• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -Bu sistemdə əsas olan münasibətlər və vərdişlərdir

Cəmiyyət

28-01-2026, 15:46

Dövlət büdcəsindən ayrılan vəsaitlər, yəni vətəndaşların ödədiyi vergilər hesabına formalaşan maliyyə illərdir eyni ünvanlara, eyni layihə adları altında yönləndirilir

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə qrant müsabiqəsinin nəticələrinə baxdıqca aydın olur ki, söhbət şəffaf və rəqabətli mexanizmdən deyil, yaxşı qurulmuş formal bir sistemdən gedir. Bu sistemdə qaydalar kağız üzərində mövcuddur, amma real qərarlar tamam başqa prinsiplərlə verilir. Dövlət büdcəsindən ayrılan vəsaitlər, yəni vətəndaşların ödədiyi vergilər hesabına formalaşan maliyyə illərdir eyni ünvanlara, eyni layihə adları altında yönləndirilir.

Agentlik təmsilçiləri isə çıxışlar edir, məqalələr yazır, pafoslu cümlələrlə ictimaiyyəti inandırmağa çalışır ki, guya bütün layihələr Nazirlər Kabinetinin təsdiq etdiyi qrant qaydalarına uyğun seçilir. Halbuki faktlar tam əksini deyir.

Qaydalar niyə yalnız kağız üzərində qalır?

Nazirlər Kabinetinin təsdiq etdiyi məlum qrant qaydalarının 3.1.1, 4.1.1 və 5.1.1-ci maddələrində açıq şəkildə göstərilir ki, layihələr QHT-lərin nizamnaməsindəki fəaliyyət istiqamətinə uyğun olmalıdır. Amma reallıqda nə baş verir? Məsələn: Reklam yönümlü QHT erkən nikah kimi dərin sosial problemlərlə bağlı layihələr icra edir. ( Bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/195661-qht-lərə-dövlət-dəstəyi-agentliyi-ifşa-olunur-reklam-təşkilatının-nikah-layihəsinə-dəstək.html ) Bu nə dərəcədə peşəkarlıqdır? Yoxsa əsas meyar layihənin məzmunu deyil, kimin təqdim etməsidir?

Bu faktlar göstərir ki, Agentlik üçün nizamnamə tələbi prinsip deyil, sadəcə bəhanədir. Lazım gələndə xatırlanır, lazım gəlməyəndə isə görməzdən gəlinir.

“Təkrar layihə olmaz” – növbəti mif

Agentliyin ən çox təkrarladığı tezislərdən biri də budur: guya bir təşkilat eyni layihəni dəfələrlə icra edə bilməz. Amma, Yenixeber.org-a ötürülən faktlarla tam başqa mənzərə ortaya çıxır. Elə təşkilatlar var ki, Agentliyin yarandığı son beş il ərzində hər il eyni layihə ilə qrant qazanıb. Bu artıq təsadüf deyil, sistemli yanaşmadır.

Əgər eyni mövzu, eyni məntiq, eyni hədəf qrupları ilə layihələr illərdir maliyyələşdirilirsə, bəs rəqabət haradadır? Yeni ideyalar, yeni təşkilatlar, alternativ yanaşmalar niyə bu sistemə buraxılmır?

Konkret fakt: eyni təşkilat, eyni layihə, eyni ssenari

Bu gün diqqətə çatdırdığımız nümunə “Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi” adlı QHT-dir. Təşkilatın profili, əvvəlki fəaliyyəti və maraq dairəsi açıq mənbələrdə mövcuddur. İstəyən hər kəs internet üzərindən araşdıra bilər.

Lakin sual doğuran əsas məqam budur: bu təşkilat QHT- lərə Dövlət Dəstəyi Agentliyindən hər il eyni layihə – cəzaçəkmə müəssisələrində İİV/QİÇS-ə qarşı mübarizə layihəsi üçün qrant alır. Beş il ardıcıl olaraq eyni mövzuya, eyni formada maliyyə ayrılması hansı meyarla əsaslandırılır?

Bu layihə təşkilatın nizamnaməsinə birbaşa uyğun gəlirmi? Alternativ təşkilatlar niyə eyni sahədə şans qazana bilmir?

Şəffaflıq haradadır?

Daha maraqlısı isə odur ki, adıçəkilən QHT-nin layihə icrasına dair ciddi və açıq internet resurslarında demək olar ki, heç bir məlumata rast gəlinmir. Nə hesabatlar, nə foto-materiallar, nə də ictimai təqdimatlar mövcuddur.

Əgər layihələr real icra olunubsa, bəs bu məlumatlar niyə ictimaiyyətə açıq deyil? Dövlət vəsaiti hesabına həyata keçirilən layihələrin nəticələri gizlədilirsə, burada hansı şəffaflıqdan danışmaq olar?

Agentlik əvvəlcə özünü yoxlamalıdır!

QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu ildən etibarən dublikat, təkrar və plagiat layihələrlə mübarizə aparacağını bəyan edir. Amma sual yaranır: Agentlik əvvəlcə öz daxilindəki mexanizmləri, QHT-lərə qarşı selektiv münasibəti nə vaxt düzəldəcək?

İllərlə eyni təşkilatlara, eyni layihələrə qrant verən qurumun indi birdən-birə “təkrarla mübarizə”dən danışması ən azı inandırıcı görünmür. Bu, problemi həll etmək deyil, problemi ört-basdır etmək cəhdidir.

Nəticə: suallar çoxdur, cavablar isə yoxdur!

Bir QHT-nin beş il ardıcıl olaraq eyni layihə ilə qrant qazanması qrant sisteminin necə işlədiyini açıq şəkildə göstərir. Bu sistemdə əsas olan ictimai fayda, innovasiya və nəticə deyil, münasibətlər və vərdişlərdir.

Pafoslu bəyanatlarla, şablon açıqlamalarla nə QHT-ləri, nə də ictimaiyyəti aldatmaq mümkün olacaq. Qarşıdakı günlərdə daha konkret faktlar, sənədlər və müqayisəli təhlillərlə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrinin real mənzərəsini təqdim etməyə davam edəcəyik.(Yenixeber.org)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -Bu sistemdə əsas olan münasibətlər və vərdişlərdir

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

14-10-2025, 12:54

QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:QHT sədrindən növbəti ŞOK FAKTLAR/FOTOLAR

Gündəm

24-11-2025, 15:05

QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –SENSASİYALI FAKTLAR

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Cəmiyyət

3-10-2025, 11:25

QHT sektoru iki yerə bölündü, rəhbərliyin sevimliləri və “düşmən”lər… Layihə icra olunmadan 35230 manat məbləğində vəsait silinmişdi

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Cəmiyyət

26-01-2026, 10:49

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -FOTOLAR

Cəmiyyət

25-12-2025, 10:19

Aygün Əliyeva “ölü QHT”ni dirildib, "özəlləşdirib" -“Rəfiqə qrantları” seriyasından.../FOTOLAR

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Cəmiyyət

16-01-2026, 18:26

Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-FOTOLAR

Cəmiyyət

14-08-2025, 10:44

QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -ŞOK FAKTLAR

Gündəm / Cəmiyyət

21-01-2026, 11:16

QHT Agentliyinin “Məlahətli Ana” seçimi -Dövlət suverenliyi necə təhlil edilir?

Cəmiyyət

12-01-2026, 18:00

Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-Nəzarət mexanizmi dəyişməlidir/FOTOLAR

Araşdırma
Beyləqanda bələdiyyə torpaqları kimlərə xidmət edir? Elşən Cəfərovun səlahiyyətləri, şübhəli icarələr və sənədləşmə iddiaları araşdırılmalıdır!
Kənan Əsədovun “izah” oyunu: Sahibkar deyir araşdırma olmadı, cavabda isə hər şey həll olunmuş kimi göstərildi
“Qaçqınkom”un 159 min manatlıq bir mənbə sirri: “Azsur Group” niyə seçildi?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Hadisə
Bu gün, 11:26
Gədəbəydə avtomobil aşıb, ölən var
Dünən, 15:49
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:06
Biləsuvarda toyda bıçaqlanma olub
11-10-2026, 15:00
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
8-10-2026, 19:00
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır - Yenilənib
8-10-2026, 16:55
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 19:00
    Paşinyanın partiyasından olan deputatı Rusiyaya buraxmayıblar
  • Bu gün, 19:00
    Paşinyanın partiyasından olan deputatı Rusiyaya buraxmayıblar
  • Bu gün, 18:31
    Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
  • Bu gün, 18:25
    "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
  • Bu gün, 17:41
    Qazaxıstan Prezidenti Azərbaycana gəlib
  • Bu gün, 17:26
    Aygül Şahüseynzadə təyinatla bağlı paylaşımını sildi
  • Bu gün, 16:59
    Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır
  • Bu gün, 16:40
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Bu gün, 16:17
    Zelenski Britaniyada səfərdədir
  • Bu gün, 16:08
    Bu restoranda vətəndaşın 60 manatı iki həftədir geri qaytarılmır - GİLEY
  • Bu gün, 15:43
    Bakının mərkəzində QHT-lər kəlağayı ilə yürüş keçirib
  • Bu gün, 15:34
    Ermənistan və Rusiya dəmir yolu problemlərinin həlli üçün birgə işçi qrup yaradacaq
  • Bu gün, 15:13
    Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək
  • Bu gün, 14:59
    30 min hektarlıq dövlət otlağı necə talanıb? – Neftçalanın 8 kəndini birləşdirən bərbad yolun pərdəarxası
  • Bu gün, 14:33
    Əli Əsədov Laosun Prezidenti ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
  • Bu gün, 14:27
    Azərbaycan və Kamboca parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
  • Bu gün, 13:09
    Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
  • Bu gün, 12:59
    Təhsil sisteminin KOLLEC BAZARI... - ÖZBAŞINA QALIBLAR...
  • Bu gün, 12:44
    Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
  • Bu gün, 12:26
    İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - FOTO
  • Bu gün, 12:06
    Makron süni intellektlə bağlı Müdafiə və Mili Təhlükəsizlik Şurasının iclasını keçirəcək
  • Bu gün, 11:41
    LOR həkimlərə təkmilləşmə kurslarında yer tapılmır: 500 LOR-a 126 yer? - ARAŞDIRMA
  • Bu gün, 11:26
    Gədəbəydə avtomobil aşıb, ölən var
  • Bu gün, 11:09
    "Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var
  • Bu gün, 10:47
    Prezident "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib - YENİLƏNİB
  • Bu gün, 10:38
    Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
  • Bu gün, 09:54
    Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
  • Bu gün, 09:47
    NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?
  • Bu gün, 09:26
    Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib
  • Bu gün, 09:07
    "Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...
  • Bu gün, 08:48
    Yasamal və Binəqədinin bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək
  • Dünən, 18:30
    Yeni doğulmuş körpə üzərində mürəkkəb cərrahi əməliyyat keçirilib
  • Dünən, 18:08
    Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək - YENİLƏNİB
  • Dünən, 18:02
    “SAB” məhsulları təhlükəlidir? –AQTA-nın və medianın ŞOK faktları
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə