Sizin reklam burada 728×90
Son dəqiqə

Məcnun Məmmədov Ucarda vətəndaşları qəbul edəcək

16.02.2026 13:55 196 1 dəq oxunur
Məcnun Məmmədov Ucarda vətəndaşları qəbul edəcək
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ucarda vətəndaş qəbulu keçirəcək.

Məcnun Məmmədov fevralın 20-də saat 09:00-da Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Ucar, Ağdaş, Göyçay, Kürdəmir, Yevlax, Mingəçevir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən bu rayonların sakinləri Ucar DAİM-ə (050-274-24-40) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az