Azərbaycan Respublikası Mediasiya Şurası İntizam Komissiyasının sədr müavini, Bakı 22 saylı Mediasiya Təşkilatının təsisçisi Orxan Mahmudovun müəllifi olduğu “Mediasiya: 100 sual / 100 cavab” adlı kitabın ictimai təqdimatı keçirilib.
Təqdimat mərasimində Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova, İntizam Komissiyasının sədri Mayıl Bayramov, mediasiya təşkilatlarının direktorları, mediatorlar və vəkillər iştirak ediblər.
Çıxış edənlər mediasiya sahəsində elmi-nəzəri vəsaitlərin əhəmiyyətini vurğulayaraq bildiriblər ki, yeni nəşr müxtəlif auditoriyalar üçün praktik bələdçi rolunu oynayacaq və mediasiya ilə bağlı əsas suallara hüquqi əsaslandırılmış cavablar təqdim edir.
Müəllif Orxan Mahmudov qeyd edib ki, kitabda mediasiya sahəsinin əsas anlayışları, prosesin mərhələləri, sessiyaların təşkili, mediatorların vəzifə öhdəlikləri və peşə xüsusiyyətləri daxil olmaqla ümumilikdə 100 sual cavablandırılıb.
Qeyd edək ki, nəşr Türk Dünyası Arabulucular Birliğinin dəstəyi ilə işıq üzü görüb.
Bakunews.az-a daxil olan məlumata görə, təqdimat mediasiya sahəsində maarifləndirmə istiqamətində atılan növbəti addım kimi qiymətləndirilib.