

“Dövlət Məşğulluq Agentliyinə 2 ay əvvəl müraciət etmişəm, hələ də cavab gəlməyib” - İmişli sakini rəsmi qurumlardan ŞİKAYƏTÇİDİR

Siyasət

15-11-2022, 23:00

Ulu Öndər Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizdir.

Cəmiyyət

22-02-2025, 16:48

Şəhid, və Qarabağ veteranı anası Prezidentdən mədət umur: "Bu məmurlar özlərini ağa hesab edirlə..." FOTO

Gündəm

29-09-2023, 09:15

Qənirə Paşayeva ilə görüşlərimiz də mənə demişdir ki....

Siyasət

25-08-2022, 20:14

Vladimir Putin Mehriban Əliyevanı təbrik edib

Cəmiyyət / Bölgə

24-06-2023, 18:49

AQTA-nın Quba-Xaçmaz Regional Bölməsində ÖZBAŞINALIQ

Dünya

27-08-2024, 17:19

Putin Mehriban Əliyevanı təbrik etdi

Bölgə / Olay

11-10-2023, 10:36

"İcra başçısı mənimlə şəxsi qərəzçilik aparır" -ŞƏHİD ANASI

Araşdırma
Göyçay Peşə Liseyində qanunsuzluq və saxtakarlıq iddiaları: Məktəb həyətində dua-cadu və televiziya şousu
Gəncə Ağır Cinayətlər Məhkəməsindən Müqayis Verdiyev azad ediləcək... - Vətəndaş İnam Kərimovdan soruşur hakim cinayətkarı necə azad edir?
Sumqayıtda 34 nömrəli məktəbin direktoru və qanunsuzluqla bağlı şok iddialar – Müəllimlər və valideynlər Regional rəhbərdən imdad diləyir
Müqayis Verdiyevin "Abu Dabi N1" Avtosalonu: "Dələduzluq iddiaları və Əli Kərimli ilə siyasi bağlantılar"
Sumqayıt şəhəri 23 nömrəli məktəbdə rüşvət və qanunsuzluq iddiaları
AAF Parkda qanunsuz tikinti narazılıqları alovlandırır – Sakinlərin səsi eşidiləcəkmi? VİDEO
Hadisə
Dünən, 11:33
Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb
12-06-2025, 09:17
Sabirabadda mağazada meyit tapılıb.
10-06-2025, 17:35
Dərya qarpızdan zəhərlənməyib - Rəsmi
9-06-2025, 18:23
DSX-nin hərbi qulluqçusunun ölümü ilə bağlı cinayət işi başlanılıb
8-06-2025, 10:00
Sabunçu bazarında yanğın olub
5-06-2025, 11:23
İcra Hakimiyyətinin şöbə müdirinə elektron qolbaq taxıldı
Xəbər lenti
  • Dünən, 16:13
    "Cafe city"dən aldığı yeməyin içindən qurd çıxdı VİDEO
  • Dünən, 16:00
    Azərbaycandan göndərilmiş 20 tondan çox kartof Rusiyaya buraxılmayıb
  • Dünən, 15:53
    Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
  • Dünən, 15:41
    Ərdoğanla Putin İsrail-İran qarşıdurmasını müzakirə edib
  • Dünən, 15:37
    Məktəb direktorunun oğlu jurnalisti ölümlə hədələdi – Təhsil portalının rəhbəri paylaşım edib
  • Dünən, 15:32
    “AzToyuq” MMC-nin vergi borcu yaranıb
  • Dünən, 15:08
    Saatlının üç kəndində qaz kəsiləcək
  • Dünən, 14:59
    Əməliyyat zamanı eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovanı hansı məmur himayə edir? – MƏRHUMUN ANASINDAN PREZİDENTƏ MÜRACİƏT
  • Dünən, 14:39
    Kreml: Rusiya İsrail - İran münaqişənin həlli üçün hər şeyi etməyə hazırdır
  • Dünən, 14:32
    Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
  • Dünən, 14:17
    İdmançı yarış zamanı buzlaqdan yıxılaraq ölüb
  • Dünən, 14:12
    Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
  • Dünən, 12:46
    İran parlamentinin sədri: İsrail heç bir “qırmızı xətt”ə riayət etmir
  • Dünən, 12:38
    Gədəbəydə məmurlar QOÇULUQ EDİR - NARAZILIQ VAR...
  • Dünən, 12:21
    QMİ rəsmisi: Azərbaycanlı zəvvarlar Mədinə hava limanındadır
  • Dünən, 12:12
    Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -VİDEO
  • Dünən, 11:33
    Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb
  • Dünən, 11:27
    İsrail HHQ "Sepah"ın Qüds Qanadının komanda mərkəzinə zərbə endirib
  • Dünən, 10:56
    I və IV qrupların cavabları nə vaxt elan olunacaq?
  • Dünən, 10:48
    Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
  • Dünən, 10:19
    KİV: İranda İsrail üçün casusluqda təqsirli bilinən şəxs edam edilib
  • Dünən, 00:28
    Şəhid ailələrinin yaşadığı binanın həyətinə kanalizasiya axıdılır - Balakəndə biabırçı mənzərə – VİDEO
  • 15-06-2025, 23:30
    MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
  • 15-06-2025, 15:00
    DTX Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx paylaşıb
  • 15-06-2025, 14:00
    Azərbaycan lideri: Yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır
  • 15-06-2025, 13:00
    Prezident: Azərbaycan bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarıdır
  • 15-06-2025, 12:00
    İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
  • 15-06-2025, 11:30
    KİV: İranın zərbəsindən sonra İsraildə araşdırma mərkəzi yanıb
  • 15-06-2025, 11:27
    FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  • 15-06-2025, 11:00
    Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə əlaqədar paylaşım edib
  • 15-06-2025, 10:47
    “Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı.”
  • 15-06-2025, 10:39
    İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
  • 15-06-2025, 10:25
    Azərbaycanda Milli Qurtuluş Günüdür
  • 14-06-2025, 15:03
    Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
  • 14-06-2025, 14:37
    İranda 5 nəfər İsrailə casusluqda ittiham edilərək həbs olunub
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə