• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri

Cəmiyyət

30-03-2026, 15:01

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqələrinin nəticələrini və layihələrin icrasını təhlil etdikcə daha ciddi və narahatedici mənzərə ortaya çıxır. Kağız üzərində sosial problemlərin həlli üçün ayrılan vəsaitlər praktikada ya formal tədbirlərə çevrilir, ya da layihənin adı ilə icra olunan fəaliyyətlər arasında açıq uyğunsuzluq yaranır. Təəssüf ki, bu artıq tək-tük hal deyil. Bir neçə layihənin təhlili göstərir ki, layihənin təqdimat mərhələsində yazılan məqsəd və vəzifələrlə real fəaliyyət arasında ciddi fərqlər var. Daha təhlükəlisi isə odur ki, bu uyğunsuzluqlar donor qurum tərəfindən ya görülmür, ya da görməzliyə vurulur(?)

Görünür tapşırıq böyük yerdən olur.

2025-ci ildə maliyyələşdirilmiş layihələrdən biri də “Üfüq” Xeyriyyə Cəmiyyətinin həyata keçirdiyi “Bullinqə məruz qalan məktəblilər arasında ictimai vəkillik” adlı layihədir. Layihənin adı ilk baxışdan çox həssas və vacib sosial problemə yönəldiyini göstərir. Məktəblərdə bullinqə məruz qalan uşaqlarla işləmək, onların hüquqlarını müdafiə etmək və bu istiqamətdə ictimai vəkillik aparmaq olduqca ciddi, həssas və peşəkar yanaşma tələb edən sahədir. Bu cür layihələrdə uşaqların məxfiliyi, psixoloji vəziyyəti və təhlükəsizliyi əsas prioritetlərdən biri olmalıdır.

Lakin layihə barədə ictimaiyyətə açıqlanan cəmi iki media məlumatı və Yenixeber.org-a ötürülən faktlar göstərir ki, layihənin adı ilə faktiki icrası arasında ciddi uyğunsuzluq var....

Birinci, açıqlamada tədbirin Bakı şəhərində yerləşən 83 saylı məktəb-liseydə keçirildiyi və əsas iştirakçıların valideynlər olduğu qeyd olunur. Təlimdə bullinq haqqında ümumi məlumat verildiyi, valideynlər arasında müzakirələr və rol oyunları keçirildiyi bildirilir. Daha sonra psixoloq tərəfindən “Kaktus” terapiyasında çəkilmiş rəsmlərin izahı aparıldığı qeyd edilir.

Burada ilk sual ortaya çıxır: əgər layihə “bullinqə məruz qalan məktəblilər arasında ictimai vəkillik” adlanırsa, niyə əsas fəaliyyət valideynlər üçün keçirilən maarifləndirici təlimlə məhdudlaşır? Bu, mahiyyət etibarilə sadə maarifləndirmə tədbiridir və ictimai vəkillik fəaliyyəti ilə ciddi şəkildə fərqlənir. İctimai vəkillik dedikdə sistemli problemlərin qaldırılması, qərarverici qurumlara təsir, siyasət və ya qaydalarda dəyişiklik təşəbbüsləri nəzərdə tutulur. Verilən məlumatlarda isə belə bir fəaliyyətin izinə belə rast gəlinmir.

İkinci açıqlama isə vəziyyəti daha da problemli göstərir. Xırdalan şəhərində yerləşən 1 saylı məktəbdə keçirilən tədbirdə 25-dən çox məktəblinin iştirak etdiyi, onlara bullinq barədə məlumat verildiyi və praktiki oyunlar keçirildiyi bildirilir. Daha sonra psixoloq tərəfindən “Kaktus” modeli adlı qrup terapiyası keçirildiyi qeyd olunur və sosial işçi ilə hüquqşünas tərəfindən 15 məktəblinin sosial və hüquqi qiymətləndirilməsinin aparıldığı bildirilir.

Əgər layihə doğrudan da bullinqə məruz qalan uşaqlarla işləməyi nəzərdə tutursa, burada çox ciddi etik və hüquqi suallar yaranır. Bullinq qurbanları ilə işləyən layihələrdə uşaqların şəxsiyyəti, məktəbi, hətta çox vaxt onların iştirak faktı belə məxfi saxlanılır. Çünki belə məlumatların açıq şəkildə paylaşılması uşağın məktəb mühitində daha böyük təzyiq və stiqmatizasiya ilə üzləşməsinə səbəb ola bilər. Lakin layihə barədə yayılan məlumatlarda tədbirin keçirildiyi məktəbin adı açıq göstərilir, iştirak edən uşaqların fotoları paylaşılır. Bu isə uşaqların məxfiliyinin qorunması baxımından ciddi problemlər yaradır.

Daha bir ciddi məqam “sosial və hüquqi qiymətləndirmə” məsələsidir. Media məlumatında bildirilir ki, sosial işçi və hüquqşünas tərəfindən 15 məktəblinin sosial və hüquqi qiymətləndirilməsi aparılıb.

Burada sual yaranır: bu qiymətləndirmə hansı metodologiya əsasında aparılıb? Valideynlərin yazılı razılığı varmı? Məktəb rəhbərliyi və ya müvafiq dövlət qurumlarının iştirakı təmin olunubmu? Uşaqların hüquqi və psixoloji vəziyyətinin qiymətləndirilməsi çox ciddi peşəkar standartlar tələb edən prosesdir və bunu sadə bir layihə tədbiri çərçivəsində formal şəkildə həyata keçirmək ciddi məsuliyyət yarada bilər.

Bütün bunlar göstərir ki, layihənin təqdim olunan konsepsiyası ilə real fəaliyyətlər arasında ciddi fərq var. Layihənin adı ictimai vəkillikdən bəhs edir, amma icra sadə maarifləndirmə təlimlərindən ibarət görünür. Hətta bu təlimlərin də bullinq qurbanlarının məxfiliyini qoruyan peşəkar standartlara uyğun keçirilib-keçirilmədiyi ciddi şübhə doğurur.

Bu vəziyyət eyni zamanda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin layihələrin icrasına nəzarət mexanizmlərinin nə qədər zəif olduğunu göstərir. Layihə idarəetməsi və monitorinq sahəsində kifayət qədər təcrübəsi olmayan şəxslər belə həssas mövzular üzrə layihələrin keyfiyyətini və risklərini düzgün qiymətləndirə bilmirlər. Nəticədə isə kağız üzərində sosial problemlərin həlli üçün ayrılan dövlət vəsaitləri formal tədbirlərlə “hesabatlaşdırılır”.

Digər tərəfdən, burada QHT-nin donor qurumu faktiki olaraq yanıltması ehtimalı da görünür. Layihə təqdim olunarkən bullinq qurbanlarının hüquqlarının müdafiəsi və ictimai vəkillik kimi ciddi fəaliyyətlər vəd edilir, lakin icra mərhələsində bu fəaliyyətlər sadə seminar və təlim formatına endirilir. Bu isə layihənin məqsəd və nəticələrinin şişirdildiyini göstərir.

Məsuliyyət yalnız donor qurumun və QHT-nin üzərinə düşmür. Layihələrin məktəblərdə keçirilməsi üçün müəyyən razılıqların verildiyi də aydındır. Bu baxımdan Elm və Təhsil Nazirliyinin və yerli təhsil strukturlarının da məsuliyyəti ortaya çıxır. Məktəblərdə belə həssas mövzular üzrə fəaliyyətlərə icazə verilərkən layihənin metodologiyası, uşaqların hüquqlarının qorunması və etik standartlara uyğunluğu ciddi şəkildə qiymətləndirilməlidir.

Təəssüf ki, görünən mənzərə ondan ibarətdir ki, nə donor qurum, nə layihəni icra edən təşkilat, nə də məktəb mühiti bu prosesdə tələb olunan peşəkarlıq və məsuliyyət səviyyəsini nümayiş etdirir. Layihənin adı ilə real fəaliyyəti arasında uçurum var, uşaqların məxfiliyi isə faktiki olaraq nəzərə alınmır. Bu isə təkcə bir layihənin problemi deyil – QHT sektorunda dövlət vəsaitlərinin necə xərcləndiyi ilə bağlı daha geniş və sistemli suallar doğuran bir nümunədir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Üfüq” Xeyriyyə Cəmiyyətinin bu layihəsi üçün 10 min manat vəsait ayırıb.

Qeyd edək ki, “Üfüq” Xeyriyyə Cəmiyyətinin 29 dekabr 1999-cu ildə dövlət qeydiyyatına alınıb. QHT-nin təsisçiləri Akif Əhmədov, Şəhla Əhmədova, Dilarə Vəzirova və Fuad Süleymanov olub. Təşkilatın sədri Akif Əhmədov əvvəllər Avropa Birliyinin hüquqşünası vəzifəsində çalışıb.

Hazırda təşkilatın sədri Nuriyya Abbasovadır. O, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2021-2025-ci illərdə Müşahidə Şurasının üzvü olmuş Günel Səfərovanın xalası qızıdır(?)

Yenixeber.org




Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

14-10-2025, 12:54

QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:QHT sədrindən növbəti ŞOK FAKTLAR/FOTOLAR

Gündəm

24-11-2025, 15:05

QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –SENSASİYALI FAKTLAR

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Cəmiyyət

25-12-2025, 10:19

Aygün Əliyeva “ölü QHT”ni dirildib, "özəlləşdirib" -“Rəfiqə qrantları” seriyasından.../FOTOLAR

Cəmiyyət

3-10-2025, 11:25

QHT sektoru iki yerə bölündü, rəhbərliyin sevimliləri və “düşmən”lər… Layihə icra olunmadan 35230 manat məbləğində vəsait silinmişdi

Cəmiyyət

14-08-2025, 10:44

QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -ŞOK FAKTLAR

Cəmiyyət

6-02-2026, 11:55

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -FOTOLAR

Cəmiyyət

26-01-2026, 10:49

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -FOTOLAR

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Cəmiyyət

28-01-2026, 15:46

QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -Bu sistemdə əsas olan münasibətlər və vərdişlərdir

Gündəm / Cəmiyyət

21-01-2026, 11:16

QHT Agentliyinin “Məlahətli Ana” seçimi -Dövlət suverenliyi necə təhlil edilir?

Cəmiyyət

12-01-2026, 18:00

Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-Nəzarət mexanizmi dəyişməlidir/FOTOLAR

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Dünən, 10:59
“Daewoo” yol kənarındakı maşınlara çırpıldı - Ölən var
Dünən, 10:00
33 yaşlı kişi Qarabağ kanalında batıb
26-07-2026, 13:00
Dənizdə batan Ümid müstəntiq işləyirmiş
26-07-2026, 10:30
Şəkidə maşın piyadaları vurdu - 1 ölü, 1 yaralı
26-07-2026, 10:00
Xəzərdə zəlzələ oldu
25-07-2026, 13:30
Qəçrəşdəki restoranda 29 yaşlı oğlan öldü
Xəbər lenti
  • Bu gün, 12:21
    Şagirdlərin sinifdə saxlanılması - məktəb direktorlarının qara bazarı
  • Bu gün, 12:11
    Mer: Türkiyə Akyaka-Gümrü dəmir yolu sahəsinin yenidən qurulmasına başlayıb
  • Bu gün, 11:23
    Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir — Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət
  • Bu gün, 11:05
    Küləkli hava günortadan sonra tədricən mülayimləşəcək
  • Bu gün, 10:50
    "Effekt-İnşaat" MTK-nın dövlətə 294 min manatdan çox BORCU VAR
  • Bu gün, 10:25
    Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır
  • Bu gün, 10:16
    “Şapka Mamed”in ətrafında çəmbər daralır - 100 milyonluq kredit maxinasiyası
  • Bu gün, 10:02
    Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır
  • Bu gün, 09:48
    Azərbaycan neftinin qiyməti 95 dollara düşüb
  • Bu gün, 09:43
    Zabratda Ulu Öndərin şərəfinə salınan park məhv edilir – VİDEO
  • Bu gün, 09:28
    Britaniyada milyonçuların sayı 2008-ci il böhranından bəri ən aşağı səviyyəyə enib
  • Bu gün, 09:07
    Agentlikdə sənəd qəbulu problemi – Sənədlər "qaralama"da, namizədlərə cavab gəlmir...
  • Bu gün, 09:00
    Bakının bir çox ərazisində işıq olmayacaq
  • Dünən, 19:00
    Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
  • Dünən, 18:28
    Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir?
  • Dünən, 18:19
    Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH
  • Dünən, 18:11
    Nəsimidə ağac soyqırımı - Qanunsuz tikililərə kim icazə verir?
  • Dünən, 17:48
    Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib
  • Dünən, 17:06
    MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir
  • Dünən, 17:00
    Mərkəzi Aran iqtisadi rayonlarında erkən nikah probleminin təhlilinə həsr olunmuş maarifləndirici tədbirlər keçirilib
  • Dünən, 16:54
    Rafiq Quliyev parkı və piyada səkisini PUB-a çevirmək üçün hansı qaydanı işlədib? - VİDEO
  • Dünən, 16:12
    Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb
  • Dünən, 15:58
    Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının təmirinə xərclənən pullar və reallıqlar
  • Dünən, 15:42
    "Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib
  • Dünən, 15:25
    Mingəçevirdə yeni su "XOZEYİN"i peyda olub... Özüdə dayısı lap yuxarıdadır... İTTİHAM
  • Dünən, 14:44
    Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb
  • Dünən, 14:23
    Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
  • Dünən, 13:49
    Rusiya və Belarus vətəndaşlarını ölkəyə bu şərtlə buraxacaqlar
  • Dünən, 13:39
    Sabah külək əsəcək, 41 dərəcə isti olacaq
  • Dünən, 13:24
    Direktor hegamoniyası davam edir - Bakının 56 nömrəlı məktəbində özbaşınalığın pik həddi
  • Dünən, 13:01
    Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib
  • Dünən, 12:48
    Təhsilin ən başqatan xanımı gül vurub, MÜTDA-nın direktor müavini Vəfa Yaqublu deyir:
  • Dünən, 11:57
    Anar Quliyev Xaçmazda vətəndaşları qəbul edəcək
  • Dünən, 11:52
    Baş idarəyə yeni rəis təyin edildi - Foto
  • Dünən, 11:42
    Ağdamın Kəngərli və Papravənd kəndlərində baş verən yanğınlar söndürülüb
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə